GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » "Alim"in saxtakarlığı

"Alim"in saxtakarlığı

Tarix: 19-10-2015, 23:05 Bölmə :Manşet Baxış: 0
"Alim"in saxtakarlığı

"Alim"in saxtakarlığı

Saxta diplom məsələsinin birbaşa korrupsiya faktı olmasını nəzərə alsaq, adı gedən arayışın təhsil naziri müşavirinin təsdiqləməsi faktı da, ortaya çoxsaylı sualların çıxmasına səbəb olur

Bir müddət bundan öncə, daha dəqiq desək 17 sentyabr 2015-ci il tarixdə “Gündəm Xəbər” qəzetində işıq üzü görən "ÇTO? QDE? KOQDA?- DİPLOM, XUCƏNDDƏ, 1994-cü ildə" başlıqlı məqalədə sadalananlarla bağlı, Gəncə Dövlət Universitetinin müəllimi Arifə Əhmədova (hal-hazırda Əhmədli) sosial şəbəkələrdə Tacikistan Pespublikası Xucənd şəhərində ali təhsil alması haqqında diplomunun tanınmasına aid sənədi, daha doğrusu 03 iyul 2012-ci il tarixdə Təhsil Nazirliyi tərəfindən ona ünvanlanmış məktubu paylaşıb. (Məktubu olduğu kimi təqdim edirik) Məktubda qeyd olunur ki, hal-hazırda təhsil naziri Mikayıl Cabbarovun müşaviri, sabiq təhsil naziri Misir Mərdanovun zamanında isə, aparat rəhbəri vəzifəsini daşıyan İlham Pirməmmədovun imza atdığı məktubda qeyd olunur: "Gəncə Dövlət Universitetinin müəllimi Arifə Əhmədovanın diplomunun yoxlanılması, həmin təhsil ocağında və Gəncə şəhər Baş Polis İdarəsində aparılıb", yəni diplom saxta deyil.

Amma redaksiyamıza daxil olan məlumatlarda bildirilir ki, Gəncə Dövlət Universiteti coğrafiya kafedrasının müəllimi, siyasi elmlər namizədi alimlik dərəcəsi elmi adını almış Əhmədova Arifə Abbasəli qızına məxsus diplom saxtadır. Çünki, Arifə Əhmədova 28 iyun 1994-cü ildə Tacikistan Respublikasının Bobocan Qafurov adına Xucənd Dövlət Universitetinin coğrafiya fakültəsini bitirməsi haqda diploma sahib olsa da, verilən məlumatda o da bildirilir ki, 2002-ci ildə qeyd olunan ali təhsil ocağı əməkdaşlarından birinin, Bobocan Qafurov adına Xucənd Dövlət Universitetinin rəhbərliyinə ünvanladığı sorğuya verilən cavab məktubunda yazılır ki, “Arifə Əhmədovanın 1994-cü ildə coğrafiya ixtisası üzrə əyani və yaxud da qiyabi təhsil alması əmrdə qeydə alınmamışdır”. Sorğuya verilən cavab məktubu, rektor N.Y.Salimovun imzası və möhürü ilə də təsdiq olunur.

Arifə Əhmədovanın qol qoyduğu digər qanunsuzluqlardan biri də, “Torpaq Coğrafiyası Fənnindən Çöl Təcrübələrinin Aparılmasına Dair” metodiki göstəriş kitabının müəlliflik hüququnu da öz adına çıxmasıdır. Qeyd olunan kitab 2007-ci ildə işıq üzü görmüş və müəllifi dosent Nuriyev Rəşad Məmməd oğlu olmuşdur. Həmin kitab eyni zamanda, Təhsil Nazirliyi Elmi-Metodiki Şurasının “Coğrafiya” bölməsinin 13 iyul 2007-ci il tarixli iclasının qərarı ilə də (protokol~4) təsdiq olunmuşdur. Amma, bütün bunlara baxmayaraq Arifə Əhmədovanın da müəllifi olduğu “Torpaq Coğrafiyası Fənnindən Çöl Təcrübələrinin Aparılmasına Dair” metodiki kitabının 2014-cü ildə işıq üzü gördüyü, müəllifinin dosent əvəzi (kitabın son səhifəsində Arifə Əhmədova GDU coğrafiya fakültəsinin dosenti kimi qeyd olunub) Əhmədova Arifə Abbasəli qızının olduğu bildirilir. Eyni zamanda həmin kitabın Təhsil Nazirliyinin “Dərslik və Nəşriyyat” şöbəsinin 10 fevral 2014-cü il tarixli iclasının qərarı və 147 saylı protokolu ilə də təsdiq olunduğu da, bildirilir.

Qeyd olunan kitabları bir-birinə tutuşdurduqda o da bəlli olur ki, Arifə Əhmədovanın müəllifi olduğu “Torpaq Coğrafiyası Fənnindən Çöl Təcrübələrinin Aparılmasına Dair” metodiki kitabı, əvvəli kitabdan olduğu qaydada köçürülmüş, bu da dosent Nuriyev Rəşad Məmməd oğlunun müəlliflik hüququnun birbaşa oğurlanması deməkdir.

Diqqəti bir məqama da yönəldək ki, baş verən qanunsuzluq faktının yoxlanılması prokurorluq orqanlarının işi olduğu halda, bu fakt prokurorluqda deyil, polis idarəsində araşdırılıb. Görəsən polisin Arifə Əhmədovaya məxsus diplomun qanuniləşməsində marağı nə olub ki, adı gedən araşdırmaya qol qoyub və diplomun saxta olmadığını da təsdiqləyib? Polis İdarəsinin diplom araşdırılması səlahiyyətinə malik olmaması və təhsil naziri Mikayıl Cabbarovun müşaviri vəzifəsini daşıyan İlham Pirməmmədovun isə, qeyd olunan diplomun orijinallığına müsbət münasibəti, öz-özlüyündə böyük şübhələrə yol açır. Çünki, Tacikistan Respublikasının Bobocan Qafurov adına Xucənd Dövlət Universitetinə sorğu məktubu ünvanlamadan, İlham Pirməmmədovun Arifə Əhmədovaya məxsus diplomun doğruluğunu təstiqləməsi, hər kəsdə böyük müəmmaların əmələ gəlməsinə də səbəb olur. Belə olan halda İlham Pirməmmədov atdığı addım, onun adı ilə bağlanan daha bir korrupsiya faktı deyilmi?

Araşdırmamımızı davam etdirmək məqsədi ilə, Arifə Əhmədovanın sosial şəbəkələrdə İlham Pirməmmədovun imzası ilə təsdiqlənən məktubına münasibət bildirməsi üçün, Gəncə Dövlət Universitetinin tədris işləri üzrə prorektoru Faxrəddin Məmmədova müraciət etsək də, o, suallarımızı cavablandırmadı. Aydınlıq gətirmək istədiyimiz problemin varlığına, qeyd olunan təhsil ocağının elm və inovasiyalar üzrə prorektoru Pərvin Kərimzadəninun iştirakı ilə, təlim-tərbiyə işləri üzrə prorektor Asif Cavadov cavab verdi. O, 2012-ci ildən universitetin siyasi elmlər namizədi olan və coğrafiya ixtisasından mühazirə aparan Arifə Əhmədovaya məxsus diplomun qanuni olduğunu vurğuladı və bildirdi ki, həmin diplom Gəncə Baş Polis İdarəsinin köməkliyi ilə də təsdiqlənib. Daha sonra onu da müəyyən edə bildik ki, polisin diplomun təsdiqində "köməyi" belə olub. Belə ki, 2012-ci ildə Gəncə şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsini daşımış mərhum Rasim Musayev də, Göyçə mahalından olduğu üçün, Arifə Əhmədovaya həmin arayışın tərtibatında lazımi köməklik göstərir. (Qeyd: General Rasim Musayevdə Göyçə mahalında doğulub. Müəllif) Məhz belə bir səbəbdən də, İlham Pirməmmədovun imza atdığı məktubda, Gəncə şəhər Baş Polis İdarəsinin də adı çəkilir. Saxta diplom məsələsinin birbaşa korrupsiya faktı olmasını nəzərə alsaq, adı gedən arayışın təhsil naziri müşavirinin təsdiqləməsi faktı da, ortaya çoxsaylı sualların çıxmasına səbəb olur.

Görəsən adı çəkilən universitetin təlim-tərbiyə işləri üzrə prorektorunun da, Arifə Əhmədovaya məxsus diplomun təsdiq olunmasına cənfəşanlıq göstərməsi nə ilə bağlıdır? Suallar çox, amma hələlik cavab da yox!

Hörmətli oxucular! Qeyd olunan diplomun saxta olmadığını imzası ilə təsdiqləyən və bu gün təhsil naziri Mikayıl Cabbarovun müşaviri vəzifəsini daşıyan İlham Pirməmmədovun imzasının doğru olub-olmadığını araşdırırıq. Yaxın günlərdə əldə edəcəyimiz cavabı, geniş ictimaiyyətin diqqətinə çatdırmağa çalışacağıq.

Bizi izləyin.

Mehriban Əzizqızı

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • GDU-dan daha bir xəbər

    GDU-dan daha bir xəbər ...

    2-11-2015, 12:08

  • 
  • Təhsil Nazirliyi: “Təfəkkür” Universitetinin tələbələrinə diplom verilməyəcək”

    Təhsil Nazirliyi: “Təfəkkür” Universitetinin ...

    16-09-2017, 13:46

  • 
  • Təhsil Nazirliyi 23 saxta diplom aşkarladı

    Təhsil Nazirliyi 23 saxta diplom aşkarladı ...

    5-07-2013, 16:01

  • 
  • Gəncə Dövlət Universiteti Ali Atestasiya Komissiyası ilə hesablaşmır-ŞOK OLAY

    Gəncə Dövlət Universiteti Ali Atestasiya ...

    27-06-2018, 16:46

  • 
  • Mikayıl Cabbarovun rektorlara qarşı yeni planı

    Mikayıl Cabbarovun rektorlara qarşı yeni planı ...

    16-03-2015, 00:06


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (417)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu