GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Vüqar Gülməmmədov Azad Rəhimovu bir ay ərzində 5 dəfə kabinetinə niyə "dəvət" etdi? - İLGİNC

Vüqar Gülməmmədov Azad Rəhimovu bir ay ərzində 5 dəfə kabinetinə niyə "dəvət" etdi? - İLGİNC

Tarix: 25-03-2021, 13:28 Bölmə :GündəmXəbər / Manşet Baxış: 607
Vüqar Gülməmmədov Azad Rəhimovu bir ay ərzində 5 dəfə kabinetinə niyə "dəvət" etdi? - İLGİNC


Bu günlərdə Hesablama Palatasının tərkibi demək olar ki, yeniləndi. Belə ki, Palatanın 5 üzvündən 4-ü dəyişdirildi. Mütəxəssislər bunu Palatanın fəaliyyətinin ölkədə prezident İlham Əliyev tərəfindən aparılan uğurlu islahatlarla cavab verəcək səviyyədə olmaması ilə əlaqələndirir. Son zamanlar ölkənin Kənd Təssərrüfatı Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mədəniyyət Nazirliyi sistemində və digər sahələrdə aşkar edilmiş büdcə vəsaitlərinin talanması, yaxud yumşaq desək, səmərəli xərclənməməsi faktları cəmiyyətdə haqlı olaraq bir sual yaratdı. Bu təşkilatların fəaliyyətinə zamanında hansı orqan nəzarət etməyə borclu idi?

Təbii ki, bu vəzifə adları çəkilən nazirliklərdə və onların ayrı – ayrı qurumlarında son illər ərzində davamlı şəkildə yoxlamalar aparmış Hesablama Palatasına aiddir. Bəs nə üçün Hesablama Palatasının bu təşkilatlarda və onların tabeliyində olan qurumlarda apardığı yoxlamalar bu faktları aşkara çıxarmayıb? Dövlət başçısı tərəfindən ölkədə rüşvət və korrupsiyaya qarşı bu qədər amansız mübarizə aparıldığı və onlarla yüksək rütbəli məmurun məhz bu faktlara görə həbs olunduğu bir dönəmdə Hesablama Palatası nədən öz vəzifə borcunu layiqincə icra etməyib?

Palatanın fəaliyyətindəki bu durumun kökündə bu Palataya Heydər Əsədov rəhbərlik etdiyi dövrdən təməli qoyulmuş və yoxlamalar zamanı “xoşagəlməz situasiya”larla müşayət olunan çeşidli səbəblər dayanır. Bunu sübut etmək üçün yetərlidir ki, son illər ərzində Hesablama Palatasının büdcə təşkilatlarında (təhsil, səhiyyə, mədəniyyət və s) apardığı yoxlamalar barəsində yoxlama aparılmış təşkilatların işçiləri arasında bir sorğu keçirilsin. O zaman həmin işçilər onların onsuz da çox olmayan əmək haqlarından Hesablama Palatasına verilmək adı ilə nə qədər pul yığıldığını məmnuniyyətlə söyləyəcəklər.

Bir müddət əvvəl sabiq nazir Səlim Müslümov barmaqlıqlar arxasına atıldı. Səbəbsə külli miqdarda dövlət vəsaitinin mənimsənilməsi oldu. Qeyri-rəsmi məlumata görə Səlim Müslümov 2 milyard manatdan çox dövlət vəsaitini mənimsəyib. Di gəlki, Hesablama Palatası uzun illər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yoxlamalar aparıb. Amma elə bir ciddi maliyyə pozuntusu qeydə alınmayıb. Uzun illər bu Nazirliyi Palatanın əsas auditorlarından biri Mehriban Alışanova “kuriruvat” edib. Palatanın digər auditi Firsənd Qurbanov isə Səlim Müslümovun həbsxana yoldaşı olub. Buna görə də bütün audit yoxlamalarında Nazirlik üçün Palata “təmizlik kağızı” verib. Təbii ki, “təmizlik kağızı” elə belə verilmir. Bundan çoxlarının, hətta Palatanın sədri Vüqar Gülməmmədovun da xəbəri olub. Amma heç bir tərəf nəticədən narazı qalmadığı üçün səsini çıxarmayıb.

İndi isə ortalığa çıxır ki, Səlim Müslümov 2,5 milyard pul “yeyib”. Bəs əgər onu Hesablama Palatası yoxlayıbsa, ona “təmizlik kağızı” veribsə, bu yeyinti haradan oldu?

Yəni məsələ tək Səlim Müslümovu tutmaqla həll olunmur. Əsas başda duranlardan biri Heydər Əsədovdur, biri də onun kadrı Vüqar Gülməmmədovdur. Səlim Müslümovun işlədiyi kadrların hamısı bu gün vəzifədədir.

Ümumiyyətlə, Hesablama Palatasının fəaliyyəti hər zaman qeyri-şəffaf olub. Dağıdılan milyardlarla büdcə vəsaiti Hesablama Palatasının rəylərində ən yaxşı halda bir neçə milyon manatla təsvir olunub. Aparılan yoxlamaların bir böyük qəribəliyi isə ondan ibarətdir ki, yoxlamanın gedişində yoxlanılan təşkilatın rəhbəri ilə davamllı təmaslar qurulub. Məsələn, əldə etdiyimiz məlumata görə, 2018-ci ilin dekabr və 2019-cu ilin yanvar ayı ərzində Gənclər və İdman Nazirliyi sistemində aparılan yoxlama zamanı nazir Azad Rəhimov 5-6 dəfə Palata Sədrinin qəbuluna “dəvət olunub”.

Sual olunur, dünyanın hansı bir ölkəsində Hesablama Palatası kimi nüfuzlu bir təşkilat yoxlamanın gedişində yoxlanılan müəssisənin rəhbərini “xalça üzərinə” çağırır? Səbəb bəllidir. Qarşılıqlı maraq. Nəzərə alaq ki, son illər dövlət büdcəsini talayan qurumlardan biri də Gənclər və İdman Nazirliyidir. Təkcə 2015-ci ildə Birinci Avropa Oyunlarının təşkili və keçirilməsi dövlət büdcəsinə 1 milyard manatdan baha başa gəldi.

Oyunların açılış mərasiminə 150 milyon manat (?), bağlanışına isə 30 milyon manatdan çox vəsait silindi. Halbuki, İkinci Avropa Oyunlarına ev sahibliyi edən Belarus bütün tədbirlərə və hazırlıqlara heç 50 milyon dollar xərcləmədi. Amma bizdə bu hesabla milyardlarla vəsait silinib getdi. Hələ regionlarda və paytaxtda tikilən idman obyektlərinə ayrılan 100 milyonları demirəm. Bu gün bu barədə bir çoxları kimi Hesablama Palatası da susur. Amma sabah Azad Rəhimov vəzifəsindən azad edilsə, hamı bu yeyilən milyardlardan danışacaq. Bu günsə bu acı reallıqları ortaya çıxarmalı olacaq bir qurum varsa, o da Hesablama Palatasıdır. O təşkilatsa susur. Susmaqsa razılıq əlamətidir. Görünür, Vüqar Gülməmmədov Azad Rəhimovdan heç də narazı deyil./Konkret.az/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Hesablama Palatasının yeni sədrinə etirazlar başladı

    Hesablama Palatasının yeni sədrinə etirazlar ...

    25-11-2013, 14:39

  • 
  • Hesablama Palatasının yeni sədri seçildi: O kimdir?

    Hesablama Palatasının yeni sədri seçildi: O ...

    22-11-2013, 12:38

  • 
  • Hesablama Palatası icra başçısını yenə hədəfə aldı

    Hesablama Palatası icra başçısını yenə hədəfə aldı ...

    1-04-2015, 16:28

  • 
  • Hesablama Palatası məmurlarla baglı materialları prokurorluğa göndərəcək

    Hesablama Palatası məmurlarla baglı materialları ...

    17-02-2014, 17:07

  • 
  • Heydər Əsədov "reydə" çıxıb

    Heydər Əsədov "reydə" çıxıb ...

    27-12-2012, 08:54


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (506)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu