Müharibə gedən müddətdə çox gözlədim ki, o, da bir erməniqanlı olaraq televiziyaya çıxaraq soydaşlarına silahı yerə qoyub onun kimi Azərbaycan vətəndaşlığını qəbul edib rahat və təhlükəsiz yaşamalarıyla bağlı çağırış edəcək.
Bəlkə də edib amma mən görmədim, eşitmədim. O, nəinki qandaşlarına belə bir müraciət etdi, əksinə prezidentə doğma Ağdamını qaytarmaqla bağlı sosial şəbəkədən yalvarışlı xahiş edən qəzetin həyat yoldaşı qazi əməkdaşı Əntiqə Rəşidi bu çağırışa görə işdən çıxardı. Əlbəttə bu qanunlara hayqırı bir addım olduğundan xanım jurnalist məhkəmə yolu ilə pozulmuş hüquqlarını tam bərpa etdi. Bəli, medianı, o cümlədən sosial şəbəkələri izləyənlər söhbətin “QARABAĞ” qəzetinin baş redaktoru ( təzada baxın da, Qarabağını istədiyi üçün xanım əməkdaşı işdən çıxaran “Qarabağ” qəzetinin baş redaktorudur) vaxtilə keçmiş DQMV-ın partiya-təşkilat komitəsinin ideologiya şöbəsində məsul vəzifə tutan erməni əsilli ( ana xətti ilə) ÇİNGİZ İSMAYILOVDUR. Bu həmin İSMAYILOVDUR ki, XANKƏND PEDAQOJİ İNSTİTUTNUN Azərbaycan bölməsinin tələbələrini zala dolduraraq zorla erməni dilində kinoya baxdırırdı. Tələbələr etiraz edib çıxmaq istədikdə isə qapıları bağladaraq qaçmağı əngəlləmək istəyirdi. Məcbur olub pəncərəni açıb qaçdıq. ÇİNGİZ əkə ilə mübahisəmizin maraqlı məqamların da deyim. Bugün Bakıda şad-xürrəm yaşayan ( inomarka maşın, hər cür şəraiti olan mənzil, GİMNASTİKA FEDERASİYADININ sponsorluq etdiyi “QARABAĞ” adlı qəzetin baş redaktoru) bizim “Niyə biz erməni dilində kinoya baxmalıyıq? etirazımıza cavabında inamlı şəkildə deyir ki, görün sizin başınıza nə oyun açacağıq, şalvarınızı soyunduracağıq. Və əlini sinəsinə qoyub özündənrazı halda xüsusi əda ilə ürəyi tərəfin göstərərək bəyan edir ki, burdan belə ermənidir. Şəkilə duqqərlə baxın və adamın öz qalib doğmasını necə mübhəm salamladığı həmən o sol təfin yaratdığı hislərin bariz təzahürüdür. Ağdam azad olunduğu gün səhər o başdan Çingiz İsmayılova bir zəng gəlir. Zəng edən şəxs 34 il əvvəl yaşanmış həmin o mübahisəni xatırladır və deyir: İNDİ GÖRDÜNMÜ KİM KİMİN ŞALVARIN SOYUNDURDU? DAYILARIN DALLARIN TUTUB QAÇDILAR.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?