Gürcüstanın “Mtavari Archi” televiziya şirkətininin jurnalisti Georgi Qabuniya ermənilərin ünvanına yarızarafat təhqiramiz ifadələr işlədib.
Jurnalit gürcülərin genetik kodunun guya koronavirusla daha yaxşı mübarizə apardığını və bundan sonra bu mövzuda erməni alimlərinin açıqlamalarını gözlədiyini söyləyib:
“Qonşularımızın hansı genetik qrupa aid olması məni çox maraqlandırır. Əminəm ki, onların DNT-si gürcülərdən daha güclü olacaq və birbaşa koronavirusu məhv edəcək, peyvəndə, hətta dərmana ehtiyac qalmayacaq”.
“Jurnalist etikası xartiyası” aparıcının bu hərəkətini tənqid edib. Məşhur gürcü analitiki Petre Mamradze “VZQLYAD” qəzetinə verdiyi müsahibədə hüquqşünasların bu cür açıqlamalara ciddi yanaşmaları lazım olduğunu söyləyib: “Qabuniyanın patoloji açıqlamaları ilk deyil. Keçən il onun açıqlamaları Gürcüstandakı bütün normal insanları incitdi. İndi zarafat etsə də, bağışlanmazdır. Gürcüstan qanunlarına görə, bu, etnik nifrət oyandırmaq kimi qiymətləndirilə bilər”.
Petre Mamradze hesab edir ki, xüsusilə hazırkı şəraitdə Gürcüstan və Cənibi Qafqazdakı qonşuları belə çətin günləri yaşayanda, milli ləyaqətə qarşı belə təhqirlər çox zərərlidir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?