GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Vətənə sayğısızlıq Məhərrəm Quliyevin​ ƏSAS İDEOLOGİYASIDIR - FOTO

Vətənə sayğısızlıq Məhərrəm Quliyevin​ ƏSAS İDEOLOGİYASIDIR - FOTO

Tarix: 26-01-2021, 16:56 Bölmə :GündəmXəbər / Manşet Baxış: 957
Vətənə sayğısızlıq Məhərrəm Quliyevin​ ƏSAS İDEOLOGİYASIDIR - FOTO


​ ​

Azərbaycan Respublikası Prezidentinin 05 aprel 2019-cu il tarixli Sərəncamı ilə Goranboy rayon İcra Hakimiyyətinə başçı təyin olunmuş​ Quliyev Məhərrəm Böyükağa oğlunun adı ətrafında dolaşan söz-söhbətlər, son vaxtlar bir daha ölkə gündəmini zəbt etməkdə davam edir.


Diqqəti cəlb edən hal odur ki, bu şəxs hal-hazırda da daha çox ictimai qınağa “tuş gəlmək”dədir. Buna əsas səbəb, Məhərrəm Quliyevin vaxtilə yiyələndiyi ideologiyadan bu gün də ayrıla bilməməsidir. Çünki, gənc yaşlarından “Talış Muğan Respublikası” yaratmaq eşqinə düşən seperatçıya dəstək olmaqla bərabər o, eyni zamanda gənclər arasında Əlikram Hümbətovun əsas təbliğatçılarından da biri olur. Bunun üçün Məhərrəm Quliyev Lənkəranda həmyaşıdları arasında Əlikram Hümbətovun “ideyaları”nı aktiv şəkildə təbliğ edir ki, müəyyən vaxtdan sonra ümumi məqsədlərinə nail ola bilsinlər. Bu gün hər kəs üçün əhəmiyyət kəsb edən məsələ ondan ibarətdir ki, hazırda icra başçısı vəzifəsini daşıyan Məhərrəm Quliyevin vikipediya məlumatlarında onun həqiqi-hərbi xidmətdə olmasına dair heç bir məlumat yoxdur. Düşünürük ki, belə bir amillə bağlı onun özü lazımi məlumatlara sahibdir. Belə olan halda sual oluna bilər ki, görəsən Məhərrəm Quliyevin yaş həddi çatsa da, 1990-cı illərin əvvəllərində baş verən Qarabağ müharibəsi zamanı o, haralarda olub? Yəqin ki, ermənilər separatçılar arasında satqınları taparkən, Əlikram Hümbətov onlara maliyyə dəstəyi verərkən, hətta Cənub bölgəsinin nüfuz sahibi olan insanların bir araya gəlməsini təşkil edərkən, Məhərrəm Quliyev yaranmış şəraitdən ustalıqla istifadə edir. Deməli, gənc yaşlarından belə bir əməl və amal sahibi olan bu şəxsdə, heç zaman vətənpərvərlik hissi, xalqına bağlılıq duyğusu formalaşa bilməz.
Ölkə mediasinda yayılan məlumatlarda o da qeyd olunub ki, bu şəxsin belə bir işlərlə məşğul olduğu vaxtlarda Əlikram Hümbətov Məhərrəm Quliyevin atası Böyükağa Quliyevin vasitəsilə Masallı rayon sovetinin sədri vəzifəsini daşımış Novruz Novruzova müəyyən ismarıclarını çatdırır və onu da tapşırır ki, “Rayon deputatlarını bir yerə yığ və ölkənin cənub bölgəsinin Azərbaycandan ayrılması barədə qərar çıxarın”. Həmin vaxt Novruz Novruzov ölkəmizin ərazi bütövlüyünə qarşı qəsd yolunu tutanlara dəstək verən Böyükağa Quliyevə “Mən belə bir addımı heç cür ata bilmərəm. Bizim bir Vətənimiz var, o da Azərbaycan Respublikasıdır” deyə cavab verir. Bu gün ən aktual məsələlərdən biri, məhz həmin vaxtlarda baş verənləri təhlil edib ortaya lazımi nəticəni qoymaqdır. Yəni onu müəyyən etmək vacibdir ki, həmin vaxtlarda Novruz Novruzov ölkəmizin ərazi bütövlüyünün qorunmasına çalışır, Məhərrəm Quliyevin atası isə ölkəmizin ərazi bütövlüyünə qarşı qəsd yolunu tutanlara dəstək göstərir. İndi sual oluna bilər ki, əgər bir şəxsin düşüncəsi öz ölkəsinə qəsd etmək, onu parçalamaq amalı üzərində köklənirsə, həmin şəxsin övladında Vətənə, xalqa qarşı sevgi hissi formalaşa bilərmi? Təbii ki, yox. Yuxarıda Cənub bölgəsində baş verən hadisələrlə bağlı mətbuatda yayılan məlumatlar təkzibolunmaz faktlar kimi qalır. Yəni yayılan məlumatlar adı çəkilən şəxslər tərəfindən təkzib olunmayıb. GundemXeber.Az-ın media üzərindən apardığı araşdırmalardan o da məlum olub ki, son günlər​ Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevlə “Hürriyət” qəzetinin əməkdaşı arasında əmələ gələn “mini insident” də, bir daha gündəmi zəbt edən mövzulardan birinə çevrildi. Belə bir olayın baş verməsinə, bir növ adi baxmaq gərəkdir. Çünki yuxarıda qeyd etmişik ki, vaxtilə bu şəxsin özü hansı amalın və əməlin sahibi olub?. Ona görə də, Məhərrəm Quliyev də oğlu​ Nazim Quluzadəni​ Vətən müharibəsinə göndərmədi və onun Bakı şəhərindəki “elit hərbi hissədə” xidmət keçməsinə şərait yaratdı. Yada salaq ki,​ cəbhə bölgələrində qızğın döyüşlərin getdiyi vaxtlarda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarələrinə üz tutanların sayı-hesabı çox idi və həmin günlərdə bəzi məmur övladlarının da cəbhəyə yollanmaq istədikləri haqda informasiyalar yayılırdı. Sonra məlum oldu ki, hamının bir nəfər kimi Vətənin müdafiəsinə qalxdığı bir vaxtda,​ Məhərrəm Quliyev​ heç bir idman nailiyyəti olmayan və məmur övladı olan Nazim Quluzadəni​ “elit hərbi hissəyə” xidmətə göndərtdirir və onun döyüş bölgəsinə aparılmasının qarşısına “Çin səddi” çəkməyi də bacarır. Qaldı ki,​ Goranboy rayon İcra Hakimiyyətinin başçı Məhərrəm Quliyevin​ “Hürriyyət”in əməkdaşının sualına əxlaqdan kənar, yəni “Bu xəbəri yayan p…x yeyir, dədəbə-dədəsinin ağzıyla…” cavabını verməsinə, artıq bu başqa söhbətin mövzusudur. Bir daha yada salaq ki, hər bir KİV nümayəndəsi cəmiyyətdə baş verən hadisələri işıqlandırır, medianın öhdəsinə düşən vəzifələri yerinə yetirir. Məhərrəm Quliyevin müsahibədən imtina etməsi məsələsi isə, jurnalistin informasiya əldə etmək hüququnun pozulması ilə bərabər, həm də ciddi qanun pozuntusu hesab olunmalıdır. Çünki,​ “İnformasiyanın əldə edilməsi haqqında” Qanuna görə, hər bir jurnalistin informasiya əldə etmək hüququ var. Jurnalistin peşə fəaliyyətini həyata keçirməsinə mane olmaq qanunla qadağandır və bu məsuliyyət yaradan haldır. Əgər jurnalistin peşə fəaliyyətinə kimsə maneə olursa, bu həm də cinayət məsuliyyəti yaradır.
​ ​ Başqa bir faktı qeyd edək ki, 44 gün davam edən Vətən müharibəsində Goranboyun bir çox kəndləri ağır zirehli texnikalardan atəşə tutularkən,​ Məhərrəm Quliyev rayonun mərkəzi küçələrindən kənara çıxmır və o, rayonun rəhbər şəxsi olaraq sakinlərə mənəvi dayaq olmaq istəklərini də ortaya qoymur. Bu şəxsdən fərqli olaraq oxşar mənzərə ilə üz-üzə qalan digər şəhər və rayonlarda isə, rəhbər şəxslər yerli sakinlərin olduqları yerə getdilər, sakinlərə onların yanında olduqlarını nümayiş etdirdilər. Sözsüz ki, belə bir addımların atılması, məhz hər bir vəzifə sahibinin nə dərəcədə Vətəninə, xalqına bağlı olduğunu müəyyən edən göstəricinin varlığıdır. Məhərrəm Quliyevin yanaşmasına gəldikdə isə onu deyə bilərik ki, bu şəxs icra başçısı olaraq, Vətən müharibəsində sakinlərə qarşı sayğısızlıq, biganəlik göstərdi, bir qədər yumşaq desək xəyanət etdi. ​ ​ ​ ​
​ ​ Bir məqamı da qeyd edək ki, Goranboyun icra başçısı torpaqlarımızın bütövlüyü uğrunda şəhid olan hərbçinin dəfn mərasimində iştirak edərkən o, öz davranışı ilə hansı əqidə sahibi olduğunu bir daha ortaya qoyur. İlk öncə onu vurğulayaq ki, yazıda təqdim etdiyimiz fotonu biz çəkməmişik, bunu bizə bir kimsə verməyib. Yəni, bu fotonu RİH-nin mətbuat işlərinə baxan şəxslərdən birinin facebook səhifəsində paylaşımlarından əldə etmişik. Şəkildən görünür ki, şəhidin dəfn mərasimində iştirak edən icra başçısı təmsil olunduğu hökumətin tətbiq etdiyi karantin qaydalarına riayət etmir və onu pozur, yəni maska taxmır. Digər tərəfdən, mərasimdə iştirak edən hər kəs hərbçinin ölümündən kədərlənirlər, heyfslənirlər, icra başçısı isə özünü, sanki heç bir hadisə baş verməmiş kimi aparır. Bu da onu deməyə əsas verir ki, kadr təyinatında naşı olan icra başçısının belə bir fotosunun paylaşılması, Məhərrəm Quliyevin hansısa maraqlar əsasında təyin etdiyi kadrlardan birinin rəhbərinə qarşı təxribatı hesab oluna bilər. Deməli, gənc yaşlarında ikən bu şəxsin düşüncəsinə hopmuş ideologiyanın varlığı, bu gün də özünü göstərməkdə davam edir.
​ Goranboy rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini daşıyan Məhərrəm Quliyev, təkcə belə bir addımları ilə deyil, hətta digər yanaşmaları ilə də, bu gün gündəmi zəbt etməkdədir. Belə ki, bu şəxs müəyyən məqsədlərini həyata keçirmək istəyərkən, bəzən özünün “ştatlı zəhmətkeş”lərini önə verir və onların “arxasında gizlənməyi” də bacarır. Məsələn, bir neçə ay bundan öncə GundemXeber.Az saytının təsisçisi və baş redaktoru Şirin Cəfəriyə tanımadığı nömrədən zəng gəlir və zəng edən şəxs özünü ona RİH-dən narazı şəxs qismində təqdim edir. Az sonra həmin şəxs adının Zeynalova Cəmilə Mərdalı qızı olduğunu bildirir və Məhərrəm Quliyevdən heyfli olduğunu da dilə gətirir. “Şikayətçi” Cəmilə Zeynalova telefon zəngi zamanı Şirin Cəfəridən redaksiyanın ünvanını soruşur və icra başçısı haqda dərc olunan tənqidi məqaləni “Gündəm Xəbər” qəzetindən oxuduğunu söyləyir. “Özünü yandıran” bu “qadın”ın məlumatı olmur ki, “Gündəm Xəbər” qəzeti bir ildir ki, Prezidentin ictimai-siyasi məsələlər üzrə sabiq köməkçisi Əli Həsənovun hücumları əsasında nəşr olunmur. Cəmilə Zeynalovanın “naşı zəng”i bəlli olan zaman Şirin Cəfəri onun nəzərinə çatdırır ki, yazı qəzetdə deyil, məhz saytda yayımlanıb. Özünü guya çaşdıran, icra hakimiyyətində işlədiyini deyən Cəmilə Zeynalova az sonra “səhvini” düzəldir və “valı” dəyişir. Həmçinin qəfildən hücuma keçərək baş redaktoru telefonda təhdid edir, ünvanına təhqir və söyüş sözləri yağdırır. “Zəhmətkeş” Cəmilə Zeynalova telefon zəngi zamanı Məhərrəm Quliyevi müdafiə edir, icra başçısının rayonda olduqca yaxşı işlər gördüyünü vurğuladıqdan sonra, baş redaktora olmazın ittihamlarını səsləndirir, hətta normal insan adı ilə uzlaşmayan təhdid və təhqirlərini də davam etdirir. Bu yöndə aparılan araşdırmalar zamanı bəlli olur ki, Cəmilə Zeynalovaya “fit verən” Məhərrəm Quliyevdir və o, belə bir addımını atmaqla, məhz həmin “qadının arxasında” gizlənir. Qeyd edək ki, baş redaktor Şirin Cəfəri dərhal yaşanan olay haqda DİN-i məlumatlandırır və baş verənlərlə bağlı Daxili İşlər Nazirliyinin 102 Xidmətinə də məlumat verir. İnternet resurslarında aparılan araşdırmalardan bəlli olur ki, Zeynalova Cəmilə Mərdalı qızı Goranboyda ödənişli ictimai işdə çalışır və onun bir çox məsələlərlə bağlı etdiyi şikayətlər ayrı-ayrı saytlarda yayımlanıb. Görünür, bir çox şikayətlərin müəllifi olan Cəmilə Zeynalova hansısa yollarla Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevin təsir dairəsinə düşür və o, RİH-də “ştata götürülür”. Əslində bu cür halın varlığı olduqca utancverici bir haldır. Çünki, hansısa qadını önə verib onun “arxasında gizlənmək”, indiyə kimi heç bir vəzifə sahibinə başucalığı gətirməyib, yəqin ki, bundan sonra da gətirməyəcək. Digər tərəfdən sual oluna bilər ki, niyə Məhərrəm Quliyev bir icra başçısı olaraq üzərinə düşən vəzifəni yerinə yetirmir, yayımlanan məqalələrdə sadalanan faktları aradan qaldırmır, tənqidlərdən nəticə çıxartmır, amma “ştata götürdüyü” Cəmilə Zeynalovanın məharətindən yararlanmağı lazımınca bacarır. Görəsən buna nə ad vermək olar?
​ ​ ​ Bəli, xalqımızın dədə-babadan qalma adət-ənənəsi var, bugünkü gündə sivil qanunlarımız var. Lazım gəldikdə kişi kişi ilə söhbət edər, amma kişi bu cür mənəviyyatını itirmiş “qadın”dan heç bir halda istifadə etməz. Çünki... Hər halda 44 günlük Vətən savaşında qalib Ali Baş Komandan adını qazanan İlham Əliyevin, belə bir kadrlarla işbirliyi utancverici hal olunmaqla bərabər, eyni zamanda separatçı Əlikram Hümbətova xidmət etmiş bir şəxsin ölkəmizdə yüksək vəzifə daşıması, əslində vətənə xəyanətdən başqa bir şey deyil. Allah dövlətimizi və dövlətçiliyimizi belə əməl və amal sahibi olan məmurlardan qorusun!
Sadalananlarla bağlı qarşı tərəfi də dinləyə bilərik.

GundemXeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 40
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Goranboy icra başçısının müəmmalı həyat yolu: fərarilikdən Əlikram Hümbətov əlaqələrinədək

    Goranboy icra başçısının müəmmalı həyat yolu: ...

    18-03-2020, 14:48

  • 
  • Goranboyun icra başçısını Əlikram Hümbətovla hansı tellər bağlayıb? -- GÜNDƏMI ZƏBT EDƏN ŞOK FAKTLAR

    Goranboyun icra başçısını Əlikram Hümbətovla ...

    11-04-2020, 15:27

  • 
  • Əgər sakinlər qorxmursa Məhərrəm Quliyev nədən ehtiyat edir? -FOTO/VIDEO

    Əgər sakinlər qorxmursa Məhərrəm Quliyev nədən ...

    6-11-2020, 18:12

  • 
  • Goranboyun icra başçısının bənzəri olmayan və hər kəsi şoka salan qanunsuz əməlləri -- FAKTLAR İTTİHAM EDİR

    Goranboyun icra başçısının bənzəri olmayan və hər ...

    20-05-2020, 12:48

  • 
  • Başçının özü ''lipa'' nömrəli avtomobildə gəzir, müavini isə, adam döyməklə ad çıxarır - GORANBOYDA NƏLƏR OLUR?

    Başçının özü ''lipa'' nömrəli avtomobildə gəzir, ...

    1-06-2020, 12:10


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu