İcra başçısı Qurban bayramında imkansızlar üçün kəsiləcək heyvanların pulunu belə toplayır
Nərimanov rayonunun icra başçısının fəaliyyətindən narazılıqlar zaman-zaman mətbuatda əksini tapıb. Abdin Fərzəliyevin rəhbərlik etdiyi rayonda özünü əsl kiçik padşah kimi aparması hər kəsə məlumdur. Onun hansısa yüksək vəzifəyə (Prezident Administrasiyasında şöbə müdiri, hətta PA rəhbəri-red.) keçəcəyi ilə bağlı bəzi dairələrdə söhbət açdığı da mətbuata sızmışdı. Bundan başqa, icra başçısının rayonda müxtəlif qurumların rəhbərlərilə çətin yola getməsi də tez-tez müzakirə mövzusu olur.
Tia.az-a bu günlərdə daxil olan məlumat isə onun daha bir qanunazidd əməli haqdadır. Bu dəfə A.Fərzəliyevin Qurban bayramı ərəfəsində Nərimanovdakı idarə-müəssisə müdirlərindən pul yığması söhbət mövzusudur. Belə ki, rayondakı dövlət qurumlarından birində çalışan oxucumuzun sözlərinə görə, icra başçısı rəhbər şəxslərdən bayram günlərində imkansızlar üçün kəsiləcək qurbanlıq heyvanların pulunu yığmağa başlayıb: "Hamıya bildirilib ki, istənilən pulu verməsə sonrakı aqibəti pis olacaq. Ümumiyyətlə, rayonda belə hallar çox olur. Bu dəfə qoyulan hesab 1000 manat civarındadır. Heç kəsilən heyvanların ətinin çoxu imkansızlara çatdırılmır".
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?