GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Bakı şəhər İcra Hakimiyyətinin başçısı cənab Hacıbala Abutalıbova “Buxar” KM-in direktoru Oktay Əliyevin MÜRACİƏTİ

Bakı şəhər İcra Hakimiyyətinin başçısı cənab Hacıbala Abutalıbova “Buxar” KM-in direktoru Oktay Əliyevin MÜRACİƏTİ

Tarix: 24-05-2015, 01:16 Bölmə :Manşet Baxış: 0
Bakı şəhər İcra Hakimiyyətinin başçısı cənab Hacıbala Abutalıbova “Buxar” KM-in direktoru Oktay Əliyevin MÜRACİƏTİ


Hörmətli Hacıbala müəllim!

Nizami rayon Məhkəməsinin 01 iyul 2014-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə (Xuliqanlıq) cinayət məsuliyyətinə cəlb edilmiş Həmidova Tamara Əliyevna (Əli qızı) 2010-cu ildə Bakı şəhər İcra Hakimiyyətinə müraciət edərək 826 kv. m torpaq sahəsinin ona icarəyə verilməsini xahiş edib. Lakin, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən müraciət cavablandırılmadığından Tamara Həmidova Bakı şəhəri, Çobanzadə küçəsi, 45 ünvanında yerləşən, lisenziya əsasında fəaliyyət göstərən İ.Ağayev tərəfindən tərtib olunmuş plan-sxemə əsasən mövcud vəziyyətdə faktiki istifadəsində olan 826.2 kv. m. torpaq sahəsinin ona icarəyə verilməsi vəzifəsinin Bakı şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması tələbinə dair Səbail rayon Məhkəməsində iddia qaldırıb.

Səbail rayon Məhkəməsinin 12 iyul 2010-cu il tarixli 2(009)-2298/2010 saylı qətnaməsi ilə iddia təmin edilib. Məhz bu qətnamə qüvvəyə mindikdən sonra Bakı şəhər İcra Hakimiyyəti Bakı şəhəri, Çobanzadə küçəsi, 45 ünvanında yerləşən 826.2 kv. m. əslində isə faktiki olaraq 598 kv.m. torpaq sahəsinin icarəyə verilməsinə dair Tamara Həmidova ilə 20 avqust 2010-cu il tarixli, 0912 saylı icarə müqaviləsi bağlayıb.

“Buxar” KM Səbail rayon Məhkəməsinin 12 iyul 2010-cu il tarixli 2(009)-2298/2010 saylı qətnaməsindən apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 dekabr 2010-cu il tarixli, 2(103)-5693/2012 saylı qərardadı ilə Səbail rayon Məhkəməsinin 12 iyul 2010-cu il tarixli 2(009)-2298/2010 saylı qətnaməsi ləğv edilib.

Həmin qərardaddan Tamara Həmidovanın verdiyi kassasiya şikayəti Ali Məhkəmənin 18 mart 2013-cü il tarixli 2(102)-832//13 saylı qərarı ilə təmin edilməyib.

“Buxar” KM Səbail rayon Məhkəməsinin 12 iyul 2010-cu il tarixli 2(009)-2298/2010 saylı qətnaməsinin icrasının geriyə dönüş edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 avqust 2014-cü il tarixli 2(103)-5693/2012 saylı qərardadı ilə “Buxar” KM-in ərizəsinin təmin edilməsi, Səbail rayon Məhkəməsinin 12 iyul 2010-cu il tarixli 2(009)-2298/2010 saylı qətnaməsinin icrasına dönüş edilməsi və həmin qətnamə əsasında Bakı şəhər İcra Hakimiyyəti ilə Həmidov Cəlal Əli oğlu arasında bağlanmış 20.08.2010-cu il tarixli 091 saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləsinin ləğv edilməsi qət edilib.

Tamara Həmidova və Bakı şəhər İcra Hakimiyyəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 avqust 2014-cü il tarixli 2(103)-5693/2012 saylı qərardadından kassasiya şikayəti verib. Ali Məhkəmənin Mülki Kollegiyasının 13 noyabr 2014-cü il tarixli 2(102)-4357/2014 saylı qərarı ilə kassasiya şikayətlərinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 avqust 2014-cü il tarixli 2(103)-5693/2012 saylı qərardadının ləğv edilməsi və Buxar” KM-in Səbail rayon

Məhkəməsinin 12 iyul 2010-cu il tarixli 2(009)-2298/2010 saylı qətnaməsinin icrasına dönüş edilməsi barədə ərizəsi təmin edilməyib.

Ali Məhkəmənin Mülki Kollegiyasının 13 noyabr 2014-cü il tarixli 2(102)-4357/2014 saylı qərarının 6-cı səhifəsinin, 6-cı abzasında qeyd edilib:

“Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, 20.08.2010-cu il tarixli, 0912 saylı icarə müqaviləsi Bakı şəhəri Səbail rayon Məhkəməsinin 12 iyul 2010-cu il tarixli, 2(009)-2298/2010 saylı qətnaməsi qəbul edildikdən sonra bağlansa da, özü sərbəst xarakter daşıyır, hazırki məhkəmə mübahisəsinin predmeti ola bilməz”.

Hesab edirik ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının qüvvədə olan 13 noyabr 2014-cü il tarixli 2(102)-4357/2014 saylı qərarı ilə 20.08.2010-cu il tarixli, 0912 saylı icarə müqaviləsi qətnamənin icrası məqsədilə deyil, sərbəst xarakterli müqavilə hesab edildiyindən aşağıdakılara görə icarə müqaviləsi qanunsuz olduğundan ləğv edilməlidir:

İcarəyə verilmiş torpaq sahəsi yalnız hərrac və müsabiqə yolu ilə verilə bilərdi:

Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2003-cü il tarixli 972 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət və icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi qaydaları”-nın 3-cü bəndinə görə Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının (özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələri istisna olmaqla) torpaq müsabiqələri və ya hərracları vasitəsilə mülkiyyətə və icarəyə verilməsi müvafiq rayon (şəhər) icra hakimiyyəti orqanlarının qərarı ilə həyata keçirilir.

Göründüyü kimi qeyd edilən torpaq sahəsi yalnız hərrac və müsabiqə yolu ilə icarəyə verilməli olduğu halda Bakı şəhər İcra Hakimiyyəti heç

bir əsas olmadan, qanunsuz olaraq torpaq sahəsini müsabiqə və hərracdan kənar Həmidov Cəlal Əli oğlunun icarəsinə verib.

Qeyd edilən icarə müqaviləsi ilə “Buxar” KM-in mülkiyyətində olan torpaq sahəsinin bir hissəsi də qanunsuz olaraq Cəlal Həmidovun deyure icarəsinə verilib:

Nizami rayon Polis İdarəsi tərəfindən Həmidov Cəlal Əli oğlunun və Həmidova Tamara Əliyevnanın (Əli qızı) barəsində Cinayət Məcəlləsinin 222-1.1-ci maddəsi ilə cinayət işi açılıb. Cinayət işinin istintaqı zamanı müxtəlif səlahiyyətli dövlət orqanlarından əldə edilmiş mötəbər sübutlarla təsdiq edilmişdir ki, həqiqətən həm 105 kv.m. torpaq sahəsinin Həmidov Cəlal Əli oğlunun mülkiyyətinə verilməsi ilə, həm də Bakı şəhər İcra Hakimiyyəti ilə Həmidov Cəlal Əli oğlu arasında bağlanmış icarə müqaviləsi ilə “Buxar” KM-in mülkiyyətində olan torpaq sahəsinin bir hissəsi, yəni, müəssisəyə yeganə giriş-çıxışı təmin edən ərazi də Cəlal Həmidovun mülkiyyətinə və icarəsinə verilib. Bununla da Bakı şəhər İcra Hakimiyyəti qanunsuz olaraq “Buxar” KM-in mülkiyyətində olan torpaq sahəsinin bir hissəsini Cəlal Həmidovun icarəsinə verməklə “Buxar” KM-in mülkiyyət hüququnu pozmuşdur.

Diametri 800, 1000, 1200, 1400 mm olan dörd magistral su kəmərlərinin mühafizə zonasında yerləşən torpaq sahəsinin icarəyə verilməsinin qanunsuzluğu:

Həmidov Cəlal Əli oğlunun icarəsinə verilən torpaq sahəsindən diametri 800, 1000, 1200, 1400 mm olan dörd magistral su kəmərləri keçir. Belə ki, Azərbaycan Respublikası “Azərsu” ASC-nin Nizami rayon Sukanal İdarəsinin Nizami rayon Polis İdarəsinə göndərdiyi məktubda da həmin ərazidən magistral su kəmərlərinin keçdiyi bildirilmiş, bu faktı təsdiq

edən akt və magsitral boruların yerləşmə sxemi Nizami rayon Polis İdarəsinə göndərilmişdir.

Torpaq Məcəlləsinin 62-ci maddəsinə əsasən elektrik, rabitə, nəqliyyat xətləri və sənaye müəssisələrinin sanitariya-mühafizə zonaları altındakı torpaq sahələri onların mülkiyyətçilərinin və istifadəçilərinin razılığı ilə yalnız bostan və tərəvəz becərilməsi, habelə örüş və ot çalımı məqsədləri üçün qısamüddətli istifadəyə və icarəyə verilə bilər.

Lakin, Bakı şəhər İcra Hakimiyyəti Torpaq Məcəlləsinin qeyd olunan maddəsini də pozaraq magistral su kəmərlərinin mühafizə zonasında yerləşən torpaq sahəsini uzun müddətə, yəni 49 il müddətə və fərdi yaşayış evinin tikintisi məqsədilə Həmidov Cəlal Əli oğlunun icarəsinə verib.

Bundan başqa, Nizami rayon Məhkəməsinin 17 yanvar 2013-cü il tarixli 2(007)-37/2013 saylı qətnaməsi ilə “Azərsu” ASC-nin Həmidov Cəlal Əli oğluna və digərlərinə qarşı iddiası qismən, Həmidov Cəlal Əli oğlu və Həmidova Tamara Əli qızı (Əliyevna) tərəfindən Bakı şəhərini içməli su ilə təchiz edən magistral su kəmərlərinin yanında və sanitar mühafizə zonasında, yəni, Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsi 30C ünvanında inşa edilmiş tikililər, o cümlədən, ümumi sahəsi 105 kv.m. fərdi yaşayış evinin sökülməsi qət edilib. Həmidov Cəlal Əli oğlunun həmin qətnamədən verdiyi apellyasiya və kassasiya şikayətləri təmin edilməyib və Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 08 oktyabr 2014-cü il tarixli 2(102)-2910/2014 saylı qərarı ilə Nizami rayon Məhkəməsinin 17 yanvar 2013-cü il tarixli 2(007)-37/2013 saylı qətnaməsi dəyişdirilmədən saxlanılıb. Nizami rayon Məhkəməsinin 17 yanvar 2013-cü il tarixli 2(007)-37/2013 saylı qətnaməsi icraya yönəldilərək Nizami rayon İcra Şöbəsi tərəfindən 15 yanvar 2015-ci il tarixindən Həmidov Cəlal Əli oğlu və Həmidova

Tamara Əli qızı (Əliyevna) tərəfindən Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsi 30C ünvanında həm 105 kv.m., həm də 826.2 kv.m.ş torpaq sahəsində inşa edilmiş bütün tikililər sökülərək qətnaməninin icrası təmin edilmişdir.

Həmçinin, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 yanvar 2015-ci il tarixli 2-1(82)-635/2015 saylı qərarı ilə “Azərsu” ASC-nin Nizami Bələdiyyəsinə, Bakı şəhər İcra Hakimiyyətinə, Həmidov Cəlal Əli oğluna və digərlərinə qarşı iddiası qismən təmin edilmiş və Nizami Bələdiyyəsinin torpağın mülkiyyətə verilməsinə dair 26 sentyabr 2003-cü il tarixli qərarı etibarsız hesab edilmişdir.

Göründüyü kimi, qüvvədə olan məhkəmə qərarları ilə magistral su kəmərlərinin üzərində və mühafizə zonasında yerləşən torpaq sahələrinə qeyri-müəyyən şəkildə mülkiyyət və istifadə hüquqi əldə edən, həmin ərazidə tikililər inşa edən Həmidov Cəlal Əli oğlunun bu əməlləri qanunsuz hesab edilmişdir.

Yuxarıda qeyd edilənləri rəhbər tutaraq, Bakı şəhəri, Çobanzadə küçəsi, 45 ünvanında yerləşən 826.2 kv.m. (əslində isə faktiki olaraq 598 kv.m.) torpaq sahəsinin icarəyə verilməsinə dair 20 avqust 2010-cu il tarixli, 0912 saylı icarə müqaviləsinin ləğv edilməsi üçün zəruri tədbirlər görməyinizi Sizdən xahiş edirik.

Qoşma:

1. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 13 noyabr 2014-cü il tarixli 2(102)-4357/2014 saylı qərarı;

2. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 yanvar 2015-ci il tarixli 2-1(82)-635/2015 saylı qərarı;

3. Azərbaycan Respublikası “Azərsu” ASC-nin Nizami rayon Sukanal İdarəsinin Nizami rayon Polis İdarəsinə göndərdiyi məktub, məktuba əlavə edilmiş akt və magsitral boruların yerləşmə sxemi;

4. Nizami rayon Məhkəməsinin 17 yanvar 2013-cü il tarixli 2(007)-37/2013 saylı qətnaməsi;

5. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 08 oktyabr 2014-cü il tarixli 2(102)-2910/2014 saylı qərarı.


“Buxar” KM-in direktoru: Oktay Əliyev
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Bir müqavilənin tarixçəsi və ya saxtakarlığa meydan açanlar

    Bir müqavilənin tarixçəsi və ya saxtakarlığa ...

    18-04-2015, 23:15

  • 
  • Hacıbala Abutalıbov son iş günündə ruhi xəstə ilə müqavilə bağlayıb - ŞOK DETALLAR

    Hacıbala Abutalıbov son iş günündə ruhi xəstə ilə ...

    14-12-2021, 10:12

  • 
  • Hacıbala Abutalıbovun “partlayan” qanunsuz torpaq qərarları - Daha bir TƏHLÜKƏ ANONSU...

    Hacıbala Abutalıbovun “partlayan” qanunsuz torpaq ...

    28-10-2022, 14:45

  • 
  • Azərbaycan məhkəmələrində şok olay - istintaq sənədləri yoxa çıxdı

    Azərbaycan məhkəmələrində şok olay - istintaq ...

    13-06-2014, 12:37

  • 
  • Səbaildə torpaq maxinasiyaları araşdırılır

    Səbaildə torpaq maxinasiyaları araşdırılır ...

    25-04-2014, 11:44


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu