Mart ayının 5-də hakim Yeni Azərbaycan Partiyasının qurultayı keçiriləcək.
Gundemxeber.Az bildirir ki, bu barədə Musavat.com-a YAP rəhbərliyinə yaxın qaynaqlar məlumat veriblər.
Qurultay qərarı hələlik ictimaiyyətdən gizli saxlanılır.
İddia olunur ki, qurultayda çox sayda məşhur YAP-çı rəhbər strukturlardan kənarlaşdırılacaq. Onlar yaşlı və gözdən düşmüş, ictimai rəydə neqativ işarə ilə tanınan simalardır.
Onların yerinə gənc kadrlar seçiləcək.
Hədəf partiyanı fəallaşdırmaq və onun böyük potensialını hərəkətə gətirməkdir.
YAP rəhbərliyindən kənarlaşdırılacaq bəzi şəxslərin adlarını təxmin etmək mümkündür. Onlar YAP sədrinin 4 müavinindən 2-si olan Əli Həsənov (baş nazirin sabiq müavini) və Akif Əlizadədir (AMEA-nın sabiq prezidenti).
Hakim partiyanın İdarə Heyəti də yenidən formalaşdırılacaq. Bir zamanlar hakim partiyanın əsas simaları olan Hacıbala Abutalıbov - baş nazirin sabiq müavini, Vaqif Əliyev - mədəniyyət və turizm nazirinin müavini, Nurlana Əliyeva - Bakı Slavyan Universitetinin rektoru, YAP Qadınlar Şurasının sədri, Nizami Xudiyev - Pedaqoji Universitetin kafedra müdiri, Abel Məhərrəmov-(BDU-nun sabiq rektoru), Arif Rəhimzadə və başqaları siyasətlə və partiyaları ilə vidalaşacaqlar.
YAP Siyasi Şurasının hələ də üzvləri olan Fatma Abdullazadə və Elnur Aslanov da hakim partiyanın siyahısından çıxarılacaq.
Bir sözlə, iqtidar yarımməxfi YAP əməliyyatı hazırlayıb, bütün neqativ yüklərdən qurtulmaq, hakim partiyanı islah etmək və yeniləmək barədə qərar verib.
Lakin məlumatda pandemiya dövründə bu qurultayın hansı formada təşkil olunacağı barədə məlumat verilmir.
Sorğu
Yeni dizaynımız necədir?