GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Bu təhsil ocağında təkcə bayramlarda pul yığılmır... - İTTİHAM

Bu təhsil ocağında təkcə bayramlarda pul yığılmır... - İTTİHAM

Tarix: 3-05-2021, 13:14 Bölmə :GündəmXəbər / Manşet Baxış: 562
Bu təhsil ocağında təkcə bayramlarda pul yığılmır... - İTTİHAM


“Bizim kontekstdə ana prinsip bu olmalıdır ki, hər hansı valideyn məktəbə pul ödəməyə məcbur edilməməlidir. Bu, səhvdir. Hər il buna görə bir neçə direktor işindən azad edilir”

Bunu Təhsil naziri Emin Əmrullayev məktəblərdə əlavə pulların yığılması ilə bağlı fikirlərə münasibət bildirərkən deyib.

“Azərbaycanda fəaliyyət göstərən ümumitəhsil müəssisələrində şagirdlərdən hər hansı pul vəsaitinin tələb olunması yolverilməzdir.”

Bunu da məktəblərdə şagirdlərdən 8 Mart bayramına görə pul yığılması ilə bağlı məsələyə münasibət bildirərkən deyib.

Bunlar Emin Əmrullayevin 27.07 2020-ci il tarixdə Azərbaycan Respublikasının Təhsil naziri vəzifəsinə təyin edildikdən sonra verdiyi ilk açqlamalardandır.Bunları niyə xatırlatdıq? Hazırki təhsil nazirinin demokratik, işgüzar, yenilikçi, əlçatan biri olduğuna görə. Elə əvvəlki nazirlər də hər il müəllimlər günü və 8 mart qadınlar bayramı yaxınlaşanda oxşar açıqlamalar verirdilər. Sanki orta məktəblərdə pul elə müəllimlər günü və 8 mart bayramında yığılır.

Aktualinfo.org xatırladır ki,Bakıda,Binəqədi rayonunda yerləşən 244 saylı orta məktəbdə pul yığmağın müxtəlif metodları barədə elektron kütləvi informasıya vasitələrində bir sıra məlumatlara rast gəlmək olar. Burada yuxarı sinif şagirdlərinin əksəriyyətinin ali məktəblərə hazırlaşmaq üçün repititor yanına getdiyindən dərsə davamiyyətin aşağı olmasından tutmuş, fakultativ dərslərin düzgün qaydada təşkil edilməməsinə qədər məlumatlar yer alır.Hətta qeyd olunur ki, bu işlərin başında 244 saylı orta məktəbə 20 ildən artıqdır ki, rəhbərlik edən Yəhya Abbasov dayanır. Yəni direktor şagirdlərə dərsləri buraxmağa müəyyən olunmuş məbləğlərin müqabilində icazə verir, dərs bölgüsünü isə öz yaxınları ilə aparır. Təbii ki,bunu da nəyinsə müqabilində.

Direktor Yəhya Abbasovun Binəqədi rayonu ərazisində, konkret olaraq 244 saylı orta məktəbin yaxınlığında bir neçə ticarət obyektinin və məktəbin ərazisini qanunsuz şəkildə zəbt edərək özünə avtoyuma məntəqəsi tikdirməsi barədə yayılan məlumatlar da bu qəbildəndir.

Redaksiyamıza daxil olan məlumatlarda isə Yəhya Abbasovun digər gəlir mənbələri barədə bildirilir. Mətləbə keçməzdən öncə orta məktəblərdə müəyyən səbəblərdən şagirdlərin yerdəyişməsi məsələləri ətrafında qısa bir arayış vermək istərdik. Qeyd edək ki, ilk dəfə olaraq 2019-cu ildən etibarən orta ümumi təhsil müəsissələrində şagirdlərin yerdəyişməsi prosesi elektron sistem vasitəsilə həyata keçirilir.

Övladını digər məktəbə dəyişmək istəyən valideyn (digər qanuni nümayən­də), ilk növbədə, elektron sistemdə şəxsi kabinet yaradaraq övladını qeydiyyatdan keçirir. Valideyn (digər qanuni nümayəndə) övladını dəyişmək istədiyi məktəbdə tədris dili, xarici dil, təmayül istiqaməti uyğun gəldikdə müvafiq qruplar və siniflər üzrə boş yerə elektron sorğu yerləşdirir. Bundan sonra elektron sistemdə şagirdin yerdəyişməsi barədə əvvəl oxuduğu məktəbə avtomatik bildiriş göndərilir. Müvafiq sorğu və bildiriş göndərildikdən sonra 5 iş günündən gec olmayaraq valideyn (digər qanuni nümayən­də) şagirdin əvvəl oxuduğu məktəbdən şəxsi işini götürərək dəyişmək istədiyi məktəbə təqdim edir.

Bunları da, həmin dövrdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev bildirmişdi ki, “Tətbiq edilən elektron sistem təhsilin təşkili və idarəedilməsi sahəsində optimal qərarların verilməsi üçün statistik və dinamik hesabatların əldə edilməsinə, vaxt itkisinin aradan qaldırılmasına, məktəb seçimində valideynlərin hüquqlarının qorunmasına, o cümlədən subyektiv amillərin qarşısının alınmasına zəmin yaradır.”

Maraqlıdır,elektron sistem məktəb seçimində valideynlərin hüquqlarının qorunmasına, o cümlədən subyektiv amillərin qarşısının alınması məqsədi ilə yaradılmışdısa, bəs 244 saylı orta məktəbin direktoru Yəhya Abbasov bu qaydalara niyə riayət etmir?

Bizə verilən məlumatlara görə, Yəhya Abbasov şagirdlərin yerdəyişməsini elektron qaydada,obyektiv şəkildə həyata keçirsə də,subyektiv amillərin qarşısını ala bilmir. Daha doğrusu bu amillərin qarşısıniı almağa ona tamahı imkan vermir.Arxada öz bildiyini edir,istədiyini ala bilməsə yerin olmadığını bəhanə gətirərək şagirdin yerdəyişməsini əngəlləyir.

Hələ təyinatının bir ili tamam olmamış nazir Emin Əmrullayev də, ötən ilin dekabrında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri təyin olunmuş Mehriban Vəliyeva da elə bilirlər ki, 244 saylı orta məktəbin direktoru Yəhya Abbasov şagirdlərin yerdəyişməsini elektron qaydada,obyektiv şəkildə həyata keçirir,heç bir valideynin hüquqlarını pozmur. Amma bizə verilən məlumatlara görə Yəhya Abbasov direktoru olduğu məktəbdə qızını və gəlinini işə götürüb, dərs saatı yazmaqla dövlətin qanunlarını pozur,nəinki valideynlərin hüquqlarını.

Bununla Təhsil Nazirliyinin yuxarıda adlarını çəkdiyimiz rəsmilərinin diqqətinə çatdırmaq istəyirik ki, məktəblərdə pul yığılması ilə bağlı bayramdan-bayrama açıqlama verib,qadağalar qoymasınlar. Təhsil sistemində pulu həmişə, hər yerdən çıxarırlar. Binəqədi rayonundakı 244 saylı orta məktəbin direktoru Yəhya Abbasov kimi. Necəsini sözügedən məktəbə son yerdəyişmə ilə keçirilmiş şagirdlərin valideynlərindən də soruşa bilərlər.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Emin Əmrullayev Təhsil Naziri təyin edildi

    Emin Əmrullayev Təhsil Naziri təyin edildi ...

    27-07-2020, 12:24

  • 
  • Orta məktəblərdə pul yığılması cinayət məsuliyyəti yaradacaq

    Orta məktəblərdə pul yığılması cinayət ...

    28-06-2013, 00:22

  • 
  • Misir Mərdanov valideynlərə müraciət etdi

    Misir Mərdanov valideynlərə müraciət etdi ...

    18-12-2012, 13:42

  • 
  • Ali məktəblərdə distant təhsil dayandırıldı

    Ali məktəblərdə distant təhsil dayandırıldı ...

    30-09-2020, 17:28

  • 
  • “Pul yığan müəllimlər cəzalandırılacaq”

    “Pul yığan müəllimlər cəzalandırılacaq” ...

    19-12-2013, 20:28


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (279)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu