GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Gömrük Komitəsi ləğv olunsun! - imitasiyalı həbslərə sözardı, faktlar...

Gömrük Komitəsi ləğv olunsun! - imitasiyalı həbslərə sözardı, faktlar...

Tarix: 25-05-2021, 11:00 Bölmə :GündəmXəbər / Manşet Baxış: 373


Aydın Əliyevin Dövlət Gömrük Komitəsinin sədri olduğu, Vüsal Novruzovun isə Bakı Baş Gömrük İdarəsinin rəisi işlədiyi dövrlərdə bu sistem vampir kimi sahibkarlara qarşı qaniçənlik edirdi. 

Külli günahlar A.Əliyevlə V.Novruzovun üzərinə qoyularaq vəzifələrindən azad olunanda onlara etdikləri cinayətlərə görə “gözün üstə qaşın var” deyən olmadı və gömrükdə cəzasızlıq mühitinin olduğu təsdiqləndi. 
Əgər bu iki gömrük rəisi barəsində heç bir təftiş aparılmadısa, korrupsiya və yeyintiləri ilə bağlı cinayət işi açılmadısa, o zaman gömrükdə rüşvətə qarşı hansı mübarizədən söhbət gedə bilərdi? 
O dövrdə müstəqil iqtisadçıların, araşdırmaçı jurnalistlərin ortaya qoyduğu real faktlara bir yana qalsın, iqtidarın öz deputatı Vahid Əhmədov tərəfindən səslənən ittiham kifayət edirdi ki, A.Əliyevlə V.Novruzov qandallanıb həbsə göndərilsin. 
Deputat qorxmadan bəyan etmişdi ki, son 20 ildə gömrükdə 20 milyard mənimsənilib. Əslində bu rəqəm deyildiyindən 5 dəfə artıq idi. 
Amma V.Əhmədovun söylədiyi 20 milyard - milyon yox ha, 20 milyardın talan olunması ittihamı üzrə araşdırma aparıb keçmiş gömrük rəhbərliyini mühakimə etmək mümkün idi. 
Lakin heç bir addım atılmadı və bununla hakimiyyət cəmiyyətə, sahibkarlara mesaj verdi ki, işinizlə məşğul olun, lazım olsa, A.Əliyevlə V.Novruzovu cəzalandırarıq, yəni bizə “atmayıblarsa” onları xalqı soymağa görə bağışlamaq olar. 
Anaxeber.info bildirir ki, gömrük rəhbərliyinə A.Əliyevin müavini olmuş, onun korrupsiya və mainasiyalarına şərik çıxmış Səfər Mehdiyevin gətirilməsi ilə əvvəldən bu sahədə şəffaflıq olmayacağı bəlliydi. 
Əgər gömrüyün keçmiş rəhbərliyi əməllərinə görə cəzalanmırsa, onlarla birgə inhisarçılıqla məşğul olmuş S.Mehdiyev DGK sədrliyinə gətirilirsə, gömrükdə hansı islahatlardan, şəffaf fəaliyyətdən, rüşvətlə mübarizədən danışmaq olardı?
Hərçənd ki, S.Mehdiyev vəzifəyə gəldiyi ilk günlərdə müştəbehcəsinə, şəstlə “Gömrükdə bir manat rüşvət olsa, istefa verərəm” söyləmişdi və bu açıqlamasının arxasında müəyyən addımlar atılacağına gözlənti yaratmışdı. 
Əslində obıvatel üçün verilən açıqlama idi və ən cahil adam da S.Mehdiyevin sözünə inanmırdı. Və belə də oldu - gömrükdə yenə monopoliya, inhisarçılıq, korrupsiya, rüşvətxorluq hökm sürür.  
Elə bu günlərdə bir dəstə gömrükçünün korrupsiya ittihamı ilə həbs edilməsi də göstərdi ki, S.Mehdiyev bu sektorda islahatlar aparmayıb.
Üstəlik, tutulanlar rütbəsi aşağı olan çinovniklər, yetim-yesir inspektorlar, qəpik-quruş rüşvət almış gömrükçü məmurlar idi. 
Ən əsası iri balıqlar üzdüyü halda, gömrüyün keçmiş və indiki rəhbərliyi barəsində hər hansı yoxlama aparılmadığı təqdirdə, böyük səlahiyyəti olmayan inspektorları həbs etməklə bu sahədə hansı şəffaflığı təmin etmək olar? Kim inanar ki, bununla gömrükdə rüşvətə son qoyulacaq? 
Odur ki, bu həbslərdən sonra S.Mehdiyev istefa vermədisə, sözünün üstündə durmadısa, o zaman tutulan inspektorların işini korrupsiya ilə mübarizənin imitasiyası adlandırmaq lazımdır. 
Hakimiyyət görüntü naminə kiçik balıqları cəzalandırmaqla “gözə kül üfürür” və gömrük rəisi yenə vəzifəsinin başındadır. Hələ o da istisna deyil ki, bu həbslər iqtidar daxilində merkantil və klan mübarizəsinin bir təzahürü ola bilər. 
Ancaq istənilən halda gömrükdə boynuyoğun, 50 yaşında saxta diplom almış generallar, inhisarçılar fəaliyyətini davam etdirirsə, inspektorların həbsi ilə “dövlət nehrəm komitəsi”ndə şəffaflığı təmin etmək mümkün olmayacaq. 
Bu qurumun yarıtmaz fəaliyyətini, gömrükdə sahibkarların başına oyunların açılmasını türk TIR şoferlərinin sosial şəbəkədə yayılan video çıxışları da təsdiqləyir. Ölkənin ikinci büdcəsi sayılan gömrükdə bu çirkabdan xilas olmaq üçün inhisar və korrupsiya ləğv olunmalıdır. 
Bunun üçün siyasi iradə, hakimiyyətin qətiyyətli mövqeyi olmayınca, nə inspektorların şouya bənzəyən həbsləri effekt verəcək, nə də S.Mehdiyev və ətrafı öz əməllərindən çəkinəcək. 
Amma alternativ də var - Gömrük Komitəsinin ləğv olunaraq İqtisadiyyat Nazirliyinə birləşdirilməsi ilə struktur islahatları sayəsində müəyyən müsbət irəliləyiş əldə etmək mümkündür. 
Necə ki vergilər və əmlak komitəsi bu nazirliyin tərkibinə keçdi, eləcə də gömrük sistemi də İN-də ola bilər. Beynəlxalq praktikada da bu sistem mövcuddur. 
Çünki əksər Qərb dövlətlərində ayrıca gömrük komitəsi fəaliyyət göstərmir, sadəcə, Maliyyə, yaxud İqtisadiyyat Nazirliyinin nəzdində gömrük xidməti çalışır. 
Bu qurumun xüsusi struktur kimi işləməsinə, dövlət içində ikinci dövlətə çevrilməsinə, bürokratiya, korrupsiya və monopoliyanın xərçəng kimi yayılması üçün şərait yaradılmasına heç bir zərurət yoxdur. 
Anaxeber.info bildirir ki, gömrükdə təkcə avtomobil idxalı ilə bağlı soyğunçuluğa, özbaşınalığa son qoyulmursa, inspektorların rüşvətxorluğa görə həbsi nəyi dəyişə bilər?! 
Gömrükdə 5000 manatlıq maşının idxalı üçün 6000-8000 manat “rüsum” alan korrupsionerlər cəzalanmır, bu açıq quldurluqla bağlı tədbir görülmür, di gəl, vətəndaşdan 3-5 manat almış gömrükçü tutulur.
Bu həbslərlə yox, sistemli iş və idarəetmədə yanaşmanı dəyişməklə biz Azərbaycanda Türkiyə, Gürcüstan gömrüyünün güzgüsünü görə bilərik. İqtisadçı Nazim Bəydəmirli də internet TV-lərin birində söyləyib ki, DGK “gözdən pərdə asmaqla” məşğuldur. 
Onun sözlərinə görə, gömrük-keçid məntəqələrində gömrükçünün vəzifəsi yük maşınlarını sahibkarın anbarına maneəsiz çatdırmasını təmin etməlidir: 
“Necə ki, Gürcüstanda belədir. Amma bizim gömrükçülər orta əsrlər dövründə olduğu kimi davranır. Sahibkar bəyannamə qiymətini təqdim edirsə, gömrük orqanları niyə qəbul etmirlər? Sahibkarı get-gələ salırlar ki, onunla istədikləri tariflə “razılaşsın”. 
Bu, deyilən faktlardan biridir və gömrük sistemi başdan-ayağa müxtəlif neqativ hallarla, süründürməçiliklə əhatələnib. N.Bəydəmirli qeyd edib ki, kimin kiminlə qohum olması əsas götürülərək gömrükdə işə qəbul olunur: 
“Burada traybalizm işləyir. Bu həbslər piar kampaniyasının bir növüdür. Gömrük orqanlarının tam şəffaf işləməsi üçün gömrük siyasətinin tam hədəfi müəyyən olunmalıdır”. /Siam.az/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Səfər Mehdiyev “Broker Əbülfəz”ə yüksək vəzifə verdi – Eksklüziv

    Səfər Mehdiyev “Broker Əbülfəz”ə yüksək vəzifə ...

    7-12-2018, 13:38

  • 
  • Vüsal Novruzov gömrük revanşına hazırlaşır: kompromat savaşı... - Təfsilat

    Vüsal Novruzov gömrük revanşına hazırlaşır: ...

    13-10-2020, 18:58

  • 
  • Gömrükdə daha bir rüşvət faktı - GİLEY

    Gömrükdə daha bir rüşvət faktı - GİLEY ...

    29-05-2019, 15:00

  • 
  • Gömrükdə YOXLAMA GÖZLƏNİLİR - Səfər Mehdiyev dövləti aldadıb?

    Gömrükdə YOXLAMA GÖZLƏNİLİR - Səfər Mehdiyev ...

    24-06-2020, 12:23

  • 
  • Aydın Əliyevə qarşı böyük qruplaşma

    Aydın Əliyevə qarşı böyük qruplaşma ...

    6-05-2013, 23:49


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (274)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu