GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » BSU-da rektorun da adının hallandığı ŞOK DƏLƏDUZLUQ... - Həbslər davam edə bilər...

BSU-da rektorun da adının hallandığı ŞOK DƏLƏDUZLUQ... - Həbslər davam edə bilər...

Tarix: 27-05-2021, 11:55 Bölmə :GündəmXəbər / Manşet Baxış: 766
BSU-da rektorun da adının hallandığı ŞOK DƏLƏDUZLUQ... - Həbslər davam edə bilər...


Ləğv olunmuş keçmiş Azərbaycan Müəllimlər İnstitutunun adından verilmiş saxta diplomlar onları daşıyan şəxslərin başına indi də oyun gətirməkdədir. Oyun dedikdə, biz heç də təkcə aldadılmışların diplomdan gözlədikləri imtiyazdan məhrum olmalarını nəzərdə tutmuruq. Məsələ burasıdır ki, həmin şəxslər hal-hazırda da bəzi möhtəkirlər tərəfindən aldadılmaqda davam edirlər.

Bu günlərdə Dəryaz qəzetinin redaksiyasına Füzuli rayonundan olan məcburi köçkün Səttarov Sərdar Amil oğlu adlı vətəndaş müraciət edərək bildirmişdir ki, 2018-ci ildə nüfuzlu ali təhsil ocağında təkrar ali təhsil almaq niyyətilə Bakı Slavyan Universitetinə müraciət etmiş, sənədləri sırasında ləğv olunmuş AMİ-nin Qazax filialını 2012-ci ildə bitirdiyini və “tarix və coğrafiya müəllimi” ixtisasına yiyələndiyini təsdiqləyən diplomunu təqdim etmişdir. Universitetin Əlavə və qiyabi təhsil şöbəsinin müdiri dosent Dürdanə Əliyeva ona təklif etmişdir ki, sənədindəki çatışmazlığı pul verərək “kompensasiya” etməlidir. Sərdarın sözlərinə görə, Dürdanə müəllimə ilə anlaşdıqları kimi BSU-nun Psixologiya fakültəsinin tələbələri sırasına qəbul olunmaq üçün ikincinin tələbi ilə ona nağd formada 2000 AZN əlbəəl pul vermişdir. Daha sonra 02.10.2018-ci il tarixdə isə Universitetin hesablaşma hesabına 1000 AZN təhsil haqqını rəsmi qaydada ödəyərək 18960 nömrəli qəbz, rektorun imzası və möhürü ilə təsdiqlənmiş və ona 100 AZN-ə başa gələn BM-ƏT-35/19 nömrəli “tələbə bileti” də almışdır.



S.Səttarov deyir ki, ilk üç ay əyani şöbənin tələbələriylə birgə dərsə gəlib-gedəndən sonra Dürdanə onu çağırıb demişdir ki, diplomunun rekvizitləri saxtadır, amma bu işi yoluna qoymaq olar, Psixologiya fakültəsini də Beynəlxalq münasibətlər fakültəsinə dəyişməyi təklif etmişdir. Bu “yola qoymaq” məsələsi Sərdara 500 AZN bir, 300 AZN də bir ödəməklə 800 AZN-ə başa gəlmişdir.

2019-cu ildə Sərdara Fizuli rayon icra hakimiyyətində işə düzəlməsi imkanı yaranır, D.Əliyeva Sərdara onun BSU-nun Əlavə və qiyabi təhsil şöbəsinin Beynəlxalq münasibətlər ixtisası üzrə II kursda oxuduğunu təsdiqləyən 09.12.2019-cu il tarixli 208 saylı arayış da verir ki, Füzuli rayon İcra Hakimiyyətinə təqdim etsin. Beləliklə, 2021-ci ilin əvvəlinə qədər Sərdar elə bilirmiş ki, BSU-nun Beynəlxalq münasibətlər fakültəsinin tələbəsidir və qiyabi təhsil alır.

Lakin o, öz saydığını saymaqda, görək Dürdanə Əliyeva nə sayırmış!: Sərdara xəbər verir ki, sənədlə bağlı yenə problem üzə çıxıb, “portala oturmur”. “Məşədi İbad oyunu”na düşən, amma yarı yoldan qayıtmaq istəməyən Sərdar naəlac qalıb Dürdanənin “iş düzəltmək” xidmətindən yenə istifadə etmək qərarına gəlir və onun bu dəfə istədiyi daha böyük məbləğdə pulu – 4000 AZN-i tapıb verir. Di gəl, iki ay əvvəl xəbər tutur ki, o, BSU-nun tələbəsi deyilmiş (?!). Daha irəli getməyə yolu qalmayan Səttarov rektora da şikayətçi düşüb.

Məsələ ilə əlaqədar BSU-nun rektoru professor Nurlana Əliyeva ilə telefon əlaqəsi yaradıb suallarımızı verdik. Rektor bizi Universitetə dəvət edib kabinetində qəbul etdi. Bildirdi ki, Dürdanə Əliyevanın barəsində edilən şikayətlər əsasında Baş Prokurorıluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində istintaq gedir.

Rektorun sözlərinə görə, Dürdanə Əliyevanın işdəycələri ucbatından universitetin kassasından 150.000 AZN pul əskik gəlib və onun ayrı-ayrı vətəndaşlardan üst-üstə 100 000 AZN rüşvət alaraq mənimsədiyi üzə çıxıb. Jurnalist araşdırmaları nəticəsində məlum oldu ki, dekan ümumilikdə rektora 270 000 manat «atıb». “Tələbə biletin”nə gəlincə, rektor biletin üstündəki imzanın və möhürün saxta olduğunu bildirdi. Nurlana Əliyevanın söhbətdə iştiraka dəvət etdiyi digər həmkar gözlədiyimiz kimi onun sözlərini təsdiqlədi və əlavə etdi ki, Dürdanə Əliyevanın korruptiv əməllərindən çoxdan xəbərləri varmış və o, qanunazidd üsullarla əldə etdiyi külli miqdarda haram kapital hesabına paytaxtın Yasamal və Nəsimi rayonlarında yeni tikilmiş “göydələn”lərdə bir neçə bahalı mənzil alıb. Ancaq rektor S.Səttarovun rəsmi qaydada ödəyib qəbz aldığı 1000 manat təhsil haqqına ağlabatan izah verə bilmədi.

Əslində isə BSU-nun rektorunun izah etməli, aydınlıq gətirməli olduğu qaranlıq məsələlər çoxdur. Məsələn, zərrəbinsiz gözlə baxmaqla da sezilir ki, xeyli müddətmiş Dürdanə Əliyevaya vəzifəsindən kənara çıxan geniş səlahiyyətlər verilibmiş. Üstəgəl, nəyə görə D.Əliyevanın qanunsuz əməlləri barədə birinci olaraq hüquq-mühafizə orqanlarına rektor və adlartı çəkilən prorektorlar özləri xəbər verməyiblər?

Bildirildiyinə görə, həbs olunan Dürdanə Əliyeva istintaqa ifadə verib ki, qanunazidd nə iş görübsə, hamısından rektorun xəbəri var və rüşvət kimi aldığı pulları Nurlana Əliyevaya verib. Sözsüz ki, Nurlana Əliyeva bunca ciddi ittihamla barışmayacaq, ancaq son sözü əlbəttə ki, istintaq deyəcək.

Gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ORUCƏLİ RZAYEVİN "BAZARA" ÇEVİRDİYİ TƏHSİL OCAĞI

    ORUCƏLİ RZAYEVİN "BAZARA" ÇEVİRDİYİ ...

    7-04-2016, 17:57

  • 
  • Yetişməmiş saxta diplomlar

    Yetişməmiş saxta diplomlar ...

    14-11-2013, 23:04

  • 
  • "Alim"in saxtakarlığı

    "Alim"in saxtakarlığı ...

    19-10-2015, 23:05

  • 
  • “Diplom almaq üçün universitetə nə üçün 3 dəfə getməliyik?!” - TEXNİKİ UNİVERSİTETİN MAGİSTRİNDƏN PREZİDENTƏ MÜRACİƏT

    “Diplom almaq üçün universitetə nə üçün 3 dəfə ...

    27-11-2019, 15:39

  • 
  • ADAU-da Musa Bayramov kabusu – PREZİDENTƏ MÜRACİƏT

    ADAU-da Musa Bayramov kabusu – PREZİDENTƏ MÜRACİƏT ...

    6-05-2021, 17:09


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu