GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Gürcüstanın din xadimi oradakı ermənilərin təxribatlarını ifşa etdi - TƏFƏRRÜAT

Gürcüstanın din xadimi oradakı ermənilərin təxribatlarını ifşa etdi - TƏFƏRRÜAT

Tarix: 15-02-2021, 09:35 Bölmə :GündəmXəbər / Manşet Baxış: 352
Gürcüstanın din xadimi oradakı ermənilərin təxribatlarını ifşa etdi - TƏFƏRRÜAT


Çiaturadakı Baş keşiş Tadeoz Saralidzenin bazar günü moizəsindən sonra Gürcüstanda qalmaqal yaşanmışdır. Baş keşişin bir neçə mövzuda, erməniləri tənqid etməsinə dair ifadələr sosial şəbəkədə paylaşılan bir videoda ortaya çıxmışdır. Erməni diasporası din xadiminin Gürcüstandakı etnik siyasət ilə bağlı fikirlərini bəyənməmişdir. Belə ki, Baş keşiş Tadeoz ermənilərin Gürcüstana qarşı çıxmasından, eləcə də onların müsəlmanlar ilə ölkənin xristian əhalisi arasında qarışıqlıq yaratmağa çalışdıqlarına dair təxribatlardan bəhs etmişdir. Din xadimi öz çıxışlarında insan alicənablığının ermənilərə yad olduğunu qeyd etmişdir. Ölkədəki erməni diasporasının fitnəsinə görə qəzəblənən Baş keşiş, cinayətkar ermənilərin gürcüləri öz ölkələrindən qovmağa çalışdıqlarını qeyd etmişdir.
Qeyd etmək lazımdır ki, ermənilər Gürcüstanda məqsədyönlü şəkildə separatçılığı qızışdırırlar. Buna sübut olaraq, 2021-ci ilin yanvarında gürcü kəndlərindən birində dini zəmində müsəlman və xristian icmaları arasında baş verən münaqişəni göstərmək olar. Belə ki, Buknari adlı kənddə baş verən qarşıdurma, yerli müsəlmanların ənənəvi cümə namazı üçün ibadətgah qurmaq istədiklərinə görə başlamışdır. Qarşıdurma nəticəsində müsəlman icmasından olan iki yeniyetmə daşla vurulduqlarına görə xəstənaya aparılmışdır. Polis hadisənin günahkarlarından birini saxlamağa nail olmuşdur.
Hadisə ilə bağlı Gürcüstan KİV-lərinin Buknari kəndindən yayımladığı görüntülərdə həmin kənddəki polis məmurları ibadət evi təşkil etmək hüququnu müdafiə edənləri öldürməklə hədələyən bir neçə nəfəri çətinliklə saxlamağa müvəffəq olmuşdur. Daha sonra mövcud vəziyyət Acarıstanın bir neçə sakininin müsəlman icmasına dəstək olmaq məqsədilə Buknari kəndinə gəlməsi ilə bir qədər mürəkkəbləşmişdir.
Buknari kəndində baş verən hadisəyə dair münasibət bildirən Gürcüstanın Prezidenti Salome Zurabişvili bu məsələdə müsəlmanlara haqq qazandırmışdır. “Gürcüstan həmişə din müxtəlifliyinin olması ilə fəxr etmişdir. Bu, ölkəmizin zənginliyidir, gücünün əsaslarından biridir və hər zaman qayğı göstərmişik. Konstitusiya vətəndaşlarımızın etiqad azadlığını təmin edir. Dini xidmətlərin və mərasimlərin keçirilməsi vətəndaşlarımızın haqqıdır və heç kəs bu hüququ məhdudlaşdıra bilməz - deyə Gürcüstanın Prezidenti qeyd etmişdir”.
Buknari kəndində baş verən hadisəyə Şemokxedi yeparxiyasında da qiymət verilmişdir. Ruhanilərin fikrincə, kəndlilər dua edərkən bir-birlərinə qarışmamalıdırlar, münaqişə isə sona yetirilməlidir.
Qeyd etmək lazımdır ki, Buknari kəndində baş verən qarşıdurmanın əsas günahkarları məhz burada yaşayan, eləcə də gürcü soyadlarını qəbul edərək özlərini gürcülər kimi qələmə verməyə çalışan ermənilərdir. Belə ki, bu baxımdan ermənilərə məxsus - nashaarmenia.info saytının Buknari kəndindəki hadisə ilə bağlı yayımladığı dezinformasiya diqqətimizi cəlb edir. Həmin dezinformasiyada ermənilər azərbaycanlıları işğalçı, vandal kimi qələmə verməyə çalışırlar. Bu məqamdan aydın şəkildə görünür ki, ermənilər məqsədyönlü şəkildə təxribatlar törədir, daha sonra isə dezinformasiyalar yayımlayaraq törətdikləri hadisələrə görə günahı azərbaycanlıların və gürcülərin üzərinə atmağa çalışırlar.
Xatırlatmaq istəyirik ki, Rusiyanın informasiya agentliyi olan - inosmi.ru saytında hələ 2016-cı ilin mayın 11-də yayımlanan “Gürcüstanda erməni separatizmi baş qaldırır” adlı məqalədə - ermənilərlə gürcülər arasında 2016-cı ilin aprelin 23-də Samtsxe-Cavaxetidə baş verən kütləvi dava-dalaşda ermənilərin günahkar olduqları halda əməllərinə görə gürcüləri günahlandırmaları açıq-aşkar şəkildə qeyd olunur. Ermənilərin “Cavaxk diasporası” müntəzəm olaraq separatçı şüarlarla çıxış edir, sabitliyi pozur və millətlərarası qarşıdurmalara səbəb olur. Qeyd etmək lazımdır ki, ermənilər gürcülərə açıq şəkildə arsızcasına Cavaxetinin ermənilərə məxsus olduğunu, gürcülərin isə burada qonaq olduğunu bildirmişlər. Belə ki, 2016-cı ilin aprelin 24-də ermənilər məşəl yürüşü keçirmişlər, spirtli içkilər qəbul etmişlər və bu zaman qarşılarına çıxan bir qrup gürcü gənclərinə qarşı son dərəcə aqressiv şəkildə davranmışlar. Ermənilər həmin vaxt həyasızcasına gürcülərə, nəyə görə “erməni soyqırımı”nı tanımadıqlarını, niyə belə bir gündə onlarla kədərlənmədiklərini, niyə Qarabağdakı erməniləri dəstəkləmədiklərini söyləmişlər. Bu vaxt gürcü gənclərindən biri onlara yerindəcə cavab verərək, “əbədi qurban” rolunu oynamaqdan vaz keçmələrini tövsiyyə etmişdir. Digər bir gürcü gənci isə bu cür tədbirlərin küçədə yox, kilsədə keçirilməli olmasının vacibliyini onlara bildirmişdir. Lakin daha sonra ermənilər [4] həyasızlıqlarından geri qalmayaraq, gürcülərin üzərinə qışqıraraq demişlər: “Cavaxeti bizim torpağımızdır və siz burada qonaqsınız, ona görə də bizə nə edəcəyimizi söyləməyin”. Daha sonra ermənilərdən birinin gürcünü vurması, hər iki tərəf arasında dava-dalaşın meydana çıxmasına səbəb olmuşdur. Erməni KİV-ləri bu zaman erməniləri vəziyyətdən çıxarmaq üçün guya gürcü gənclərinin sərxoş vəziyyətdə olduqlarını yazmışdılar.
Heç kəsə sirr deyildir ki, erməni qriqoryan kilsəsinin dini-etnik ekstremist mövqe tutaraq erməniləri dünyanın hər yerində təxribat törətməyə çağırır. Tarixən erməni katolikoslarının fəaliyyətinin əsasında erməni millətçiliyi, eqoizmi, türk-müsəlman əhalisinə qarşı düşmənçilik dayanmışdır. Erməni qriqoryan kilsəsinin yarandığı vaxtdan indiyə kimi göstərdiyi fəaliyyətə nəzər saldıqda aydın şəkildə görürük ki, həmin kilsənin əsas məqsədi dini-etnik münaqişələr yaratmaq, erməni terrorizmini dəstəkləmək, türk-müsəlman əhalisini etnik təmizləməyə və deportasiyaya məruz qoymaqdan ibarətdir. Qriqoryan kilsəsinin göstərişi ilə törədilmiş terror aktları xüsusi qəddarlığı ilə fərqlənmiş, bunun nəticəsində günahsız uşaqlar və qadınlar da daxil olmaqla mülki əhali kütləvi qətliama və soyqırıma məruz qalmış, yaşayış məskənləri, mədəni və dini abidələr məhv edilmişdir.
Bu gün Gürcüstandakı din xadimləri də Ermənistanın əslində necə təcavüzkar bir dövlət olduğunu açıq-aşkar şəkildə görür və ermənilərin əsl məqsədini ifşa edirlər. “Əbədi qurban” rolunu canlandıran ermənilər hazırladıqları saxta “erməni soyqırımı” ssenarisini dünya ictimaiyyətinə sırımağa cəhd etmələrinə baxmayaraq, artıq heç kəs bu yalana inanmır, nə də ki qəbul etmir. Həqiqət isə ondan ibarətdir ki, Ermənistan tarix boyu işğalçı dövlət olmuşdur. Hesab edirik ki, “Böyük Ermənistan” xülyası ilə yaşayan ermənilər artıq Azərbaycanın və Gürcüstanın torpaqlarının onlara aid olmamasına dair həqiqətlə barışmalı və uğradıqları tarixi məğlubiyyətlərindən özlərinə dərs çıxarmalıdırlar. Necə ki, İkinci Qarabağ müharibəsində möhtərəm Prezidentimiz İlham Əliyevin müdrik siyasəti sayəsində şanlı Azərbaycan ordusu Ermənistana unudulmaz bir dərs verdi.

Kamal Salayev
AMEA–nın Qafqazşünaslıq İnstitutunun
Gürcüstanşünaslıq şöbəsinin mütəxəssisi
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azad edilmiş keşiş Trampla görüşəcək

    Azad edilmiş keşiş Trampla görüşəcək ...

    13-10-2018, 13:29

  • 
  • Azərbaycanlı gömrük zabiti keşiş təyin edildi - İlk dəfə

    Azərbaycanlı gömrük zabiti keşiş təyin edildi - ...

    7-05-2017, 21:16

  • 
  • Keşiş Brunson bazarlığı: TÜRKİYƏDƏ DOLLAR DÜŞDÜ

    Keşiş Brunson bazarlığı: TÜRKİYƏDƏ DOLLAR DÜŞDÜ ...

    12-10-2018, 16:37

  • 
  • Ermənilərin Gürcüstandakı azərbaycanlılara qarşı yeni qarayaxma kampaniyası

    Ermənilərin Gürcüstandakı azərbaycanlılara qarşı ...

    28-07-2020, 17:52

  • 
  • Gürcü jurnalist: “Ermənilərin DNT-si birbaşa koronavirusu məhv edəcək, peyvəndə, hətta dərmana ehtiyac qalmayacaq”

    Gürcü jurnalist: “Ermənilərin DNT-si birbaşa ...

    8-04-2020, 15:21


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (294)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu