gundemxeber.az Hər zaman məmur özbaşınalığından yazıldıqca, onların sayının kəskin artması daim müşahidə olunur. Görəsən, bunun səbəbi nədir? Ölkənin neft sərvətinin amansız surətdə talançılığımı, yoxsa bu qədər xalqın uçuruma aparılmasımı? İlk öncə Abdin Fərzəliyev isminə açıqlama verək. Fərzəliyev Abdin Ələsgər oğlu Nərimanov Rayon İcra Hakimiyyəti başçısı. 1967-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olmuşdur. Bəziləri onun MTN şefi Eldar Mahmudovun yaxın qohumu olduğunu da vurğulayır. O, 2003-cü ilin aprel ayında Azərbaycan Respublikası Prezidentinin sərancami ilə Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir. 2005-ci ilin dekabr ayından isə Azərbaycan Respublikası Prezidentinin sərancamı ilə Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısı vəzifəsində çalışır. Beləliklə, hörmətli icra hakimi barədə redaksiyamıza maraqlı informasiya daxil olmuşdur. Mənbənin məlumatına görə, Abdin Fərzəliyev ov həvəskarıdır. Onun ov etmək üçün özünəməxsus müxtəlif cinsli itləri vardır və həmin itlərin sayı 20-yə yaxındır ki, onlara da xüsusi baxıcılar qulluq edir. Abdin müəllimin ovetmə zamanı, əsasən bayram günləri və respublikada uzunmüddətli qeyri-iş günlərinə təsadüf edir. Onun əsas ov məkanı isə Lənkəranın Sarı 2 kəndində yerləşən qoruqda həyata keçirilir. Mənbəmiz bildirir ki, icra başçısı ova 10-a yaxın müxtəlif “Cip” avtomobillərilə gəlir və onunla bərabər bu istirahət mərasiminə prokuror, hakim və digər vəzifəli şəxslər də qoşulurlar. Nəzərinizə çatdıraq ki, Sarı 2 kəndi, əsasən, ovçuluq və balıqçılıq üzrə ixtisaslaşan kənddir. Buradan respublikaya qonaq gəlmiş Avropa rəsmilərinə kürü hədiyyəsi də məhz xüsusi formada hazırlatdırılır. Hətta deyilənə görə, Abdin müəllimlə birlikdə bu mərasimlərdə nazir Elçin Quliyev də bir neçə dəfə maraqla iştirak etmişdir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?