Gündəmi bürüyən bir mövzu var; "Yaşar Ramazanov Tovuz Rayon Polis Şöbəsində döyülərək öldürüldü"
.
Əvvəlcə qeyd edim ki, videosu paylaşılan Yaşar Ramazanovun ölüm faktında cinayət hadisəsinin olması istisna deyil, amma bu hadisənin Tovuz Rayon Polis Şöbəsində baş verməsi inandırıcı görünmür. Əvvəllər narkotik ittihamı ilə həbsə məhkum olunmuş şəxs Yaşar Ramazanov 14 may tarixində Tovuz Rayon PS əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində yenidən tutulub. Onun barəsində Cinayət Məcəlləsinin 234.2 (Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma) ittiham irəli sürülüb. Bundan 2 gün sonra 16 may 2021-ci il tarixdə Tovuz Rayon Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Mövcud qaydalara görə barəsində həbs qətimkan tədbiri seçilmiş şəxslər 24 saat ərzində müvəqqəti saxlama yerindən istintaq təcridxanalarına köçürürlər. Bu halda məlum olur ki, müəmmalı şəkildə vəfat edən şəxs Yaşar Ramazanov 17 may 2021-ci il tarixdə artıq Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasına yerləşdirilib. Yəni ölüm faktından 11 gün əvvəl. İstintaq təcridxanalarında olan qaydalara görə hansısa dustaq yerləşdirilməsi üçün həmin təcridxanaya gətirilirsə, mütləq həmin şəxsin üzərində vizual müayinə aparılır. Əgər hər hansı xəsarət aşkar edilərsə, həmin dustaqin qəbul edilməsindən imtina edilir. Yəni heç bir halda xəsarəti olan şəxsin məsuliyyətini Penitensiar Xidmət öz üzərinə götürmür. Dustaq qəbul edildikdən az sonra onun üzərinə və şəxsi əşyalarına baxış keçirilir. Əksər hallarda belə baxış zamanı məhbus tam soyundirulur. Dustaq üzərində hər hansı şübhəli xəsarət olduqda onu dərhal daxili əməliyyata təhvil verirlər. Bununla yanaşı təcridxanaya yerləşdirilmiş istənilən dustaq üzərində qan analizi, barmaq izi, kardeqrama, rentgen və s. müayinələr aparılır və qeydə alınır. Beləliklə şübhəli bütün hallar qeydə alınır. Qeyd olunanlara məntiqi yanaşsaq, belə qənaətə gəlmək olar ki, Yaşar Ramazanov 17 may tarixinədək hər hansı işgəncəyə məruz qalmayıb və bu hal olubsa da növbəti günləri əhatə edir. Yaşar Ramazanovun 24 may tarixində, yəni 2 saylı İstintaqa Təcridxanasında saxlandığının 7-ci günündə Gəncə xəstəxanalarından birinə yerləşdirilməsi və 4 gün sonra vəfat etməsi, bütün şübhələri Penitensiar Xidmətin üzərinə çəkir. Belə ki, meyidin fotoşəkil və videcəkilişindən də aydın görünür ki, həmin şəxsin üzərində olan xəsarətlər yenidir, elə 4 gün əvvələ təsadüf etməsi ehtimalı var. Məsələn meyidin üzərində olan qancirlər uzun müddətə təsadüf eləmir, qan izləri yeni kimi görünür, eyni zamanda o qədər xəsarət izləri olan şəxsi əvvəlcədən görməmək Penitensiar Xidmət əməkdaşları üçün mümkünsüz haldır. Hesab edirəm ki, məhz bu mövzuda ictimaiyyət tələsərək, polis orqanlarını əbəs yerə hədəfə alıb. Qatili Penitensiar Xidmətdə axtarmaq, daha məntiqli gediş olardı. Bütün hallarda Yaşar Ramazanovun işgəncə ilə öldürulməsi ehtimalı daha yüksəkdir. Odur ki, əsl cinayətkarların tapılması üçün bütün tələblərimizi prokurorluq orqanlarına yönəldək və imkan verməyək ki, nahaq qan yerdə qalsin.
Sorğu
Yeni dizaynımız necədir?