Kürdəmir rayonunda bədbəxt hadisə baş verib. gundemxeber.az El TV-yə ( Region TV) istinadən xəbər verir ki, bu gün səhər saatlarında rayonun Muradxan kənd sakini, 1952-ci il təvəllüdlü Tahirə Misirxan qızı Abbasova həyətlərindəki quyudan su götürərkən ayağı sürüşərək oraya düşüb.
Onun ailə üzvləri Tahirə Abbasovanın evə gec gəldiyini görüb, axtarışa başlayıblar. Bu zaman onun meyitini su quyusundan tapıblar. Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?