GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Vəzifədən çıxarılan məmur qudalar: Eks-nazirlər, sabiq deputatlar...

Vəzifədən çıxarılan məmur qudalar: Eks-nazirlər, sabiq deputatlar...

Tarix: 10-02-2021, 09:48 Bölmə :GündəmXəbər / Manşet Baxış: 505
Vəzifədən çıxarılan məmur qudalar: Eks-nazirlər, sabiq deputatlar...


Eks-məmurlar medianın, sosial şəbəkələrin gündəmindən düşmür. Keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun korrupsiya cinayətlətinə görə həbsindən sonra vaxilə yüksək vəzifələr tutmuş digər sabiqlərin də istintaqa çağırıldığına dair məlumatlar yayılır. İndi ictimaiyyət arasında gedən müzakirələrdə hamı bu suala cavab axtarır: korrupsiya ipindəki növbəti düyün hansı eks-məmur olacaq?

Sabiq məmurlardan söz düşmüşkən, onların bəzilərini bir-birinə həm də qohumluq telləri bağlayıb. Bəli, vaxtilə hakimiyyətin müxtəlif qollarında yüksək vəzifələr tutmuş bəzi şəxslər münasibətlərini, dayaqlarını möhkəmləndirmək üçün "nikah diplomatiyası”na müraciət edib, quda olublar. Əlbəttə, həmin sabiqlərin övladları arasında həqiqətən də bir-birini görüb-bəyənən, sevərək ailə quran gənclər də olub. Amma bir çox hallarda bu münasibətlərin ümumilikdə düşünülmüş, məqsədli şəkildə qurulduğu da heç kimə sirr deyil.
Ölkə başçısının son illər apardığı kadr islahatlarından sonra hakimiyyətin yuxarı eşelonunda vəzifə tutan bəzi qudalar necə deyərlər, "taxt”dan salınıb.
Vəzifədən çıxdaş edilən xeyli quda artıq eks-məmur, sabiq deputat statusundadır.
Başlayaq Gəncə Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevdən. O, Baş Prokurorluğun keçmiş idarə rəisi Əzizağa Həsənovla quda idi.
Elmar Vəliyev Gəncədə yaşanmış məlum güllələnmə olayından sonra, 2018-ci ilin avqustunda vəzifədən kənarlaşdırıldı. Onun qudası - Baş Prokurorluğun Təşkilat-analitik idarəsinin rəisi Əzizağa Həsənov isə 2014-də xəstəlik nəticəsində dünyasını dəyişib.
Hazırda Ucarda şəxsi təsərrüfat yaratdığını, mal-qara saxlayıb əkib-biçinlə məşğol olduğunu deyən keçmiş nəqliyyat naziri Ziya Məmmədov və sabiq deputat Əliağa Hüseynov da "taxt”dan salınan qudalardandı.
Ziya müəllim 2017-ci ildə nazir postu ilə vidalaşmışdısa, 5-ci çağırış Milli Məclisin üzvü olan Əliağa Hüseynov 2020-ci ildə keçirilən növbədənkənar parlament seçkilərində deputat mandatından məhrum oldu.
Ziya Məmmədovu həm də sabiq kənd təsərrüfatı naziri Heydər Əsədovla qudalıq telləri bağlayır. Belə ki, eks-nəqliyyat nazirinin oğlu Anar Məmmədov Heydər Əsədovun qızı ilə ailə qurub. Doğrudur, Heydər müəllim 2018-ci ildə nazir vəzifəsini itirib, amma hazırda Dövlət Dəniz Akademiyasında rektor işləyir.
Vəzifədən uzaqlaşdırılan növbəti qudalar: Eks-milli təhlükəsizlik naziri Eldar Mahmudovla Beynəlxalq Bankın sabiq sədri, korrupsiya əməllərinə görə hazırda həbsxana həyatı yaşayan Cahangir Hacıyevin quda olduğunu yəqin ki, mətbuatı izləyən hər kəs bilir.
Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbovla keçmiş rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun qudalığı da sirr deyil. Hacıbala müəllim hazırda təqaüdçü həyatı sürür, Əli Abbasova gəldikdə, o, Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevin müşaviri olmaqla yanaşı, bu yaxınlarda həm də AMEA-nın "Yüksək Texnologiyalar Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsinə təyinat alıb.
Yeri gəlmişkən, sabiq nazir Əli Abbasov həm də "Azərenerji” ASC-nin keçmiş prezidenti Etibar Pirverdiyevlə qudadır.
Etibar Pirverdiyev 2001-ci ildən 2018-ci ilin sentyabrına kimi "Azərenerji" ASC-nin prezidenti vəzifəsində çalışıb. Yeri gəlmişkən, E.Pirverdiyevin adı mütəmadi olaraq qalmaqallarda hallanıb. Pirverdiyevin işdən çıxarılması 2018-ci ilin iyul ayında ölkənin bir hissəsinin işıqsız qalmasına gətirib çıxaran Mingəçevir İstilik Elektrik Stansiyasında blokların birində baş vermiş qəza ilə əlaqəli olub. O zaman qəza ilə bağlı yaradılan Dövlət Komissiyasının rəyində "Azərenerji"nin hadisəyə lazımi səviyyədə hazır olmadığı, qurumun fəaliyyətində texniki və bir sıra digər çatışmazlıqlar üzündən qəzaya adekvat reaksiya verə bilmədiyi vurğulanmışdı. İki gün davam edən enerji böhranından sonra Prezident İlham Əliyev keçirdiyi müşavirədə "Azərenerji"nin prezidenti Etibar Pirverdiyevi bu cür məzəmmət etmişdi: "Siz, sadəcə olaraq, utanmalısınız, xalq qarşısında, ölkə qarşısında. Bu isti havada insanlara bu qədər əziyyət vermisiniz. İqtisadiyyata nə qədər böyük ziyan vurmusunuz".
Sabiq vergilər naziri Fazil Məmmədov və eks-nazir müavini Namiq Əliyev də vəzifədən çıxarılan qudalar siyahısında daxildirlər. Belə ki, keçmiş nazir qızını N.Əliyev müavini olanda onun oğluna ərə verib.
Fazil Məmmədovun məşhurlarla qohumluq münasibətləri bununla sərhədlənmir. Onun bacısı Binəqədi rayonunun sabiq icra başçısı Xaləddin İsgəndərovla nikahdadır.
Vergilər nazirinin keçmiş müavini Namiq Əliyev həm də Vətən müharibəsinin gedişində Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsindən uzaqlaşdırılan general-polkovnik Nəcməddin Sadıkovla qudadır.
Analoji qohumluq münasibəti sabiq təhsil naziri Misir Mərdanovla Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin keçmiş hakimi Mənsur İbayev arasında da var. Bu izdivac onlar hər ikisi vəzifədə olanda gerçəkləşib.
Baş prokurorun sabiq birinci müavini Rüstəm Usubovla keçmiş müdafiə sənayesi naziri Yavər Camalovu da qudaqlıq münasibətləri bağlayıb.
15 il Baş prokurorun I müavini postunu tutan Rüstəm Usubov ötən il mayın 21-də vəzifəsindən azad olunub. 2006-2018-ci illərdə Müdafiə Sənayesi naziri işləmiş Yavər Camalov 3 il öncə xəstəlikdən dünyasını dəyişib.
Sabiq daxili işlər naziri Ramil Usubovla Xətai rayonunun keçmiş prokuroru Yusif İldırımzadə də məşhur qudalar siyahısnda yer alırlar. Ramil Usubov 25 il nazir işləyəndən sonra - 20 iyun 2019-cu il tarixində postu ilə vidalaşmalı olub. O, elə həmin tarixdə Prezident yanında Təhlukəsizlik Şurasının katibi təyin edilib. Yusif İldırımzadə isə ötən ilin mayında prokurorluq orqanlarında aparılan kadr dəyişiklikləri nəticəsində təqaüdə göndərilib.
Prezident Administrasiyasının ləğv edilmiş İctimai-siyasi məsələlər şöbəsinin sabiq müdiri Əli Həsənov Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyevlə qudalıq qohumluğundadır.
Amma digər qudalardan fəqli olaraq, Əli müəllim sabiqlər siyahısında yer alsa da, bunu Səttar Mehbalıyevə aid etmək olmaz.
Milli Məclisin eks-spikeri Oqtay Əsədovla (Oqtay müəllim hazırda sıravi deputatdır-red.) Samux rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev də qudalar siyahısındadır. Birinci 2020-ci ildə keçirilən növbədənkənar parlament seçkilərində Milli Məclisin sədri postundan məhrum olsa da, ikinci 2012-ci ildən bəzi Samux rayon İcra Hakmiyyətinin başçısı vəzifəsini qoruya bilir. //Modern.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Əli Həsənovun aqibəti necə olacaq... - Korrupsiya ipindəki düyünlər

    Əli Həsənovun aqibəti necə olacaq... - Korrupsiya ...

    5-02-2021, 13:42

  • 
  • Səlim Müslümov ölkədən gedib? - İcra başçısı işləyən dayısından açıqlama

    Səlim Müslümov ölkədən gedib? - İcra başçısı ...

    5-06-2018, 12:19

  • 
  • Səlim Müslümovun müavininin  “huşsuzluğu”

    Səlim Müslümovun müavininin “huşsuzluğu” ...

    25-11-2013, 14:29

  • 
  • Keçmiş nazir Səlim Müslümov özünə iş tapdı

    Keçmiş nazir Səlim Müslümov özünə iş tapdı ...

    28-09-2018, 11:53

  • 
  • Səlim Müslümovdan yeni təyinat

    Səlim Müslümovdan yeni təyinat ...

    12-02-2014, 16:24


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (271)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu