GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » İmişli sakininin Konstitusiya ilə qorunan hüquqlarını kim təmin etməlidir?

İmişli sakininin Konstitusiya ilə qorunan hüquqlarını kim təmin etməlidir?

Tarix: 22-09-2017, 20:48 Bölmə :GündəmXəbər / Manşet Baxış: 663
İmişli sakininin Konstitusiya ilə qorunan hüquqlarını kim təmin etməlidir?


Ölkə rəhbərinin bu cür açıqlaması onu söyləməyə əsas verir ki, digər vəzifə sahibləri jurnalistlərin yazdıqları açıqlamalara diqqətlə yanaşmalı və üzərinə düşən vəzifə borclarını da yerinə yetirməlidirlər

“Gündəm Xəbər” qəzetin 24-30 iyul 2017-ci il tarixli sayının 3-cü səhifəsində “İmişli sakini “makler”lik edən şəxsin dələduzluq əməlinin “qurbanı olub” başlıqlı tənqidi açıqlama dərc etmişdik. Açıqlamanın dərcinə səbəb, İmişli rayonunun Rəsullu kəndində qeydiyyatda olan Nuriyev Bəybala Bəyalət oğlu adlı şəxsin redaksiyamıza ərizə ilə müraciət etməsi və 2016-cı ildən üz-üzə qaldığı problemin ictimailəşdirilməsini xahiş etməsi olmuşdur. Bəybala Nuruyev yazmış olduğu ərizəsində qeyd edir ki, “mən 2016-cı ilin avqust ayında əslən Cəlilabad rayonundan olan, hazırda Bakı şəhəri, Sabunçu rayonu Bakıxanov qəsəbəsi Y.Əliyev küçəsində qeydiyyatda olan Osmanov Rəşad Məcid oğlunun dələduzluq əməli ilə üz-üzə qalmışam. İlk öncə onu vurğulayım ki, adı çəkilən şəxs torpaq və ev alqı-satqısı ilə məşğul olduğundan, mən qeyd olunan tarixdə 2 sot torpaq sahəsi almaq məqsədilə ona müraciət etdim. Həmin vaxt Rəşad Osmanov mənə Sabunçu rayonunun Ramana qəsəbəsində sənədi onda olan 6,3 ha-lıq torpaq sahəsini göstərdi və həmin sahədən 2 sot torpaq sahəsini satmağa razı olduğunu da bildirdi. Bu məqsədlə biz, Cəlilabad rayon sakini Səxavət Salmanov tərəfindən Rəşad Osmanova 45 il 10 ay 6 gün müddətinə verilmiş etibarnamədə qeyd olunan 200kvm-lik torpaq sahəsinin alqı-satqısını həyata keçirmək üçün, 24 oktyabr 2016-cı il tarixdə Bakı şəhəri 31 saylı notariat kontorunda olduq və lazımi sənədi də təsdiq etdirdik. Həmin gün ona aldığım 200 kvm-lik torpaq sahəsinə görə 3000 (üç min) manat pul verdim. Bir qədər vaxt keçdikdən sonra torpaq sahəsində ev tikmək qərarına gəldim və tikinti işlərini aparmaq üçün, həmin sahəyə daş, qum və s. tökdüm. Həmin vaxt tanımadığım bir şəxs mənə yaxınıaşıb bildirdi ki, “bu sahə mənimdir, tikinti işlərini dayandır” dedikdə, sanki şoka düşdüm. Bundan əlavə, həmin şəxs Rəşad Osmanovun mənə 3000 (üç min) manat pulun müqabilində satmış olduğu torpaq sahəsinə aid sənədləri də göstərdi. Belə olan halda “mənə satdığın yerin sahibi var” deyə Rəşada iradımı bildirsəm də, o, ona bildirdiyim iradlarıma heç cür əhəmiyyət vermədi. Belə olan təqdirdə adı çəkilən şəxsdən verdiyim pullların geri qaytarmasını təkidlə tələb etdim.

İmişli sakininin Konstitusiya ilə qorunan hüquqlarını kim təmin etməlidir?


Həmin vaxt xoşagəlməz hal o oldu ki, dələduzluq əməlinə qol qoyaraq məni minbir “oyuna salan” bu şəxs verdiyim pulları geri qaytarmaq, hansısa peşimançalıq hissini keçirmək əvəzinə “məndə pul yoxdur, get kimə istəyirsən şikayətini et” dedikdə, sanki öz-özlüyümdə dəhşətə gəldim. Onun belə bir cavabından sonra anladım ki, “makler”lik işi ilə məşğul olan Rəşad Osmanov, 3 min manat pulu heç də xoşluqla geri qaytarmayacaq. Buna görə də məcbur olub Sabunçu RPİ-nin 12-ci polis bölməsinə ərizə ilə müraciət etdim. Düzdür, bölmədə ərizəmi qəbul etdilər və üz-üzə qaldığım problemin araşdırılması Fərid adlı təhqiqatçıya da həvalə olundu. Artıq ərizəmin qəbul olunduğu vaxtdan təqribən 11-12 aydan çox vaxt keçsə də, təəssüflər olsun ki, bu günə kimi atılan addımlarla bağlı lazımi araşdırma işləri aparılmayıb. Bundan əlavə, baş verən dələduzluq əməli ilə bağlı DİN-nin 102 xidmətinə etdityim müraciətin də, hələ ki, heç bir nəticəsi yoxdur. Hətta, yaxın qohumlarımdan biri probleminin həllinə kömək məqsədilə Sabunçu rayon prokuroru cənab Ceyhun Şirinova yazılı ərizə ilə müraciət etsə də və qeyd olunan problemin araşdırılmasına nəzarət, RPİ rəisinin müavinlərindən birinə tapşırılsa da, verilmiş belə bir tapşırığın da nəticəsi yoxdur.
2016-cı ilin avqust ayından üz-üzə qaldığım problemim araşdırılıb həll olunmadığından, son anda onun ictimailəşdirilməsinə qərar verdim ki, bəlkə o halda problemimin həllinə nail ola bildim. Mən imkansız ailənin üzvüyəm və 3 min manat pulu heç də asanlıqla, yaxud da dələduzluq yolu ilə deyil, məhz alın təri ilə, halal zəhmətimlə qazanmışdım. Belə bir səbəb üzündən də, mən üzümü DİN-nin rəhbərliyində duran vəzifə sahiblərinə tuturam və onlardan problemimin həllinə köməklik etmələrini də xahiş edirəm. Mən hər zaman dövlətimizin təhlükəsizliyinin təmin olunmasında, vətəndaş hüquqlarının qorunmasında birbaşa iştirak edən hüquq-mühafizə orqanı əməkdaşlarına inanmışam, onlara etibar etmişəm. İnanıram ki, mənə qarşı dələduzluq etmiş şəxsin əməllərinin lazımınca araşdırılması üçün, aidiyyəti qurumlar yaxın günlərdə lazımi addımlarını atıb, mənim Konstitusiya ilə qorunan hüquqlarımı bərpa edəcəklər”.

İmişli sakininin Konstitusiya ilə qorunan hüquqlarını kim təmin etməlidir?


Hörmətli oxucular! Biz bir redaksiya olaraq Bəybala Nuriyevin 2016-cı ilin avqust ayından üz-üzə qaldığı problemin ictimailəşdirilməsinə bir daha qərar verdik. Çünki, adı çəkilən şəxs 24 yaş həddinə çatmış bir gəncdir və belə bir gəncin alın təri ilə qazandığı 3 min manat pulun dələduzluq yolu ilə ələ keçirilməsi və mənimsənilməsi heç bir hüquqa sığmır. Bundan əlavə, həmin gəncin KİV nümayəndələrinin əsaslı şəkildə dərc etdikləri açıqlamaların effekt verəcəyinə hədsiz dərəcə inamı olduğundan, o, bir müddət bundan əvvəl redaksiyamıza müraciət etmişdir. Bəybala Nuriyevdə belə bir inamın əmələ gəlməsini zəruri edən bir çox səbəblər var ki, həmin səbəblər içərisində ən əsası, bu il “Mətbuat günü” ilə bağlı keçirilən görüşdə ölkə rəhbəri cənab İlham Əliyevin jurnalistləri özünün yaxın dostu hesab etməsi olub. Çünki, həmin görüşdə cənab Prezident açıq şəkildə vurğuladı ki, “mən bir çox məlumatları jurnalistlərin dərc etdikləri açıqlamalar vasitəsi ilə əldə edirəm. Azərbaycanda xoşagəlməz halların mövcudluğu barədə mediada kifayət qədər dolğun məlumatlar vardır. Mən bunu alqışlayıram. Xüsusilə, bürokratiya, korrupsiya, rüşvətxorluq, özbaşınalıq, yekəxanalıqla bağlı olan mövzular, araşdırmalar bizim ümumi işimizə dəstək verir”. Yəni, ölkə rəhbərinin bu cür açıqlaması onu söyləməyə əsas verir ki, digər vəzifə sahibləri jurnalistlərin yazdıqları açıqlamalara və həmin açıqlamalarda sadalanan faktlara diqqətlə yanaşmalı, üzərinə düşən vəzifə borclarını lazımınca yerinə yetirməlidirlər. Bəs bu gün nələr baş verir? Biz bir redaksiya olaraq problemin varlığını ictimailəşdiririk, yaşanan olayla bağlı redaksiya tərəfindən aidiyyəti qurumlara məktublar ünvanlayıb problemlərin araşdırılmasını və görülən tədbirlərlə bağlı redaksiyamıza cavab verilməsini də xahiş edirik. Amma, Qanunvericilikdə müəyyən edilmiş müddətdən xeyli vaxt keçsə də, aidiyyəti üzrə ünvanladığımız məktublara cavab belə verilmir. Bu da o anlama gəlir ki, ölkə rəhbəri cənab İlham Əliyevin jurnalistlərə qarşı ortaya qoyduğu yanaşmasını bəzi vəzifə sahibləri lazımınca dəyərləndirmirlər.
Biz bir mətbu orqan olaraq Bəybala Nuriyevə qarşı atılan bu cür addımları pisləyir, problemin qanuni yollarla araşdırılmasına və həllinə cavabdehlik daşıyan qurumlardan, məhz əməli addımlar atmalarını da xahiş edirik. İnanırıq ki, problem çox yaxın vaxtlarda ədalətli həllini tapacaq və 24 yaş həddində olan bir Azərbaycan gəncinin Konstitusiya ilə qorunan hüquqları da təmin olunacaq. Açıqlamada adı çəkilən hər kəsi dinləyə bilərik.
Mövzunu diqqətdə saxlayacağıq.

Rahib Bəxtiyarov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İmişli sakini “makler”lik edən şəxsin dələduzluq əməlinin “qurbanı olub”

    İmişli sakini “makler”lik edən şəxsin dələduzluq ...

    26-07-2017, 14:55

  • 
  • Saxta etibarnamənin təsdiqi notariusu “bitirə bilər”

    Saxta etibarnamənin təsdiqi notariusu “bitirə ...

    8-08-2017, 18:32

  • 
  • Gədəbəyli sahibkar mübarizə yolundan çəkinmir

    Gədəbəyli sahibkar mübarizə yolundan çəkinmir ...

    11-11-2016, 17:25

  • 
  • İmişlidə çoban sahibkarı “oyuna salıb”

    İmişlidə çoban sahibkarı “oyuna salıb” ...

    13-12-2016, 23:29

  • 
  • Bakıda vətəndaşa qarşı 72 min dollarlıq dələduzluq edildi

    Bakıda vətəndaşa qarşı 72 min dollarlıq ...

    8-06-2016, 12:45


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu