GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » 750 Milyon sərvəti olan İCRA BAŞÇISININ HƏZİN SONU- Abdin Fərzəliyev “VURULDU”

750 Milyon sərvəti olan İCRA BAŞÇISININ HƏZİN SONU- Abdin Fərzəliyev “VURULDU”

Tarix: 8-02-2021, 11:18 Bölmə :GündəmXəbər / Manşet Baxış: 587
750 Milyon sərvəti olan İCRA BAŞÇISININ HƏZİN SONU- Abdin Fərzəliyev “VURULDU”


Nərimanov Rayon İcra Hakimiyyətinin icra başçısı Abdin Fərzəliyev Azərbaycanın ən varlı rayon rəhbərlərindən hesab edilir.

Gundemxeber.Az hit.az-a istinadən xəbər verir ki, Abdin Fərzəliyev 2005-ci ildən Nərimanov rayonuna rəhbərlik edir. 18 ildir icra başçısı olan cənab Fərzəliyevin bu müddət ərzində topdağıtmaz sərvətə sahib olduğu iddia olunur. Abdin Fərzəliyev həm də Prezidentin keçmiş köməkçisi Əli Həsənov və Prezident Admnistrasiyasının rəhbəri Ramiz Mehdiyevə yaxın şəxs kimi tanınır. Təsadüfi deyil ki, icra başçısı hakim Yeni Azərbaycan Partiyasında (YAP) Əli Həsənovun müavini vəzifəsində çalışıb. Siyasi Şuranın üzvü olan Abdin Fərzəliyev həm də 2014-cü ildən YAP-da Partiyalararası əlaqələr və dialoq komissiyasının sədr müavinidir. Komissiyanın sədri isə Əli Həsənovdur. İddialara görə, zaman-zaman qanunsuz əməlləri ilə gündəmə gələn Abdin Fərzəliyevin indiyə qədər vəzifədə qalması Həsənov-Mehdiyev tandeminin səyi nəticəsində olub. Amma artıq icra başçısının himayədarları əvvəlki təsir imkanlarını itirib. İndi Əli Həsənov və Ramiz Mehdiyev iqtidar komandasının arzuedilməz şəxsləri hesab edilir. Hətta Həsənovun həbsi məsələsi gündəmdədir. Dayaqları sarsılan Abdin Fərzəliyevin də, nəhayət, vəzifəsindən uzaqlaşdırılacağı gözlənilir. Əslində, icra başçılarının yenilənməsi prosesində onun da görəvindən alınacağı deyilirdi. Amma cənab Fərzəliyev bu dalğada özünü qoruya bilib. Prezident İlham Əliyevin AzTV-yə müsahibəsi zamanı yüksək vəzifəli, idarəetməyə əhəmiyyətli təsirləri olan oliqarxa çevrilmiş məmurları sərt tənqid etməsi, artıq növbəti mərəhələdə Fərzəliyev və onun kimi çinovniklərin heç bir halda sudan quru çıxa bilməyəcəklərini göstərir. Ona görə də son vaxtlar kadr dəyişiklikləri barədə ictimai müzakirələrdə Nərimanovun da rəhbərliyinin dəyişəcəyi bildirilir. Fərzəliyevin hətta Nizaməddin Quliyev, Mahir Quliyev və həbs edilən digər icra başçılarının taleyini yaşaya biləcəyi də istisna edilmir. Bunun üçün ciddi əsaslar da var. Media üzərindən aparılan araşdırmalar nəticəsində məlum olub ki, Avropada Azərbaycan Prezidenti əleyhinə müxalifətin formalaşmasının əsas sponsorlarından biri də Abdin Fərzəliyev olub. Xüsusilə İngiltərədən Azərbaycan hakimiyyətinə qarşı nifrət püskürən Qurban Məmmədovun Nərimanov rayonunda sahib olduğu ev və mülklərinin əldə olunmasında Abdin Fərzəliyev rol oynayıb. Abdin Fərzəliyevin bütün karyerasının Ramiz Mehdiyev və Əli Həsənovun protejesində keçirməsi danılmaz faktdır. Gülər Əhmədova – Ramiz Mehdiyev – Elşad Abdullayev qalmaqalı zamanı öz mövqelərinin zəiflədiyini görən Ramiz Mehdiyev Abdin Fərzəliyevi (özünün ailə kassasını) qorumaq üçün razılaşdırılmış oyun qurur. Bu oyuna əsasən, sanki onların arasında münasibətlərin pozulması ictimai rəyə təqdim edilir. Bu dövrdə Abdin Fərzəliyevi qorumaq missiyasını Əli Həsənov həyata keçirir. Lakin Gülər Əhmədova qalmaqalı səngiyəndən dərhal sonra Ramiz Mehdiyevlə Abdin Fərzəliyev kölgədən çıxırlar. Bu şəxslərin maraqlarının həm siyasi, həm də kommersiya prinsipləri əsasında birləşməsi dəfələrlə mətbuatın diqqətindən yayınmayıb: Abdin Fərzəliyev vəzifəsini qorumaq üçün özünü cəmiyyətə Heydər Əliyev ideyalarının təbliğatçısı kimi təqdim etmək istəsə də, o, son zamanlarda mətbuatın yaddaşında Heydər Əliyevin 90 illiyində salınmış parkın dağıdılıb, yerində obyekt tikməyə sərəncam verən icra başçısı kimi qalıb. Prezident İlham Əliyev yeni icra başçılarını təyin edərkən məmurlara verdiyi mesajlardan biri də kadr seçərkən qohumbazlığa yol verməmək, nepotizmdən uzaq olmaq, sadə olmaq, peşəkar xüsusiyyətləri ön plana çəkməkdir. Nərimanov Rayon İcra Hakimiyyəti isə sanki şəxsi təsərrüfatdır. Belə ki, Abdin Fərzliyevin təyin etdiyi kadrlar ya onun qohumları, ya da dostlarıdır: 1) Müavin İlqar Mirzəyev – Başçının qohumu (Fövqəladə Hallar Nazirinin müavini Etibar Mirzəyevin qardaşı) 2) Müavin İradə Mahmudova – Başçının şəxsi təqdimatı ilə işə götürülüb. Onun işə götürülməsi üçün öz peşəkarlığı və işgüzarlığı ilə karyerada yüksəlmiş Rəşid Ağayev işindən azad edilmişdir. 3) Hüquq şöbəsi müdiri Firdovsi Cəlilov – Başçının qohumu 4) Rayon təsərrüfatı şöbəsinin müdiri Hüseyn Cəfərov – Başçının qohumu 5) Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Yusif Sadıqov – Başçının qohumu 6) Gənclər və idman şöbəsinin müdiri Nəcəf Novruzov – Başçının kirvəsi olan Siyavuş Novruzovun qardaşı oğlu 7) İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nurlan Həsənov – Başçının yaxın qohumu və rayonun “qara kassası”dır. Başçının torpaq və əmlak satışı, tikintiyə icazə, o cümlədən bütün kommersiya fəaliyyətini tənzimləyən inanılmış adamıdır. Qeyd edilən fəaliyyətlərin qiymətinin müəyyənləşməsi və ödənişlərin qəbul edilməsi səlahiyyəti də bu şəxsə aiddir. 8) İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Zahid Nəzərov – Başçının qohumu MKTB rəisi Qoşqar Məmmədov – Başçının qohumu və iş ortağı 9) 1 saylı ərazi dairəsi üzrə nümayəndə Natiq Babayev – Başçının qohumu 10) 2 saylı ərazi dairəsi üzrə nümayəndə Nürəddin Abbasov – Başçının qohumu 11) 3 saylı ərazi dairəsi üzrə nümayəndə Elmar Abbasov – Başçının qohumu 12) Bələdiyyə sədri və müavinləri – Başçının ailə üzvləri Mediada yayılan məlumatlara görə, Nərimanov rayonununa total nəzarətinə keçirmək üçün Abdin Fərzəliyevə kart blanş təmin olunub. Bunun səbəbləri aşağıdakılardır: – Maliyyə mənbələri yaratmaq və inkişaf etdirmək – Tövsiyyə edilən şəxslərə torpaq sahələri ayırmaq – Tövsiyyə edilən şəxslərə qeyri-yaşayış sahələri hədiyyə etmək – Tövsiyyə edilən şəxslərə mənzillər hədiyyə etmək – Tövsiyyə edilən şəxslərə mülklər özəlləşdirərək hədiyyə etmək. Qeyd edilənlərlə kifayətlənməyərək Abdin Fərzəliyev hədiyyə qismində parklara və təhsil ocaqlarına üz tutur. Məsələn: Dövlət əmlakının reyestr sənədləri sübut edir ki, Nərimanov rayonunda, T.Şıxəliyev küçəsi 19 ünvanında fəaliyyət göstərmiş Bakı Humanitar Kolleci və ona qonşu olan 50 sot park ərazisi Abdin Fərzəliyev tərəfindən özəlləşdirilərək Ramiz Mehdiyevə hədiyyə edilib. Eyni zamanda, nəğd vəsaitin toplanması üçün Əli Həsənov Abdin Fərzəliyevə geniş imkanlar yaradıb, nəticədə qəbristanlıq ərazilərinin satılması zamanı bir sıra torpaqları Prezidentin İctimai-Siyasi şöbəsinin rəhbərinə hədiyyə edib. Abdin Fərzəliyevin təkcə Əhməd Rəcəbli küçəsi və ona paralel küçələrdə yerləşən torpaq sahələrinin satışından 1.5 milyard manatdan çox vəsaiti mənimsəməsi mətbuatda qeyd edilib. Abdin Fərzəliyev dəfələrlə iddia edib ki, o, topladığı vəsaitin bir hissəsini Rusiyanın Həştərxan vilayətinin abadlığına xərcləyib. Reallıq isə belədir ki, Nərimanovda toplanan yüz milyonlarla manat maliyyə vəsaitinin ölkə xaricinə çıxarılması üçün Həştərxandakı layihələr sadəcə koridor olaraq istifadə edilib. Nəticədə isə Əli Həsənov “beşinci kolon”u maliyyələşdirib və eyni zamanda, özləri zənginləşib. Başçı və qohumları isə oliqarxa çevrilib. Bu gün Əli Həsənovun ümumi (ölkə daxili və xarici) varidatı orta hesabla görə 400 mln.dollar ətrafında olduğu halda, Abdin Fərzəliyevin xarici hesablarında olan vəsaitin 750 mln. dolları keçdiyi artıq sübüt edilib və müvafiq strukturlar artıq məsələ ilə bağlı araşdırmanı yekunlaşdırırlar. Vəsaitlərin böyük hissəsi Türkiyə, kiçik hissəsi Avropa banklarında saxlanılır. Bundan əlavə cari xərclər üçün də müəyyən edilmiş sxem mövcud idi. Hər ay Abdin Fərzəliyev Əli Həsənova cari xərclərə 100 000 Avro vəsait göndərirdi. Həmin vəsaitin 20 000 Avro Belçikada yaşayan müxaliflərə (hər ailəyə 1000 euro), 30 000 Avro – Hollandiyaya, 30 000 Avro Fransaya və 20 000 dollar isə ABŞ-a göndərilirdi. Bu vəsaitlər həmin ölkələrdə yaşayan və mühacir həyatı sürən insanlara dəstək formasında verilirdi. Buna görə sadə Nərimanov sakinləri bu gün sual edir ki, bu rayonda həllini gözləyən minlərlə problem olduğu halda, rayonun vəsaitləri hansı məntiqlə Həştərxan və digər istiqamətlərə xərclənməli idi? Yeri gəlmişkən, onu da qeyd etmək lazımdır ki, Bakının Nizami rayonunda yerləşən və Abdin Fərzəliyevə aid olan “Altun” restoranı uzun illər Əli Həsənov tərəfindən müntəzəm olaraq müxtəlif istiqamətli koordinasiya toplantıları üçün istifadə edilib.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Abdin Fərzəliyev rayondakı idarə müdirlərindən pul yığır

    Abdin Fərzəliyev rayondakı idarə müdirlərindən ...

    3-10-2014, 15:31

  • 
  • Abdin Fərzəliyevin Lənkəran sərgüzəştləri

    Abdin Fərzəliyevin Lənkəran sərgüzəştləri ...

    6-12-2012, 14:38

  • 
  • Nərimanov icra başçısı Abdin Fərzəliyev hara baxır?

    Nərimanov icra başçısı Abdin Fərzəliyev hara ...

    5-12-2012, 09:12

  • 
  • Abdin Fərzəliyev Rusiyada pomidor "parnik"ləri tikdirir?

    Abdin Fərzəliyev Rusiyada pomidor ...

    10-12-2019, 22:59

  • 
  • İcra başçısı ilə müavini üz-üzə - 12 milyon mənimsəmə, Nurlan, Quska, Altun... VƏ NƏLƏR

    İcra başçısı ilə müavini üz-üzə - 12 milyon ...

    28-03-2020, 00:00


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (270)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu