“Lion Centre” MMC-nin direktoru, tanınmış iş adamı Ramil Aslanov Prezident İlham Əliyevə və Birinci Vitse Prezident Mehriban xanım Əliyevaya açıq mətnlə müraciət edib. Müraciətdə Bakı Baş Gömrük İdarəsinin rəsi Kənan Məmmədovun və İdarənin bəzi əməkdaşlarının əməllərindən şikayət olunur.
Müraciətin mətnini olduğu kimi təqdim edirik:
Hörmətli cənab Prezident,
Mən bu gün Respublikanın sahibkarları adından və vətəndaşları adından səmimi qəlbdən Sizə demək istəyirəm ki, Sizinlə fəxr edirik! Sizinlə qürurlanıqrıq!
Sizin verdiyiniz hər bir göstərişlərə hər zaman diqqətlə yanaşıb onları yerinə yetirməyə hazırıq. Bu gün Azərbaycan xalqına, millətimizə sevinc hislərini yaşadan dahi şəxs Sizsiz.
Bundan öncəki məktublarımda, teleqramlarımda və media informasiyada mənim Sizə müraciətlərimdə Bakı Baş Gömrük İdarəsinin Rəisi Kənan Məmmədovun, Gömrük rəsmiləşdirməssi idarəsinin rəisi Elbrus Agayevin və Abşeron Logistika Mərkəzindəki gömrük postuna qanunsuz yerləşdirilən Bakı Baş Gömrük idarəsinin Audit və Risklərin İdarə olunması şöbəsinin Mahir adlı inspektoru qanunsuz, əsasız və süründürməçiliklərlə dolu əməlləri barədə birdaha Sizə müraciət edərək bildirirəm ki, mənim Çin xalq Respublikasından “Lion Centre” MMC-in adına İdxal etdiyim mallarımın 01201000326352 saylı gömrük bəyannaməsi üzrə gömrük rəsmiləşdirilməsini keçdikdən sonra malımın dövlət rüsumunu tam ödəməyimə baxmayaraq çıxışına Audit və Risklərin İdarə olunması şöbəsinin Mahir adlı inspektoru maneəçilik yaradaraq saxlatmışdır.
Mahir müəllim qanunsuz və əsasız iddialarla, həmçinin sahibkarlıq fəaliyyətimə maneəçilik yaradaraq mənə Bakı Baş Gömrük İdarəsinin Gömrük rəsmiləşdirməssi idarəsinin rəisi Elbrus Agayevin yanına getməyimi demişdir.
Elbrus müəllim mənim yenədə əlavə gah 7000 manat, gah da 2000 manat ödəməyimi bildirmişdir. Elbrus müəllim gömrük bəyannaməsi üzrə tam qanini olaraq malımın çəkiylə dövlət rüsumunun ödəməyimi qırağa qoyaraq qanunsuz olaraq malın ədədi ilə rəsmişdirilməsini dövlət rüsumunun ödənilməsini məndən tələb etmişdir.
Mən soruşduqda izah etdiki,rəis Kənan müəllim belə deyib belə olmalıdır. Bakı Baş Gömrük İdarəsinin rəisinə müraciətim boşa çıxmışdır. Beləki rəisin köməkçisi Elnur adlı gömrük inspektoru əvvəlcə məni qəbul etdi və yenədə Elbrus müəllimin yanına Mahirin yanına yönəltdi.
Sonra mən yenədə ona zəng etdikdə o mənə kobud cavab verərək dinləməyərək Kənan müəllim müraciətimi imtina etdiyini yenidən Elbrus müəllimin Mahirin yanına yönəlməyimi bildirdi.
Beləliklə mən qapılarda məmur özbaşınalığına,süründürməçiliklərə məruz qaldım. Malımıda buraxmadılar, heckim məni dinləmək istəmədi. Bu qanunsuz əməllər Bakı Gömrüyündə uzun müddətdir ki davam edir,sahibkarlara zülüm verilir, inanın biznesimizi bağlamaq məcburiyyətdəyik. Cənab Kənan Məmmədov oranı öz imarətgahı edib. Özünə gizlində yaratdığı firmalar vasitəsi ilə və ya özü məsləhət bildiyi firmalara şəraitlər yaradır.
Elbrus müəllim və ya Kənnan Məmmədovun qılıncı altından keçən firmalar işləyəcək malları dayandırılmayacak belə bir şuar var orada. Kənan Məmmədovun mebel idxalı işində Azərbaycanda birinci olması heçdə sir deyil. Bu məktubumda mən Bakı Baş Gömrük İdarəsinin rəisi Kənan Məmmədovun hələlik bir-iki fəaliyyətləri barədə bəhs edəcəm.
Hörmətli Cənab Prezident,
Diqqətinizə çatdırıram ki, prospekt Nərimanovda keçmiş “Əzizbəyov” heykəlinin yaxınlığındakı ”Lusso Vita” mağazası, eyni zamanada Rusiyadan-Azərbaycana karqo fəaliyyəti göstərən şirkətlərin birinə gizlində himayədarlıq edən Kənan müəllim bunlarla kifayətlənmir. Bakı Baş Gömkük İdarəsinə yaxın ərazidə yerləşdirilən broker xidməti, Kənan müəllimin broker şirkətinədə sahibkarların cəlb edilməsinə şərait yaradılır.
