GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » "Yunisin o qədər silahı vardısa..."

"Yunisin o qədər silahı vardısa..."

Tarix: 17-04-2021, 10:13 Bölmə :GündəmXəbər / Manşet Baxış: 661
"Yunisin o qədər silahı vardısa..."


Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsddə suçlanan Yunis Səfərov və daha 11 nəfərin vəkilləri bu işlə bağlı məhkəmənin gedişindən narazı qalıb. Vəkillər hesab edir ki, məhkəmə ədalətli araşdırma aparmayıb, həqiqətin üzə çıxmasında maraqlı olmayıb, prokurorluğun hazırladığı ittiham aktını hökmə köçürmək yolu tutulub. Müdafiəçilər aprelin 15-də Bakı Ağır Cinayətlər Məhkəməsində çıxış edərkən bu barədə danışıblar.

"Heç bir dəlil-sübut olmadan üç ilə yaxındır həbsdə saxlanılır"

Vəkillər deyir ki, ədalətli araşdırma məqsədilə məhkəmənin gedişində onlarla vəsatət qaldırıblar. Amma Əfqan Hacıyevin sədrlik etdiyi hakimlər kollegiyası vəsatətlərin heç birini təmin etməyib. Hansı səbəbdən təmin olunmadığını da əsaslandırmayıb.

"Yunisin o qədər silahı vardısa..."


Təqsirləndirilən şəxslərdən Ceyhun Qurbanov epilepsiya xəstəliyindən əziyyət çəkir. Məhkəmədə də bir neçə dəfə vəziyyəti pisləşib. İstintaq təcridxanasında da tez-tez durumunun ağırlaşdığını vurğulayan vəkili Vamiq Şükürovun sözlərinə görə, onun müalicəsi üçün müxtəlif orqanlara müraciətlər, ev dustaqlığına buraxılmasından ötrü qaldırılan vəsatətlər nəticəsiz qalıb.

'Yunis Səfərova kömək edən olsaydı, bu işi özü üçün təhlükəsiz yerdə görərdi...'
"Ən dəhşətlisi budur ki, belə ağır vəziyyətdə olan adam heç bir dəlil-sübut olmadan üç ilə yaxındır həbsdə saxlanılır. Yunis Səfərovla əlbirlikdə ittiham olunur, amma bunu təsdiqləyən heç bir sübut yoxdur. İstintaq dövründə dəfələrlə vəsatət qaldırdıq ki, Yunis Səfərovla üzləşdirilsin. Eləmədilər. Məhkəmə prosesinin audio və videoyazısına icazə verilmədi. Bu da məhkəmədəki ifadələrin iclas protokollarında saxtalaşdırılacağını düşünməyə əsas verir", – vəkil Şükürov belə deyib.

"Sonradan fikirlərini dəyişdilər"

Bu işdə təqsirləndirilən şəxslərin sayı 12 nəfər olsa da, məhkəmə önünə 10 nəfər çıxarılır. İki nəfər tutularkən hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən qətlə yetirilib. Onlardan biri olan Anar Bağırovun vəkili Cavad Cavadov deyir ki, onun saxlanılarkən silahlı müqavimət göstərdiyinə görə öldürülməsi haqda yazılanlar əsassızdır, Bağırovda silah olduğunu təsdiqləyən heç bir mötəbər sübut yoxdur: "Yazırlar ki, guya bunlar mütəşəkkil dəstə olub. Dəstənin hər üzvündən də nə qədər silah-sursat tapılıb. Belədirsə, Yunis niyə gedib "Kapitalbank"ı mühafizə edən polisin silahını alıb qaçırdı? Yaxud da hadisədən sonra Əli Həsənov jurnalistlərə açıqlama verdi ki, bu, adi kriminal hadisədir, şişirtmək, başqa don geyindirmək lazım deyil. Sonradan fikirlərini dəyişdilər".

"Yunisin o qədər silahı vardısa..."


Gəncə işi: 'Döşəyin altında qumbara nə gəzirdi?'

Vəkil Babək Həmidov məhkəmənin obyektiv keçirilməməsindən, daha çox ittiham tərəfinin müdafiəçisi kimi davranmasından gileylənib: "Əgər prokurorluğun dediyini eləyəcəksinizsə, daha məhkəməyə nə ehtiyac var?".

Məhkəmə prosesi aprelin 20-də davam edəcək.

Xatırlatma

2018-ci il iyulun 3-də Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə (artıq həmin vəzifədə çalışmır) və onu mühafizə edən polis serjantına silahlı sui-qəsd olub, onlar xəsarət alıblar.

Sui-qəsdi törətdiyi bildirilən Səfərov həbs edilib. Hüquq-mühafizə orqanları bunu terror əməli sayır, Səfərovun əsas məqsədinin Azərbaycanda şəriət qanunları ilə yönəldilən islam dövləti qurmaq olduğu iddia edilir.

Səfərov isə bu iddianı təkzib edir, sabiq icra başçısını özbaşınalıqlarına, əhaliyə zülm etdiyinə görə öldürmək istədiyini bildirir.
Martın 30-da Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror Yunis Səfərovun ömürlük azadlıqdan məhrum olunmasını təklif edib. Digər təqsirləndirilən şəxslərdən Mahir Əzizov, Rasim Mustafayev və Akif Əliyevə 20, Firudin Zeynalov, Vüqar Məmmədov, Hamlet Abdullayev və Ceyhun Salahova 19, Cəfər Zalov və Ceyhun Qurbanova isə 18 il azadlıqdan məhrumetmə cəzası verilməsini istəyib.

Saxlanılarkən öldürülən Anar Bağırov və Ağa Sərxaniyə gəlincə, prokuror onların da təqsirli bilinməsini, lakin öldüklərinə görə cəza təyin edilməməsini istəyib.

Sui-qəsd hadisəsindən bir həftə sonra - iyulun 10-da Gəncənin mərkəzi meydanında keçirilən aksiyada iki polis polkovniki qətlə yetirilib.

Gəncə hadisələrindən sonra həbs olunan 70-dən artıq şəxsin əksəriyyəti 10 iyulda baş verənlərə görə kütləvi iğtişaşların təşkili, polis əməkdaşlarına qarşı zor tətbiq etmə və s. əməllərdə suçlanıb. Onlara 6 ildən 18 ilə qədər həbs cəzası kəsilib. Sonradan bir çoxunun cəzası azaldılaraq 2-5 ilə salınıb, azadlığa buraxılanlar olub.

Gəncə hadisələrinə görə həbs olunanlar həm saxlanarkən, həm də ondan sonra bir neçə gün işgəncələrə məruz qaldıqlarını, təzyiq altında ifadələrə imza atdıqlarını bildirsələr də, Daxili İşlər Nazirliyi bu iddiaları təkzib edib.

GundemXeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Yunis Səfərov məhkəməyə ifadə verməkdən imtina edib

    Yunis Səfərov məhkəməyə ifadə verməkdən imtina ...

    16-10-2020, 12:42

  • 
  • Yunis Səfərovun apellyasiya şikayəti təmin edilməyib

    Yunis Səfərovun apellyasiya şikayəti təmin ...

    4-10-2018, 14:13

  • 
  • Bakı Ağır Cinayətlər Məhkəməsində "Yunis Səfərov işi” başladı

    Bakı Ağır Cinayətlər Məhkəməsində "Yunis ...

    18-03-2020, 11:36

  • 
  • Dələduz vəkilin məhkəməsi başladı

    Dələduz vəkilin məhkəməsi başladı ...

    14-01-2017, 01:03

  • 
  • Məhkəmə "Bank Respublika"nın sabiq inkassatorunun vəsatətini təmin etməyib

    Məhkəmə "Bank Respublika"nın sabiq ...

    2-10-2018, 12:16


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (520)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu