GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Azərbaycanda tenderlərdə şəffaflıq və korrupsiya problemi

Azərbaycanda tenderlərdə şəffaflıq və korrupsiya problemi

Tarix: 29-09-2018, 09:54 Bölmə :Maraqlı Baxış: 497
Azərbaycanda tenderlərdə şəffaflıq və korrupsiya problemi


Ekspertlər deyir ki, tenderlərin elan olunmasından onların nəticələrinin açıqlanmasınadək pozuntular kifayət qədərdir...

Azərbaycanda hər il dövlət vəsaitləri hesabına yüz milyonlarla manatlıq alqı-satqılar həyata keçirilir. Demək olar ki, hər gün rəsmi mətbuatda müxtəlif dövlət qurumlarının alqı-satqılara dair elanlarına rast gəlmək olur. Əsasən tenderlər yolu ilə baş tutan dövlət satınalmaları cəmiyyətin diqqətində olan məsələlərdən biridir. İnsanlar büdcə vəsaitləri hesabına həyata keçirilən alqı-satqılar barədə hərtərəfli məlumat əldə etməyə, bu istiqamətə yönəldilən hər manatın taleyindən xəbərdar olmağa çalışırlar.

Son üç ildə neft gəlirlərinin azalması səbəbindən dövlət investisiyalarına yönəldilən vəsaitlərin həcmi bir qədər azalsa da, neftin dünya bazar qiymətinin yüksəlməsi dövlət xərcləmələrinin yenidə artırılacağından xəbər verir. Bu isə dövlət satınalmalarına nəzarətin təmin olunmasını, bu sahədə şəffaflığın gücləndirilməsini zəruri edir. Bu zərurətdən irəli gələrək Azərbaycanda Hesablama Palatası haqqında yeni qanun qəbul edilib, qurumun dövlət xərcləmələrinə nəzarət sahəsində səlahiyyətləri genişləndirilib.

Xatırladaq ki, 2016-cı ilin yanvarında Prezident İlham Əliyev Azərbaycan Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyinin ləğv edilməsi haqqında fərman imzalayıb.Fərmanla Satınalmalar üzrə Dövlət Agentliyinin vəzifə və funksiyaları, habelə istifadəsində olan dövlət əmlakı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə verilib.

Qeyd edək ki, dövlət satınalmalarında şəffaflığın təmin olunması, effektivliyin artırılması istiqamətində bir sıra addımlar atılsa da, bu sahədəki vəziyyət heç də hamını qane etmir. Araşdırmaçı-jurnalist Hafiz Babalı deyir ki, Satınalmalar üzrə Dövlət Agentliyi ləğv olunandan sonra dövlət vəsaitləri hesabına satınalmalar sahəsində vəziyyətin yaxşıya doğru dəyişmədiyini iddia etmək haqsızlıq olardı: “Amma bu işdə dövlət satınalmalarına dövlət nəzarətini həyata keçirən İqtisadiyyat Nazirliyinin müvafiq qurumunun iştirakı yoxdur. Əksinə, yeni nəzarət qurumu dövlət vəsaitlərin qənaətsiz və qeyri-səmərəli xərcləmə üsulu olan birbaşa müqavilələrin bağlanmasına yaşıl işiq yandırıb. Heç də təsadüfi deyil ki, satınalmalar sahəsində qanunvericiliyin sərtləşdirilməsinə baxmayaraq, qurum bir dəfə də olsun pozuntu aşkar etməyib, yaxud pozuntu törətmiş qurumlara qarşı tədbir görməyib. Hərçənd tenderlərin elan olunmasından tutmuş onların nəticələrinin açıqlanmasınadək pozuntular kifayət qədərdir. Hətta nazirliyin qurumu 2017-ci ilə dair satınalma müqavilələri üzrə məlumatın tam şəkildə açıqlanmasına lüzum görməyib”.

H.Babalının sözlərinə görə, tender və digər satınalma metodları ilə bağlı müsbət meyllər var: “Bu sahədə inzibati və cinayət qanunvericiliyinin sərtləşdirilməsi, Hesablama Palatasının apardığı təhlili yoxlamalar və KİV-in bu sahədə olan pozuntuları aşkara çıxaran araşdırmalarını xüsusi qeyd etmək lazımdır. Lakin bunlara rəğmən, keçirilən tenderlərdə şəffaflıq elementar tələblərə cavab vermir. Tenderlərin predmeti qanunun tələbinə uyğun şəkildə açıqlanmır, iştirakçı və iddiaçıların adları gizli saxlanılır, media bu prosesin ilkin mərhələsinin işıqlandırılmasından kənarda saxlanılır, ixtisasqabağı seçim prosesi total qanun pozuntusuna yol verməklə aparılır, tender təkliflərinin təminatı ilə bağlı ciddi pozuntulara yol verilir, nəticələr yarımçıq açıqlanır, yaxud ümumiyyətlə gizli saxlanılır”.

Müsahibimiz qeyd edir ki, dövlət xərcləmələri sahəsində şəffaflığı artırmaq üçün “Dövlət satınalmaları haqqında” yeni qanunun qəbulu sürətləndirilməlidir: “Hazırda bütün dünya kənar subyektiv müdaxilələri istisna edən elektron satınalmalar metodundan istifadə edir. Biz isə Dünya Bankının texniki yardımlarına rəğmən bundan yayınırıq. Məqsəd, əlbəttə ki, bu sahədə olan korrupsiyanı himayə etməkdir. Buna görə də hesab edirəm ki, 2019-cu ildən etibarən elektron satınalmalara keçid başlamalı və bu, il ərzində tamamlanmalıdır. Nəzarət orqanının müstəqilliyi təmin olunmalıdır. Dövlət satınalmalarına ictimai nəzarət dedikdə əsasən parlament nəzarəti başa düşülür. Bu işi Hesablama Palatası həyata keçirir. Lakin Palatanın nəzarəti də səthidir və bu sahədə olan kriminal və korrupsion halları aşkara çıxarmağa yönəldilməyib. Maliyyə Nazirliyi isə bu sahədə olan pozuntulara göz yummaqla məşğuldur”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Nazirdən bədbin proqnozlar: “Azalacaq...”

    Nazirdən bədbin proqnozlar: “Azalacaq...” ...

    13-10-2015, 13:51

  • 
  • Əhmədzadənin 10 manatlıq şirkətləri ilə talanı

    Əhmədzadənin 10 manatlıq şirkətləri ilə talanı ...

    1-05-2014, 10:12

  • 
  • Dövlət hesabına tikilən dayanacaq özəl şirkətə verilib

    Dövlət hesabına tikilən dayanacaq özəl şirkətə ...

    4-08-2013, 18:28

  • 
  • Cabbarovun tender müəmması

    Cabbarovun tender müəmması ...

    13-11-2015, 00:27

  • 
  • Ərzaq məhsullarının satın alınması qaydası dəyişdi

    Ərzaq məhsullarının satın alınması qaydası dəyişdi ...

    4-03-2016, 15:39


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (270)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu