GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Şəmkirdə Alimpaşanın dəstəsi sahibkarı “tələyə salıb”- VİDEO/FAKT

Şəmkirdə Alimpaşanın dəstəsi sahibkarı “tələyə salıb”- VİDEO/FAKT

Tarix: 27-04-2021, 12:11 Bölmə :GündəmXəbər / Manşet Baxış: 858
Şəmkirdə Alimpaşanın dəstəsi sahibkarı “tələyə salıb”- VİDEO/FAKT

​
​ ​

Bir neçə gün bundan öncə GundemXeber.Az-ın redaksiyasına Şəmkir rayonu, Qılıcbəyli kənd sakini Abdullayev Suliddin Abdulrəhman oğlu tərəfindən şikayət ərizəsi daxil olub. Adı çəkilən bu şəxs şikayət ərizəsində yazır:

“Azərbaycan Respublikası Prezidentinin torpaq icarəsi haqqında 11 dekabr 1998-ci il tarixli 587-1Q​ saylı qanunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 oktyabr 1996-cı il tarixli 146 saylı yay və qış otlaqlarının bölünməsi və istifadəsi qaydaları haqqında qərarına uyğun olaraq, 02 sentyabr 2000-ci il tarixdə 382 ha torpaq sahəsindən istifadəyə dair Şəmkir rayon İcra Hakimiyyəti ilə 99 il müddətinə icarə müqaviləsi bağladım. Qeyd edim ki, Şəmkir rayon İcra Hakimiyyəti ilə 02 sentyabr 2000-ci il tarixdə bağladığımız icarə müqaviləsi, Şəmkir rayon Torpaq şöbəsində də qeydiyyata alınmışdır. Məndə qeyd olunan torpaq sahəsindən istifadəyə dair qanuni sənədlər olsa da, hələ 2016-cı ildən ​ çoxsaylı problemlərlə üz-üzə qalmalı oldum. Yəni, icarə müqaviləsi sənədi əsasında adıma olan torpaq sahəsinə dair çıxarışın verilməsi, 05 may 2016-cı ildə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası çıxarmış olduğu qərarı əsasında, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Ərazi İdarəsinin üzərinə qoysa da, hələ də həmin çıxarışın əldə olunmasına nail ola bilməmişəm.



​ ​ ​ Qeyd edim ki, Şəmkir rayon İcra Hakimiyyəti ilə 02 sentyabr 2000-ci il tarixdə bağladığım 99 illik icarə müqaviləsi sənədi əsasında mənə verilmiş Ceyrançöl otlaq sahəsinin 36-cı və 37-ci sektorlarını əlimdən almaq üçün, bu gün də Şəmkir rayon Polis Şöbəsinin və digər orqanların əməkdaşları “minbir oyun”dan çıxırlar. İlk əvvəl Rasim Əkbər oğlu Bayramovun başına topladığı şəxslər, o cümlədən Polad, Elsevər və Ümid məni döydülər, buçaqla vurub mənə bədən xəsarəti yetirdilər. Bununla bağlı bağlı ekspertizaya getsəm də, sona qədər şikayətimin arxasında dursam da, şahidlərim olsa da, son anda “o, öz-özünü vurub” deyə əsassız bir qərar qəbul etdilər. Bir sözlə, həmin şəxslərə qarşı heç bir cinayət işi açılmadı. Hətta, həmin şəxslər əraziyə gətirdiyim gözətçi butkasını yararsız hala saldılar, butkanın içindəki əşyaları oğurladılar, məhv etdilər və mənə 1800 manat məbləğində ziyan da vurdular. Qeyd edim ki, baş verən oğurluq faktı ilə bağlı Şəmkir Rayon Prokuroruna, Şəmkir RPŞ-nə, Şəmkir RPŞ-nin Kür polis bölməsinin rəisi Ədalət Sadıqova, bölmə rəisinin müavini Yasin müəllimə məlumat versəm də, bu iş açılmamış qaldı və həmin şəxslərə Şəmkir RPŞ bir növ dəstək oldu. Az sonra baş vermiş cinayət hadisəsini törədən şəxslərin cəzasız qalmaları üçün, məsələyə uydurma ifadələrlə hüquqi don da geydirdilər. Bundan əlavə, Rasim Bayramovun, Xalidə İsayevanın etdikləri dələduzluq, həmçinin digər qoluzorlu şəxslərin mənə qarşı fiziki güc tətbiq etmələri səbəbindən, guya ki, 225 min manat borcluyam deyə aldıqları saxta qəbz hesabına çıxarılmış məhkəmə qətnaməsi əsasında, məni 2017-ci ilin yanvar ayında icarəmdə olan torpaq sahəsindən çıxartdılar. Hansı ki, həmin vaxt məhkəmə qətnaməsi qüvvəyə minməmişdi, heç bir icra məmurunun iştirakı təmin olunmamışdı. Yuxarıda adlarını çəkdiyim şəxslər belə bir ixtiyara sahib olmasalar da, onlar Şəmkir polisinin, prokurorluğun dəstəyi ilə məni torpaq sahəsindən çıxara bildilər. Fermamı uçurdular, sonda 850 baş qoyunum məhv oldu. Hansı ki, məndə qeyd olunan torpaq sahəsindən istifadəyə dair qanuni sənədlər var.

​ ​ ​ ​ Onu da bildirim ki, xeyli müddət bundan əvvəl Şəmkir rayon İcra Hakimiyyəti başçısının müdaxiləsi əsasında, qeyd olunan torpaq sahəsi haqqında məhkəmə qətnaməsi çıxarılsa da, çıxarılmış qətnamə bu gün də icra məmurları tərəfindən icra olunmur. Bundan əlavə, Şəmkir rayon İcra Hakimiyyəti ilə bağladığım icarə müqaviləsi əsasında icarəyə götürdüyüm torpaq sahəsinin dövlət reyestrində qeydə alınması üçün​ Daşınmaz Əmlakın Dövlət Reyestri​ Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etsəm də, adı çəkilən bu qurumun əməkdaşları mənə çıxarış vermirlər. Səbəbini soruşduqda “Şəmkir rayon İcra Hakimiyyətinin göstərişi əsasında qeydə almırıq” deyə cavab verirlər.​ Qeyd edim ki, məndə 99 il müddətinə həmin torpaq sahəsindən istifadəyə dair məhkəmə qətnaməsi var. Buna baxmayaraq, bu gün də çıxarışı əldə edə bilmirəm.​ Şəmkir rayon Ceyrançöl otlaq sahəsinin 36-cı və 37-ci sektorları rəsmi sənədlər əsasında icarəmdə olsa da, hazırda Şəmkir RPŞ, Kür polis bölməsinin rəhbər vəzifə sahibləri məni torpaq sahəsinə buraxmırlar. Hətta, 2020-ci ildə bölmə rəisinin müavini Yasin Mehtixanov mənə “Get 10 min manat pul gətir və icarəndə olan torpaq sahəsindən istifadə et” dedi. Onun belə bir qeyri-qanuni tələbinin qarşılığında bildirdim ki, nə üçün icarəmdə olan torpaq sahəsinə görə sizə 10 min manat pul verməliyəm? Qeyd edim ki, 382 ha torpaq sahəsi rəsmi sənədlər əsasında adıma olsa da, 2017-ci ildən bugünə kimi qeyd olunan torpaq sahələrindən Rasim Bayramov istifadə edir. Hətta o, qeyri-qanuni yolla ələ keçirdiyi torpaq sahəsinin hər hektarını​ kənar şəxslərə 1000 manata verib, bu gün özü üçün gəlir əldə edir. Baxmayaraq ki, adıma olan torpaq sahəsinin rüsum haqlarını hal-hazırda da mən ödəyirəm, əldə olunan gəliri isə Rasim Bayramov götürür.

​ ​ ​ Başqa bir faktı da qeyd edim ki, xeyli müddət bundan əvvəl Rasim Bayramov istifadəmdə olan 382 ha torpaq sahəsində yerləşən örüş sahəsini ona satmağımı, bunun qarşılığında mənə 270.00 manat pul verəcəyini təklif etdi. Mən hər dəfə ona bildirirdim ki, torpaq sahəsinin pulunu tam ödədikdən sonra həmin sahəni, torpaq sənədlərini sənə verərəm, eyni zamanda notariat kontorunda alqı-satqı müqaviləsi də bağlayaram. 18 iyul 2019-cu ildə Şəmkir rayon Məhkəməsində vəkil Xalidə İsayeva və Rasim Əkbərov mənə vəd verdikləri pulun 200​ 000 min manatını ödəyəcəklərini bildirdilər və hər iki şəxs idarə etdikləri ​ avtomobilin “baqaj”ını açıb orada olan pulları mənə göstərdilər. O halda hər iki şəxsə gedək notariat kontoruna rəsmi müqavilə sənədi imzalayaq təklifini versəm də, onlar “Nəyə lazımdır notariat kontoruna getmək, bir qəbz yazaq və aramızda razılığa gələk” deyib məni aldada bildilər. Yəni, onlar qəbz yazıb mənə qol çəkdirdilər və guya ki, 200​ 000 manat pulu nəğd veriblər, 70​ 000 manat pulu isə, torpaq sahəsindən tam şəkildə çıxdığım zaman çatdıracaqlar. Halbu ki, onlar mənə pul vermədən hazırladıqları qəbzə əvvəlcə imza atdırdılar və bundan sui-istifadə edib aradan çıxdılar. Bir neçə gündən sonra xəbər tutdum ki, Rasim Bayramov mənə qarşı 300​ 000 manat məbləğində iddia tələbi ilə məhkəməyə müraciət edib. Hətta o, aldatma yolu ilə məndən aldıqları qəbzi Şəmkir rayon məhkəməsinin hakimi Nemət Paşayevə sübut olaraq da təqdim etdi. Bu kimi işlərin həyata keçirilməsində, məhz vəkil Xalidə isayeva xüsusi rol oynadı. Bir sözlə, 2017-ci ildən olmazın oyuna düşmüşəm. Ona görə də, bu gün möhtərəm Prezidentimizdən üz-üzə qaldığım​ problemin həllinə kömək istəyirəm. Ümidvaram ki, səsimə səs veriləcək və bir sahibkar olaraq gec də olsa haqqımın-hüququmun bərpasına nail olacağam”.
Yazıda adları çəkilən şəxslərin də mövqeyini dinləyib dərc etməyə hazırıq.

Bu yöndə araşdırmamız davam edəcək, mövzu diqqətimizdədir.

GundemXeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Şəmkirdə alternetiv hökumət olacaqmış

    Şəmkirdə alternetiv hökumət olacaqmış ...

    1-01-2013, 14:18

  • 
  • Şəmkir sakini özünü güllələdi

    Şəmkir sakini özünü güllələdi ...

    6-06-2016, 12:36

  • 
  • Şəmkir sakini bıçaqlanıb

    Şəmkir sakini bıçaqlanıb ...

    6-03-2017, 01:36

  • 
  • Bakı şəhər İcra Hakimiyyətinin başçısı cənab Hacıbala Abutalıbova “Buxar” KM-in direktoru Oktay Əliyevin MÜRACİƏTİ

    Bakı şəhər İcra Hakimiyyətinin başçısı cənab ...

    24-05-2015, 01:16

  • 
  • QORXMAZ HÜSEYNOVDAN PREZIDENTƏ FAKTLARLA DOLU ŞIKAYƏT

    QORXMAZ HÜSEYNOVDAN PREZIDENTƏ FAKTLARLA DOLU ...

    16-02-2014, 19:46


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (279)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu