GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Tovuz Rayon Elektrik Şəbəkədə rüşvət oyunları

Tovuz Rayon Elektrik Şəbəkədə rüşvət oyunları

Tarix: 17-05-2021, 12:09 Bölmə :GündəmXəbər / Manşet Baxış: 337
Tovuz Rayon Elektrik Şəbəkədə rüşvət oyunları


Bugünə kimi ölkəmizdə korrupsiya və hər cür əyintilərə qarşı ciddi mübarizə tədbirlərinin həyata keçirilməsinə baxmayaraq, ölkə rəhbəri cənab İlham Əliyevin vəzifə sahibi olan hər kəsə verdiyi tapşırıqlara hələ də dövlət məmurlarından bəziləri ciddi yanaşmırlar. Yəni, yüksək çinli məmurların “arxa-dayaq” olduğu bir çox vəzifə sahibləri, bu gün də xalqın “qanını sormaq”la məşğul olurlar. Əgər bir dövlət məmuru hansısa bir şəxsin Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan hüquqlarını pozursa, tapdaqlar altına atırsa, get-gələ salırsa, deməli belə bir halların varlığı “RÜŞVƏT” əldə etməyə hesablanmış addımlardır. Belə ki, vətəndaşı aylarla heç bir əsas olmadan süründürürlər ki, sonda vətəndaş bezib qarşı tərəfə “RÜŞVƏT” verməyə məcbur olsun. Vətəndaş öz hüquqlarını qorumaq, bərpa etmək məqsədiilə ölkə Prezidentinə, nazirlərə, aidiyyatı dövlət qurumlarına şikayət məktubları ünvanlasa da, çox zaman həmin məktublara ya cavab verilmir, ya da ki, şikayət ərizələrinin araşdırılması şikayət olunan tərəfin üstünə göndərilir.


Qeyd olunanlara misal olaraq onu bildirmək istəyirəm ki, 05 yanvar 2021-ci il tarixdə Tovuz “ASAN XİDMƏT” mərkəzinə ərizə ilə müraciət edib, QOVLAR şəhəri, “Təzə məhlə” adı ilə tanınan ərazidə Əhmədov.T.V oğlunun adına rəsmiləşdirilmiş, çıxarışı olan yaşayış evinə elektrik sayğacının quraşdırılması və şəbəkəyə qoşulmasını xahiş etdim. Onu da bildirim ki, belə bir problemin həllinə nail olmaq üçün bu ilin 5 yanvarından 7 aprelinə kimi olan müddət ərzində, məhz adı çəkilən bu quruma üç dəfə rəsmi qaydada müraciət etməli oldum. Yuxarıda qeyd etdiyim kimi “RÜŞVƏT” almaq məqsədilə hər üç müraciətimə müxtəlif bəhanələr gətirdilər. İlk əvvəl guya ki, qeyd olunan yaşayış evinin hasarı yoxdur, ona görə də imtina cavabı yazdılar. O halda həmin evə məxsus hasarın olmasını təsdiq edən videoları, şəkilləri “AZƏRİŞIQ”ASC-nə təqdim etdim. Sonuncu cavabda yaşayış evinə məxsus həyətin ortasından 10 kv-luq elektrik xəttinin keçməsini bəhanə edib imtina verdilər. Bu yöndə araşdırma aparılarkən o da məlum oldu ki, 10 kv-luq elektrik dirəyi qeyd olunan yaşayış evindən 30 metr, torpaq sahəsindən isə 3 metr aralı məsafədən keçir. Bu haqqda da video çəkib aidiyyəti üzrə təqdim etdim. Yenə də imtina cavabı verdilər. Bildirirəm ki, Tovuz “ASAN XİDMƏT” mərkəzinə ərizə ilə müraciət etdiyim ilk gündən, artıq bugünə kimi 109 gün keçib.
Digər bir halın varlığını da qeyd edim ki, dəfələrlə “AZƏRİŞIQ” ASC-nin 199 çağrı mərkəzinə də şikayətlər etmişəm. 07.04.2021-ci il tarixdə “ASAN XİDMƏT” mərkəzində 10 kv-luq elektrik dirəyinin həyətin ortasında olmasını bəhanə edib imtina cavabı verdilər. Belə bir cavabın verildiyini eşitdikdə təkrar 199 çağrı mərkəzinə zəng etdim və 10 kv-luq elektrik dirəyinin həyətin ortasında deyil, məhz 30 metr aralı məsafədə yerləşdiyini bildirdim. Həmçinin, bununla bağlı lazımi tədbirlər görmələrini də xahiş etdim. 08.04.2021-ci il tarixdə “AZƏRİŞIQ” ASC-nin 199 çağrı mərkəzindən “SMS” aldım və göndərilmiş “SMS”-də qeyd olunurdu: “Hörmətli T.ƏHMƏDOV SİZİN
61293 NÖMRƏLİ MÜRACİƏTİNİZ İLƏ BAĞLI MƏSƏLƏNİZ HƏLL EDİLDİ”. Belə bir “SMS”-dən sonra, yəni 8 apreldən 21 aprelə kimi bir neçə dəfə Tovuz “ASAN XİDMƏT” mərkəzində olmuşam. Təəccüb doğuran hal odur ki, 199 çağrı mərkəzi 08 apreldə 2021-ci il tarixdə mobil telefonuma “SMS” göndərir və “SMS”-də “Sizin məsələniz öz həllini tapıb” qeyd olunur. “AZƏRİŞIQ” ASC-dən isə, ünvanıma imtina məktubu göndərilir.
Qeyd edim ki, 21 aprel 2021-ci il tarixdə günün səhər saatlarında “ASAN XİDMƏT” mərkəzində oldum və imtina məktubunu vermələrini tələb etdim. O halda adı çəkilən bu qurumun əməkdaşı mənə bir kağız parçası təqdim etdi və bunun imtina məktubu olduğunu qeyd etdi. Kağız parçasında gün, ay və il göstərilməmişdir. Ona görə də tələb etdim ki, imtina məktubunun təqdim olunduğu tarixi də qeyd edin. Bu məsələ ilə bağlı Tovuz “ASAN XİDMƏT” mərkəzinin bir neçə əməkdaşı ilə danışsam da, onların hər biri imtina məktubuna tarix qoyulmasının onların səlahiyəti xaricində olduğunu və “YUXARILAR”-ın göstərişinin olduğunu bildirdilər. Elə ki, 21 aprel 2021-ci il tarixdə günün axşam saatlarında “AZƏRİŞIQ” ASC-nin poçt vasitəsi ilə ünvanıma göndərdiyi imtina məktubunu aldım, o halda məlum oldu ki, “AZƏRİŞIQ” ASC-nin savadsız məmurları bir daha saxtakarlığa yol verməklə məni aldamaq qərarına gəlirlər. Yəni, ünvanıma göndərilmiş imtina məktubu 31.03.2021-ci il tarixdə 02/12-15/l /2365 sayla Daxili Nəzarət İdarəsinin rəis müavini Akif Nəbiyev tərəfindən imzalanmışdır.
Məktubda qeyd olunur;- “ASAN XİDMƏT” mərkəzinə etdiyiniz müraciətiniz əsasında 07.01.2021-ci il tarixdə enerji təchizat müəssisəsinin nümayəndəsi SİZİN iştirakınızla yerində əraziyə baxış keçirmişdir. Baxış zamanı 1974 -cü ildən istismarda olan 10 kv-luq dayağın həyətin ortasında olması və xəttın mühafizə zonasının zəbt edilməsi müəyyən edilmişdir. Bu səbəbdəndə həmin evə elektrik sayğacının quraşdırılmasına və elektrik enerjisinin verilməsinə imtina eilmişdir.

MƏKTUB YENİ 3
Belə olan halda ortaya bir neçə suallar çıxır.
1) Nə üçün yazılmış imtina məktubu 31.03.2021-ci il tarixdə imzalanır, amma ünvanıma 21 aprel 2021-ci il tarixdə çatdırılır? Əgər 07.01.2021-ci il tarixdə “AZƏRİŞIQ” ASC-nin əməkdaşı yerində baxış keçirmişdirsə, nə üçün həmin vaxtlarda mənə cavab vermədilər?
2) Nə üçün qeyd olunan yaşayış evinin hasarı, dörd metr enində dəmir qapısının olduğu halda, 05. 01. 2021-ci il tarixdən 07. 04. 2021-ci il tarixə kimi Tovuz “ASAN XİDMƏT” mərkəzindən üç dəfə imtina cavabı verilir?
3) Nə üçün 07.04. 2021-ci il tarixdə “AZƏRİŞIQ” ASC birdənbirə fikrini dəyişir və 10 kv-luq elektrik dirəyinin həyətin ortasında olmasını iddia etdi? Hansı ki, elektrik dirəyi yaşayış evindən 30 metr, torpaq sahəsindən isə 3 metr aralı məsafədən keçir.
Ümumiyyətlə, bu yöndə suallar olduqca çoxdur, son məqsəd də məlumdur. Vətəndaşları süründürmək, get-gələ salmaq, müxtəlif bəhanələr gətirmək, aylarla problemi həll etməmək və sonda vətəndaş rüşvət verməyə məcbur etmək və s. . . . . .
Vaqif ƏHMƏDOV,
araz.az xəbər portalının xüsusi müxbiri
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Prezident bəzi məmurların ciddi cəzalanacağını bildirdi - Twitter

    Prezident bəzi məmurların ciddi cəzalanacağını ...

    6-02-2014, 17:25

  • 
  • İmişli sakininin Konstitusiya ilə qorunan hüquqlarını kim təmin etməlidir?

    İmişli sakininin Konstitusiya ilə qorunan ...

    22-09-2017, 20:48

  • 
  • Mikayıl Cabbarov Səfər Mehdiyevin əmrindədir... - Görünəni budur...

    Mikayıl Cabbarov Səfər Mehdiyevin əmrindədir... - ...

    20-07-2019, 15:48

  • 
  • Ombudsman insan hüquqlarını qoruyur,  yoxsa rüşvət hüquqlarını?

    Ombudsman insan hüquqlarını qoruyur, yoxsa rüşvət ...

    31-03-2020, 11:55

  • 
  • Nazirlik rektoru yoxlayır

    Nazirlik rektoru yoxlayır ...

    16-04-2015, 12:32


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (282)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu