GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Neftçalada kimlər narazılıq yaradır... - İDDİA

Neftçalada kimlər narazılıq yaradır... - İDDİA

Tarix: 6-04-2021, 09:31 Bölmə :GündəmXəbər / Manşet Baxış: 284
Neftçalada kimlər narazılıq yaradır... - İDDİA


Sübh kəndi Neftçala rayonunun şərqində yerləşməklə rayon mərkəzindən 25 km aralıdadır.

Burada məskunlaşmış əhalinin əsas məşğuliyyəti balıqçılıq və maldarlıq olub. Sovet dönəmində kənddə yerləşən balıqartırma zavodu fəaliyyət göstərirdi ki, kəndin əmək qabiliyyətli əhalisinin böyük əksəriyyəti bu zavodda işləyirdi. Sonradan bu zavodun fəaliyyətinin dayanması səbəbindən kənd əhalisinin yeganə dolanışıq yeri məhz maldarlıq oldu. Bu kəndi rayonun digər kəndlərindən özəl tutan bir cəhət də, təxminən hər iki evdən evdən birində Qarabağın azadlığı uğrunda aparılan birinci və ikinci Qarabağ müharibəsində şəhid olan Vətən övladlarımızın olmasıdır. Kənd əhalisindən bir qrup vətəndaş ərizə ilə gundelik-baku.com-un redaksiyasına müraciət edərək, kəndin örüş sahəsinin rayonun digər kənd və qəsəbələrindən gətirilmiş iri və xırda buynuzlu davarlar tərəfindən məhv edilməsi səbəbindən , yem qıtlığının yaranması nəticəsində kənd əhalisinin mal-qarasının kütləvi məhv olması, bu barədə rayonun icra hakimiyyətinin başçısı cənab Mirhəsən Seyidov başda olmaqla bütün icra strukturlarına yazılı, şifahi müraciətlərinin olmasına baxmayaraq konkret tədbir görülməməsini bildirərək, bu məsələnin qəzetimiz vasitəsi ilə ictimailəşdirilərək respublika rəhbərliyinə çatdırılmasında köməklik göstərilməsini xahiş etmişdir. Biz də bu ərizənin araşdırılması üçün kəndə yollandıq. Kəndi rayon mərkəzi ilə birləşdirən yolun 2-3 km hissəsi istisna olmaqla qalan hissənin asfalt örtüyünün yeni çəkilməsi diqqətimizi cəlb etdi. Lakin 25 km yolda dayanacaqların olması faktı ilə maraqlandıqda bizə bildirdilər ki, yol boyu sovet dönəmindən qalmış yerləşən dayanacaqlar inzibati ərazi nümayəndəliyi və bələdiyyə tərəfindən sökülüb aparıldı və söz verildi ki, burada yeni dayanacaqlar quraşdırılacaq. Lakin “yeni” dedikləri dayanacağın (əgər bu sınıq-salxaq dəmir konstruksiyanı dayanacaq adlandırmaq olarsa) vəziyyətini görəndə artıq bu kəndin istər bələdiyyəsini, istərsə də inzibati ərazi nümayəndəliyinin kəndə olan “yanaşması” haqda təsəvvürümüz yarandı. Necə deyərlər, görünən kəndə nə bələdçi?! Uzun sözün qısası, yarım saatlıq yoldan sonra (dədə-baba bu kəndin əhalisi yola km-lə yox, zamanla ölçüblər) Sübh kəndinə çatıb, ərizədə imzası olan Cəbrayılov Kamal Nurməmməd oğlu ilə görüşdük. Müsahibimiz bildirdi ki, kənd əhalisinin mal-qarası, yerli əhalinin “ada” adlandırdığı, Kür çayının bir qolu olan və kənd əhalisinin Bala Kür adlandırdığı çayın üzük qaşı kimi çevrələdiyi təxminən 1500 ha yaxın ərazidə bəslənir. Bir-neçə ildir ki, bu əraziyə kənd camaatına məxsus olmayan minlərlə başdan artıq iri və xırda buynuzlu mal-qara gətirib ki, bu da ərazidə örüş sahəsinin məhv olmasına səbəb olub. Kamal Cəbrayılov bildirdi ki, yaranmış problem barədə 2017-ci ildən rayon rəhbərliyinə müraciətlər etsələrdə dərdlərinə dərman edən tapa bilmirlər. 2020-ci ilin fevralında məlum hadisələrdən sonra rayon rəhbərliyi dəyişdikdə onlarda ümid yaranıb ki, rayonun yeni icra başçısı yaranmış problemin həllində onlara yardımçı olacaq. Müsahibimiz bildirdi ki, lakin onların bu ümidləri ötən bir il ərzində hələ ümid olaraq da qaldı. O, bildirdi ki, dəfələrlə icra hakimiyyətinin yeni başçısı cənab Mirhəsən Seyidova yazılı-şifahi müraciətləri olsa da, nə onlayn, nə də üzbəsurət olu qəbul edib, dərdiyi dinləyən olmayıb. Ərizələrinədə şöbə müdirinin müavini A.Quliyevin imzası ilə verilən cavablar, yalnız cavab xatirinə yazılmış, problemlə uzaqdan-yaxından əlaqəsi olmayan söz yığınından başqa bir şey olmayıb! Burada bir haşiyə çıxaq ki, bu şöbə müdirinin müavini A.Quliyev Neftçala rayon İH-də hansı səlahiyyətə malikdirsə rayon əhalisinin 70-80 faizinin ərizə və şikayətlərinə verilən “cavablar” bu məmurun imzası ilə gəlir?! Daha sonra Kamal Cəbrayılov bildirdi ki, bu ərazidə saxlanılan davarların böyük əksəriyyəti məhz Neftçala rayon İH-də işləyən məmurlara aid olduğundan onlar çox güman ki, problemi icra başçısı Mirhəsən Seyidova çatdırmırlar, yaxud çatdırsalar da, tam başqa aspektdə çatdırırlar. Əks təqdirdə bu ərazidə mal-qaranın kütləvi tələf olması faktını təsdiq edən rəsmi sənədlərin olmasına baxmayaraq, konkret tədbir görülməməsini necə izah etmək olardı?! Bir sözlə kənd əhalisi ya vəlvələdən, ya zərzələdən üç ildən çoxdur ki, əziyyət çəkdikləri problemdən, bu gündə əziyyət çəkməkdə davam edirlər.Nəticədə isə qida təhlükəsizliyinin təmin edilməsində mühüm rolu olan maldarlıq, bu ərazidə artıq yox olmaq təhlükəsi ilə üz-üzə qalıb! Biz isə ümid edirik ki, yaranmış problemin qəzetimizdə işıqlandırılmasından sonra, bəlkə əlaqədar təşkilatların kənd əhalisinə olmasa da, acından ölən dilsiz-ağızsız mal-qaraya yazığı gələr və problemin həlli üçün əllərini demirik, barmaqlarını-barmaqlarına vurarlar!

P.S.Kür çayının suyu yenə də şorlaşmağa başladı.

P.S.S. Neftçalanın örüş yerləri Cənub zonası rayonlarının icra başçıları tərəfindən neçə ildir ki, zəbt olunub. Yəni bir neçə rayonun icra başçısının heyvandarlıq fermaları Neftçaladadır. Və buna görə, həmin rayonunn icra başçıları keçmiş icra başçısı, hazırda həbsxana həyatı yaşayan İsmayıl Vəliyevə “örüş pulu” verirdilər. Bu qayda indi də davam edir.
Bu barədə növbəti yazıda. /gundelik-baku.com/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "Örüş yerimiz rayon rəhbərliyi tərəfindən satılıb" - İDDİA

    "Örüş yerimiz rayon rəhbərliyi tərəfindən ...

    23-06-2020, 10:15

  • 
  • Məşhur kəndin sakinləri ilə "Muğanbank" arasında qalmaqal

    Məşhur kəndin sakinləri ilə "Muğanbank" ...

    9-09-2014, 13:15

  • 
  • Neftçalada evdən odlu silah tapılıb

    Neftçalada evdən odlu silah tapılıb ...

    5-12-2015, 16:11

  • 
  • Çılpaq kişiyə görə kənd boşaldıldı (FOTO)

    Çılpaq kişiyə görə kənd boşaldıldı (FOTO) ...

    14-12-2014, 09:30

  • 
  • Goranboy rayonunun Tap Qaraqoyunlu kəndində həyat axarı ilə davam edir

    Goranboy rayonunun Tap Qaraqoyunlu kəndində həyat ...

    5-08-2014, 23:35


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (509)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu