GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Ərəstun Orucludan XTQ-yə qarşı hazırlanan təxribatlarla bağlı sensasion açıqlama

Ərəstun Orucludan XTQ-yə qarşı hazırlanan təxribatlarla bağlı sensasion açıqlama

Tarix: 11-12-2020, 20:48 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1 097
Ərəstun Orucludan XTQ-yə qarşı hazırlanan təxribatlarla bağlı sensasion açıqlama


"Dəyərli dostlar və izləyicilər.
İndi yazdığım məsələ bizim şanlı ordumuzla bağlıdır, daha doğrusu, ordumuza qarşı nəzərdə tutulan və bəlkə də artıq planlaşdırılmış məkrli əməllərlə. Elə buna görə də öz qaydalarımı pozaraq sizdən bu postu imkan çərçivəsində paylaşmağı xahiş edirəm.
Mövzuya bir qədər uzaqdan başlayacağam.
2016-cı ilin aprel döyüşlərindən sonra ordumuzun başına gətirilən dəhşətli hadisələr haqda çoxunuz məlumatlısınız. Özüm bu məsələni durmadan işıqlandırmışam və bu işdə hüquq müdafiəçisi Oqtay Gülalıyevin məndən də fəal olduğunu bilirsiniz. Söhbət "Tərtər işi" adı ilə bəlli olan ağır dövləti cinayətdən gedir.
Məhz həmin döyüşlərdən bir müddət sonra Azərbaycan Ordusunun Tərtər qarnizonunun hərbçilərinə qarşı Azərbaycan Hərbi Prokurorluğu tərəfindən erməni kəşfiyyatına işləmək saxta ittihamı ilə cinayət işi açılmışdı və "istintaq" zamanı hərbçilərimizə qarşı total qeyri-insani işgəncələr tətbiq olunmuşdu.
Hərbi prokuror Xanlar Vəliyevin, keçmiş baş prokuror Zakir Qaralovun, onun keçmiş birinci müavini Rüstəm Usubovun rəhbərliyi altında MN Baş Təhlükəsizlik İdarəsinin hərbçiləri tərəfindən həyata keçirilən həmin vəhşi işgəncələr nəticəsində 14 nəfər ölüb, 200-dən artıq insan isə ağır xəsarətlər alaraq şikəst olub.
Xatırladım ki, işgəncələrdən ölənlərdən bir neçəsi haqqında Bakı Hərbi Məhkəməsi bəraət hökmü çıxarmışdı. Bunu da xatırladım ki, işgəncələri həyata keçirmiş MN Baş Təhlükəsizlik İdarəsinin rəisi Baş Qərargah rəisi Nəcməddin Sadıkovun bacısı oğlu, sonralar general-mayor rütbəsi almış Ramil Əsgərov olub.
Bütün bu cinayətkar əməllərin arxasında Rusiya xüsusi xidmət orqanlarının dayandığını da dəfələrlə yazmışam, bu haqda müsahibələrimdə danışmışam. Oqtay Gülalıyevin başına gələnlərin heç də təsadüf olmadığını demişəm, çünki həmin yazılarımdan sonra 2018-ci ilin mayında Bakıya dönəndə mənə təhlükəsizliyimi təmin etmək təklif olunmuşdu. Mən bundan imtina elədim.
İndi icazənizlə keçək mətləbə: Azərbaycan Ordusunun parlaq qələbəsi bizi və dostlarımızı sevindirdiyi kimi, düşmənlərimizi də dərindən məyus edib. Diqqətimi çəkmiş və şərh bölümündə paylaşdığım rusiyalı ekspertlərin iştirakı ilə müzakirəyə 20-ci dəqiqədən başlayaraq siz də baxa bilərsiniz.
Digər diqqətçəkən bir məqam isə 10 niyabr üçtərəfli bəyanatının ardınca elan olunan atəşkəsdən bir müddət sonra Azərbaycan əsgərlərinin guya, baş kəsməsilə bağlı yayılan çoxsaylı videolardır. Həmin videolar ki, orada ermənilərin başını kəsənlər kimi əsasən məhz xüsusi təyinatlılarımız əks olunub.
Şəxsən mən həmin videoların saxta olduğunu, məqsədli hazırlandığını və onları yayanların Azərbaycan ordusunun vuran əli olan XTQ-yə qarşı "Tərtər işi" tipli təxribata hazırlıq məqsədi güddyünə əminəm. Bunu təsadüfən demirəm, müraciət etdiyim mütəxəssislər də həmin videoların saxtalığı ehtimalının yüksək olduğunu iddia edirlər.
Düşünürəm ki, ölkəmizin dövlət orqanlarının, xüsusilə də DTX və Dövlət Mühafizə Xidmətinin bunu araşdırmaq üçün yetərincə yüksək səviyyəli mütəxəssisləri var və həmin qurumlar da bunu edəcəklər. Çünki söhbət təkcə Azərbaycanın və onun müzəffər ordusunun imicindən yox, ölkənin milli təhlükəsizliyindən gedir.
Söhbət daxili düşmənlərin əlilə ordumuza, xüsusilə də onun vuran əli olan XTQ-yə qarşı hazırlanmış cinayətə zəmin yaratmaq üçün ictimai rəyi manipulyasiyadan gedir. Söhbət Azərbaycanın qalib ordusunu dünyaya başkəsən cinayətkar dəstə kimi təqdim etmək cəhdindən gedir. Bunun qarşısını var gücümüzlə almalıyıq.
Etik səbəblərdən və düşmənin mərkli planlarına dəstək olmamaq üçün həmin videoların heç birini paylaşmıram, amma müraciət etdiyim mütəxəssislərlə birlikdə gəldiyimiz ümumi rəyi əks etdirən bir neçə məqamı sizlərlə bölüşməyi zəruri hesab edirəm.
Ümumi qənaətlərdən biri belədir ki, telefona çəkildiyi iddia edilən həmin videolardakı səslər sonradan studiya şəraitində xüsusi səsyazma texnikası vasitəsilə əlavə olunub. Bu səbəbdən də orada yer almalı olan kənar səslər (küylər) yoxdur. Telefon çəkilişi zamanı isə onlar mütləq olmalıdır.
Gəldiyimiz digər bir qənaət: məhz XTQ hərbçilərinin kamera qarşısında belə rahatlıqla qətl törətməsi və sonradan onun videogörüntülərini yayması ağlasığmaz görünür. Xüsusi təyinatlıların nə statusu, nə də mənəvi-psixoloji hazırlığı bunu etməyə heç bir əsas vermir.
Üçüncü məqam isə videoların yayılma vaxtı ilə bağlıdır. Bu gün əldə olunmuş 10 noyabr anlaşması ilə bağlı cəmiyyətdə müəyyən fikir müxtəlifliyi səbəbindən gedən diskussiyalar fonunda belə materialların yayılması ən yüksək effekt verə bilər. Başqa sözlərlə, vaxt da idel seçilib.
Nəhayət, araşdırmalar göstərir ki, həmin videoların mütləq əksəriyyətinin əsas mənbəyi müəmmalı Telegram-kanallardır. Bir neçə eyni tipli videoların eyni kanalların "əlinə düşməsi" təbii ki, suallar doğurmaya bilməz.
Beləliklə, bu gün hamılıqla, var gücümüzlə ordumuzun yanında olmalı, onu düşmən təxribatlarından qorumalı, düşmənə gücümüzü göstərməliyik. Bunları etməsək, onun (düşmənin) iyrənc əməlləri təkcə davam etməyəcək, həm də ordumuzu, cəmiyyətimizi tam məhv edəcək. Elə öz içimizdəkı satqınların və xainlərin əlilə."

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Hüquq müdafiəçisi Oqtay Gülalıyevin ölkədən çıxışına icazə verilib

    Hüquq müdafiəçisi Oqtay Gülalıyevin ölkədən ...

    21-08-2018, 11:20

  • 
  • “Tərtər işi” üzrə mühakimə edilənlərin ailə üzvləri aksiya keçirib

    “Tərtər işi” üzrə mühakimə edilənlərin ailə ...

    14-11-2019, 19:15

  • 
  • Oqtay Gülalıyevin oğluna cinayət işi açıldı

    Oqtay Gülalıyevin oğluna cinayət işi açıldı ...

    1-08-2014, 00:53

  • 
  • Hüquq müdafiəçisi Oqtay Gülalıyevin oğlunun işi üzrə məhkəmə başlayıb

    Hüquq müdafiəçisi Oqtay Gülalıyevin oğlunun işi ...

    24-09-2014, 10:54

  • 
  • Hüquq müdafiəçisi barəsindəki cinayət işi bağlanıb

    Hüquq müdafiəçisi barəsindəki cinayət işi bağlanıb ...

    24-10-2016, 23:27


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (140)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu