Vəzifəsindən getdikdən sonra mətbuata çıxmayan sabiq iqtisadi inkişaf naziri Heydər Babayev haqda müxtəlif məlumatlar yayılır. Onun xaricdə yaşadığı, biznes fəaliyyəti ilə məşğul olduğu bildirilsə də eks-nazir imkan daxilində jurnalistlərdən qaçır, onların suallarını cavablandırmaqdan imtina edir.
Dəfələrlə cəhdimizdən sonra, nəhayət Heydər Babayevlə əlaqə saxlaya bildik.
Eks-nazir AzVision.az-a eksklüziv açıqlamasında yaxşı olduğunu deyərək mətbuata çıxmaq istəmədiyini deyib.
“Narahat olmayın, yaxşıyam. Rahat yaşayıram. Amma xahiş edirəm məni narahat etməyin, jurnalistlər yığmasınlar. Bundan sonra kiməsə deyiləcək sözüm yoxdur”-deyə H.Babayev vurğulayıb.
Qeyd edək ki, Heydər Babayev 2005-2008-ci illərdə Azərbaycanın iqtisadi inkişaf naziri olub. O 2008-ci ilin oktyabrın 30-da prezident İlham Əliyevin sərəncamı ilə tutduğu postdan azad edilib.
Sorğu
Yeni dizaynımız necədir?