İlqar Rzayev: «Ədliyyə Nazirliyi azadlığa çıxmağımın qarşısını aldı» “Günahasız olduğunu bildiyin halda həbs olunmaq adam üçün əzabdır. Bu ilin mayın 7-də qəbul olunan amnistiyaya düşdüm. Ancaq azadlığa çıxmağım iki ay gecikdirildi. Ədliyyə Nazirliyi sənədlərimin hazır olmamasını bəhanə edib, azadlığa çıxmağımın qarşısını aldı. Odur ki, aclıq askiyasına başladım. Nəitcədə indi azadlıqdayam”. Bu sözləri “Bizim Yol”a bu günlərdə azadlığıa çıxan, keçmiş siyasi məhbus İlqar Rzayev bildirdi.
O səhhətində porblem olduğunu bildirdi: “Soyuq olub mənə. Həkimə getdim, müayinə olundum, hazırda mülicəm davam edir”.
İlqar Rzayev Azərbacyanı yaxın günlərdə tərk edəcəyini bildirdi: “Ailəm xaricdədir. Xaricdə həm şəxsi, həm də iş görüşüm olacaq. Siyasi fəaliyyətimi AXCP-də davam etdirəcəm”. Qeyd edək ki, İlqar Rzayev Bakının mərkəzində aparılan yeniliklər zamanı evi uçurulmuş Şirinbacı Rzayevanın oğludur. Şirinbacı Rzayeva İctimai Palatanın ötən il aprelin 22-də Bakıda keçirdiyi mitinqdə söz alaraq hakimiyyəti sərt tənqid edib. Bundan sonra İlqar Rzayevin ailəsinin yaşadığı evi söküblər, Şirinbacı Rzayevanı və onun digər oğlunu işdən çıxarıblar. İlqar Rzayev ötən il mayın 11-də tutulmuşdu. Nərimanov Rayon Məhkəməsi onu Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə təqsirli bilib 2 il azadlıqdan məhrum etmişdi.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?