Mən buradan Bakı Baş Gömrük İdarəsinin rəsi cənab Kənan Məmmədova və Elbrus müəllimə, həmçinin Abşeron Logistika mərkəzindəki gömrük postunda qanunsuz otuzdurulan Audit və Risklərin İdarə olunması şöbəsinin Mahir adlı inspektoruna sualla müraciət etmək istərdim: 01201000326352 saylı gömrük bəyannaməsində 41-ci qrafada nə yazılıb və orada 166 rəqəmləri nəyi bildirir?
Mənim bu sualıma çavab verə bilmirlərsə mən izah edə bilərəm:
Gömrük bəyannaməsinin 41-ci qrafası XİFMN-nin tətbiq edilən ölçü vahidlərinin kodudur. Yani Xarici İqdisadi Fəaliyyətin Mal Namenklaturasının kodudur. Mən belə hesab edirəm ki, Bakı Baş Gömrük İdarəsinin rəisi başda olmaqla, Elbrus müəllim və Mahir müəllim Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 saylı qərarını oxumayıblar, oxusalarda belə həmi yuxarıda adı çəkilən qərarı saymıllar, həmin qərarla hesablaşmırlar. Sahibkarı süründürməçilik və zülümə məruz qoymaqlarını sübüt edən bir faktıda Sizə təqdim edirəm. 2017-cil tarixli 500 saylı qərarda XİFMN-nin tətbiq edilən ölçü vahidləri cədvəlıində 166 saylı kodda göstərilib ki, mal kiloqramla yəni çəkiylə rəsmiləşdirilməlidir. Gömrük rüsümü cəkiylə ödənilməli və ölçülməlidir. Lakin nəyə görə əsasız olaraq Elbrus müəllim məndən malımın ədədlə gömrük rüsumunun ödənilməsini tələb edir? Nəyə görə Elbrus müəllim mənə deyirdiki rəis Kənan müəllim belə deyib.
Belə çıxır ki, Kənan müəllimin istəkləri qanunvericilikdən üstündür. Deməli burda açıq aşkar Bakı Baş Gömrük İdarəsinin rəisi nə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarını, nə Dövlət Gömrük Komitəsinin cənab Səfər Meydivin verdiyi əmrləri, göstərişləri yerinə yetirmir, saymır vecinədə almır.
Eyni zamanda Cənab Prezident Sizin sahibkarlara dəstək, sahibkarlara köməkliklər edilməsi, İqdisadi inkişafın yüksəldilməsi barədə tapşırdıqlarınıza, çıxışlarınıza, verdiyiniz göstərişlərinə konkret olaraq əməl etmir. Bü cür gömrük məmurlarının əməlləri Dövlət Gömrük Komitəsində şəffaflığı təmin edilməsi məqsədi ilə Komitənin Sədri Cənab Səfər Mehtiyevin indiyədək gördüyü bütün işlərə kölgə salır. Əminliklə söyləyə bilərəm ki, Gömrük Komitəsinin Sədri cənab Səfər Mehtiyevin Bakı Baş Gömrük İdarəsində baş verən qanunsuzluqdan xəbəri yoxdur. Bu məktubumla həmin qanun pozuntuları barədə elə cənab Səfər Mehtiyevə məlumat vermək istəyirəm. İnanıram ki, Səfər Mehtiyev bu barədə məlumatlandırıldıqdan sonra müəyyən cəza mexanizmlərini işə salaraq müvafiq tədbirlər görəcəkdir.
Torpaqlarımızın azad edilməsi ilə bağlı, böyük qələbəmizdən sonra bizim Azərbaycanımıza İqdisadiyyatımızın yüksəlməsi, normal biznes şəraitinin yaradılması lazımdır. Lakin Bakı Baş Gömrük İdarəsinin rəhbəri, eləcədə Elbrus müəllim və Mahir müəllim sadəcə öz mənafeələrini güdürlər və hesab edirəm ki, belə Dövlət məmurları ilə biz heç bir İnkişafa, İqdisadiyyatın yüksəlməsinə, biznesimizin normal fəaliyyətinə nail ola bilməyəcəyik.
Hörmətli Cənab Prezident,
Yuxarıda göstərilənlərlə əlaqədar olaraq Bakı Baş Gömrük İdarəsində məmur özbaşınalığına son qoyulması, mənim “Lion Centre” MMC-in 01201000326352 saylı gömrük bəyannaməsi üzrə mallarımın buraxılmasının səbəbinin araşdırılması məqsədi ilə müvafiq İcra Hakimiyyəti orqanlarına göstəriş verməyinizi Sizdən xahiş edirəm.
Əminliklə bildirirəm ki, biz sahibkarlar Sizə inanırıq, Sizin apardığınız daxili və xarici siyasəti daima dəstəkləyirik."
Hörmətlə, “Lion Centre” MMC-nin direktoru Ramil Aslanov
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?