GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Elman Rüstəmov və Rəşad Əhmədov – Milyonları mənimsəmə mexanizmi – Şok faktlar

Elman Rüstəmov və Rəşad Əhmədov – Milyonları mənimsəmə mexanizmi – Şok faktlar

Tarix: 18-03-2021, 14:54 Bölmə :GündəmXəbər / Manşet Baxış: 616
Elman Rüstəmov və Rəşad Əhmədov – Milyonları mənimsəmə mexanizmi – Şok faktlar


Milli Məclisin iclasında millət vəkili Fəzail Ağamalı Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovu ciddi tənqid edib. Bildirib ki, onun bərbad idarəçiliyi sayəsində Azərbaycanda bank sektoru ağır duruma salınıb, onminlərlə insanın həyatı cəhənnəmə çevrilib. Millət vəkilinin sözlərinə görə, Elman Rüstəmovun nəzarət etdiyi bütün sahələrdə acınacaqlı durum baş alıb gedir.

Mərkəzi Bankın nəzarət etdiyi problemli, demək olar ki, işləməyən, korrupsiya yuvasına çevrilən sahələrindən biri də sığorta sistemidir.

Bakupost bir müddət əvvəl araşdırdığı İcbari Sığorta Bürosu ilə bağlı yeni faktlar əldə edib. Büro rəhbərinin maliyyə əməliyyatları, şirkətləri, qazandığı müəmmalı tenderləri, əmlakları barədə araşdırmamızın növbəti hissəsini təqdim edirik:

Milyonçu Rəşad Əhmədov hansı vəzifələri daşıyır...

Rəşad Əhmədov İcbari Sığorta Bürosunun direktoru, “Standard İnsurance” sığorta şirkətinin ləğvetmə komissiyasının rəhbəri olmaqla yanaşı ölkənin müxtəlif qurumlarında keçirilən tenderlərdə ixtisaslaşmış əsas şirkətlərdən bir neçəsinə sahiblik etməkdədir. Onun biznes imperiyasına məxsus “Electro İndustries” QSC, “Verdict Service Company” MMC, “GatDigital” QSC, “AzConstruction” QSC şirkətlərinin adı çoxmilyonluq tender oyunlarında hallanır.

387 min manat vergi borcu olan şirkət 100 milyonluq tenderlərdə necə qalib olub?

“Electro İndustries” QSC “Verdict-Service Company” MMC-nin QSC-yə çevrilməsi yolu ilə 2018-ci ilin sentyabrında yenidən təsis edilib. Şirkət “Verdikt” hüquq şirkətinin direktoru Rəşad Əhmədovun qardaşı Aqşin Bayram oğlu Əhmədovun adına 2010-cu ildə təsis edilib. Şirkət 2017-ci ildə transformasiya edərək elektrik xətlərinin çəkilişi ilə məşğul olmağa keçənədək fəaliyyəti barədə publik məlumat yoxdur. Elə maliyyə hesabatında da 2017-ci ilin əvvəlində fəaliyyət göstərmədiyi əks olunub. 2017-ci II rübündən isə 387 min manat vergi borcu ola-ola mart ayında “Azərişıq” ASC-nin mühüm layihəsinin icrası üzrə tenderinin qalibi olur. Hərçənd, dövlət satınalmalarını tənzimləyən qanunvericiliyə görə, tenderə qatılan iddiaçıların mühüm maliyyə və vergi öhdəlikləri olmamalıdır. Buna baxmayaraq, “Azərişıq” onunla Hacıqabul və Şamaxı rayonlarında yaradılan 2 aqroparkın elektrik təchizatı sistemini qurmaqdan ötrü 34,2 milyon manatlıq müqavilə bağlayır.

Araşdırmalar nəticəsində bəlli olur ki, şirkət tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri üzrə lisenziyanı 2017-ci ilin iyun ayının 14-də alıb. Başqa sözlə, tenderə sənəd təqdim edərkən, onun elektrik enerjisi obyektlərinin tikintisi sahəsində nəinki 5 milyon manat dəyərində icra olunmuş layihə keçmişi, heç bu sahədə işləmək üçün icazəsi və təcrübəsi belə olmayıb.

“Zaman-Audit” MMC audit şirkətinin rəyinə əsasən, şirkətin ümumi mənfəəti 2019-cu ilin əvvəlinə 7 milyon 435 min manat təşkil edib. (https://xalqqazeti.com/az/news/25015). 2018-ci ildə “Azərişıq” və “Azərenerji”nin bu şirkətə daha hansı işləri həvalə etdiyi barədə məlumat verilmir.

Əvəzində “Electro İndustries” şirkəti ilə demək olar ki, eyni vaxtda Rəşad Əhmədov tərəfindən təsis edilən “Azconstruction” QSC-nin 2016-2019-cu illərdə təkcə “Azərişıq” ASC-dən ümumi məbləği 133,2 milyon manat dəyərində publik sifarişlər aldığı məlum olur.

“Azconstruction” şirkəti barədə də ictimaiyyətə elə çox informasiya bəlli deyil. Bu şirkət barədə ictimaiyyətə açıq informasiya onun “Azərişiq” ASC ilə tərəfdaşlığı barədədir. “Azərişığ”ın ona tapşırdığı 13 layihə arasında Hövsan və Binə qəsəbələrindəki, Qax, Goranboy, Ucar, Şabran, Biləsuvar və Hacıqabul rayonlarındakı iri əkin sahələrinin, istixanaların və quşçuluq təsərrüfatının xarici elektrik təchizatı xətlərinin tikintisi, Ağ Şəhərin və Bakının başqa ərazilərinin enerji təchizatı işləri də var. Görünən həm də odur ki, dövlət hesabına icra olunan bu layihələr Rəşad Əhmədovun şirkətinə başgicəlləndirən məbləğlərdə qazanc gətirib. Maliyyə hesabatına görə, irihəcmli işlərin tapşırıldığı şirkətin balansındakı əmlakının dəyəri cəmi 130 min manata yaxın olub. Bu kiçik potensialla “Azconstruction” QSC 2018-ci ildə 23 milyon 804 min manat mənfəət əldə edib. 2018-ci ilin sonu tarixinə “Zaman-Audit” MMC audit şirkətinin audit rəyinə əsasən şirkətdə 10 manat kapitalı olan Əhmədovlar ailəsinə ödəniləcək dividend məbləğinin miqdarı 19 milyon 43 min manat olaraq təsdiqini tapıb (https://xalqqazeti.com/az/news/25018). 2018-ci il ərzində müqavilələr üzrə 80,7 milyon manat məbləğində əməliyyat gəliri əldə edən bu şirkət dövlət büdcəsinə 4,7 milyon manat, əməliyyat mənfəətinin onda-biri qədər mənfəət vergisi ödəyib.

Məlumatlara əsasən şirkətin qalib elan edildiyi sonuncu tender isə 2020-ci ilin dekabr ayında olub və Qaradağ rayonunun Ələt qəsəbəsindəki Azad İqtisadi Zonanın ərazisində ilkin elektrik işlərinin layihələndirilməsi və görülməsi üçün şirkətə 9 milyon 984 min manat vəsait ayrılıb. (https://etender.gov.az/competition/notifications)

“Azconstruction” QSC-nin ilk direktoru Rəşad Əhmədovun atası Bayram Əhmədov olub. O, həm də “Azərişıq” ASC-nin 2016-cı ildən bəri daimi tərəfdaşı olan “Gatdigital” QSC-nin rəhbəri və qanuni təmsilçisidir.

Bu dövrdə ölkənin elektrik təchizatçısı “Gatdigital” QSC-dən müxtəlif elektrik malları, sayğaclar və sayğac qutuları, dayaq və bünövrələr, işçi geyimləri və s. satışı etməkdən ötrü 25 publik müqavilə bağlayıb. Bu müqavilələr üzrə şirkətə təkcə 2018-ci ildə 28.7 milyon manat (https://finans.az/xeber/sentyabrda-en-cox-satinalma-eden-dovlet-qurumlari-ve-bundan-qazanan-sirketler.html), ümumilikdə isə 155 milyon manatdan çox vəsait ödənilib (https://etender.gov.az/media/contracts-register). Azconstruction QSC kimi “Gatdigital” QSC-nin də hüquqi ünvanı Əhmədovların Bülbülə qəsəbəsindəki villası olub. Hal-hazırda isə “Azconstruction” QSC və “Electro İndustries” QSC-nin qanuni təmsilçiləri, eləcə də hüquqi ünvanları dəyişdirilib.

“Azərsun Holdinq”lə 2 milyonluq layihə

Dövlət satınalmaları portalına görə, 2019-cu ilin yayında 110/35/6 kV-luq Sumqayıt-3 yarımstansiyasından “Azərsun Holdinq” MMC-nin yağ, plastik və karton zavodlarına 35 kV-luq kabel xəttinin çəkilməsi üzrə 2 milyonluq layihənin icrası da adı çəkilən şirkətlərdən birinə – “Electro İndustries” QSC-yə tapşırılıb. Məlumat üçün bildirək ki, Rəşad Əhmədovun əvvəlki iş yeri “Azərsun Holdinq” olub.

Rəşad Əhmədovun başgicəlləndirən sərvəti...

Rəşad Əhmədovun ona verilən postdan istifadə edərək, şəffaflığı şübhə altında olan böyük layihələri udması, “obnaliçka” ilə məşğul olan şirkətlər qurması ona, əlbəttə, böyük sərvətlər bəxş edib./pia.az/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İcbari tibbi sığorta ilə bağlı işçi qurupu yaradıldı

    İcbari tibbi sığorta ilə bağlı işçi qurupu ...

    26-02-2014, 12:29

  • 
  • Əli Əhmədov icbari tibbi sığortadan danışdı

    Əli Əhmədov icbari tibbi sığortadan danışdı ...

    14-06-2018, 16:27

  • 
  • İcbari Sığorta Bürosunun rəhbərliyində dəyişikliklər olub

    İcbari Sığorta Bürosunun rəhbərliyində ...

    1-04-2019, 11:00

  • 
  • Sığorta şirkətləri haqda qərar verildi

    Sığorta şirkətləri haqda qərar verildi ...

    10-06-2016, 00:42

  • 
  • Azərbaycanda fırıldaqçı hüquqşünaslar peyda olub... - Diqqət!

    Azərbaycanda fırıldaqçı hüquqşünaslar peyda ...

    2-07-2019, 15:32


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (511)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu