GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Azərbaycanda fırıldaqçı hüquqşünaslar peyda olub... - Diqqət!

Azərbaycanda fırıldaqçı hüquqşünaslar peyda olub... - Diqqət!

Tarix: 2-07-2019, 15:32 Bölmə :Cəmiyyət Baxış: 707
Azərbaycanda fırıldaqçı hüquqşünaslar peyda olub... - Diqqət!


İcbari Sığorta Bürosunun icraçı direktoru Rəşad Əhmədov mətbuata açıqlamasında Azərbaycanda yeni qəbir axtaran hüquqşünasların peyda olduğunu söyləyib. O bildirib ki, həmin hüquqşünaslar yeni qəbirlərdə olan şəxsin qəzada öldüyünü bilən zaman onun varislərini tapır, onlarla anlaşma əldə edir və İcbari Sığorta Bürosundan pulu aldıqdan sonra yarısını varisə, yarısını isə öz ciblərinə qoyurlar.

Rəşad Əhmədov deyib ki, insanların bu vəsaiti almaq haqqı var: "Bizim dediyimiz odur ki, insanlar bu vəsaiti özləri alsınlar, bu, onların qanuni haqqıdır. İstəyirik ki, arada şəxslər olmasın".
GundemXeber.Az bildirir ki, nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov Sputnik Azərbaycan-a açıqlamasında belə halların olduğunu təsdiqləyib. Lakin ekspert yol qəzalarında ölən şəxslərin varislərinə çatacaq sığortanı əldə etmək üçün qəbir axtaran hüquqşünasların sayının elə də çox olmadığını, bu halın kütləvi xarakter daşımadığını söyləyib.

Ə. Hüseynov öncə yol-nəqliyyat hadisələri zamanı ölən şəxsin varisinə sığorta pulunun hansı hallarda verilməsi məsələsinə aydınlıq gətirib.

Hüquqşünas deyib ki, yol qəzalarında ölənlərin hamısının varisinə sığorta ödənilmir: "Qəza sığortası o şəxslərin varislərinə ödənilir ki, onların ölümündə sürücünün günahı olsun. Yəni kimsə maşını ağaca çırparaq ölübsə, həmin şəxsin varisinə sığorta düşmür. Mütləq şəxsin ölümü sürücünün günahı üzündən baş verməlidir. Əgər hər-hansı sürücü yolda hərəkətdə olan zaman digər avtomobillə toqquşursa və bu zaman onun içərisində olan şəxs dünyasını dəyişirsə, onda ölən şəxsin varisinə 5 min manat sığorta haqqı ödənilir. Hətta qəza zamanı sürücü hadisə yerindən qaçırsa, bu zaman da ölən şəxsin varislərinə sığorta şirkəti sığorta haqqını ödəməlidir. Yəni burada mütləqdir ki, qəzanın sürücünün səhvi üzündən baş verdiyi sübut olunsun. Əks halda ölən şəxslərin varislərinə sığorta haqqı ödənilmir".
Ə.Hüseynovun sözlərinə görə, tək-tək insanlar yol qəzalarında sığorta ödənişindən xəbərsiz olsalar da, əhalinin çoxu bu barədə məlumatlıdır: "Hətta bizə gəlib bunun üçün müraciət edənlər də olur.

Yeni qəbir yeri axtaran hüquqşünasların olması hallarının isə kütləvi xarakter daşıdığına inanmıram. Çünki qəza baş verən zaman ölüm hadisəsi olursa, dərhal cinayət işi başlanılır. Hüquq-mühafizə orqanları ölən şəxsin varislərinə sığorta barədə məlumat verirlər. Ola bilər ki, hadisə barədə sığorta bürosu xəbərsiz olsun. Amma ölən şəxsin varisləri sığorta bürosuna müraciət edirlər. Bəzən elə hallar olur ki, hətta sığorta düşmədiyi halda ölən şəxslərin varisləri sığorta ödənilməsi barədə bizə müraciət edirlər".
"İflas, ölüm, bədən xəsarətləri zamanı Büro sığortasız tərəfin təminatıdır. Belə hallarla bağlı 2018-ci ildə 800 min manata yaxın təzminat ödənilib. İnsanların sığortaya inanması üçün davamlı tədbirlərin görülməsi lazımdır", - ekspert əlavə edib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İcbari Sığorta Bürosunun rəhbərliyində dəyişikliklər olub

    İcbari Sığorta Bürosunun rəhbərliyində ...

    1-04-2019, 11:00

  • 
  • Əli Əhmədov icbari tibbi sığortadan danışdı

    Əli Əhmədov icbari tibbi sığortadan danışdı ...

    14-06-2018, 16:27

  • 
  • Əli Əhmədov: “İcbari tibbi sığortanın tətbiqində tələsmək olmaz”

    Əli Əhmədov: “İcbari tibbi sığortanın tətbiqində ...

    23-10-2014, 12:32

  • 
  • Sığorta fırıldaqçıları barədə xəbərdarlıq

    Sığorta fırıldaqçıları barədə xəbərdarlıq ...

    17-04-2015, 15:30

  • 
  • İcbari tibbi sığorta ilə bağlı işçi qurupu yaradıldı

    İcbari tibbi sığorta ilə bağlı işçi qurupu ...

    26-02-2014, 12:29


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu