GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Nizami RİH-də "bandit" dəstəsi – Tariyel Tahirov niyə Eldar Əzizovun adından istifadə edir?

Nizami RİH-də "bandit" dəstəsi – Tariyel Tahirov niyə Eldar Əzizovun adından istifadə edir?

Tarix: 8-06-2021, 15:09 Bölmə :GündəmXəbər / Manşet Baxış: 3 182


​Bu gün Bakının hansı rayonunun İcra Hakimiyyətində daha çox rüşvət yığılır? Hansı İcra Hakimiyyəti daha çox korrupsiya girdabında çabalayır? Hansı rayonda özəl sektorun təmsilçiləri daha çox incidilir, onlardan qanunsuz olaraq müxtəlif adlar altında vəsait toplanır?​ Hansı rayonda iş adamlarını, tikinti şirkətlərinin nümayəndələrini dövlətdən narazı salmaq yönünda sistemli iş aparılır?..

Bütün bu sualların hamısının bir cavabı var: NİZAMİ RAYONUNDA! Bəli, bu gün Bakının Nizami rayonunun idarəçilik sistemi bütünlüklə​korrupsiyaya uğrayıb. Bu rayonun İcra Hakimiyyətində vətəndaşların salamını da rüşvətlə alırlar. Burada iş görmək, insanları yeni iş yerləri ilə təmin etmək, ölkə iqtisadiyyatının inkişafına töhfə vermək istəyənlərin başına elə bir oyun açırlar ki, gedib Afrika ölkələrində biznes qurmaq daha səmərəli görünür. Tərəddüdsüz deyə bilərik ki, keçmiş başçı Arif Qasımovun yaratdığı rüşvət maşını bu gün də tam gücü ilə fəaliyyətdədir. Sanki bu maşının beyninə, “İş adamlarının qanını içmək” proqramı yüklənib. Özü də Qasımovun yoxluğu​ rüşvət sisteminə hər hansı təsir göstərməyib. Rüşvəti dünən necə yığırdılarsa, bu gün də eyni qaydada davam edirlər. Nə olsun ki, Arif Qasımov yoxdur. Onun adamları – korrupsiya və rüşvət aparatının bütün vintilləri bu gün də iş başındadırlar…
GundemXeber.Az bildirir ki, Arif Qasımov hələ vəzifədə olanda, Nizami rayon İcra Hakimiyyətində də ciddi yoxlamaların aparılacağı gözlənilirdi. Hətta Qasımovun həbs olunacağı da real ehtimal kimi səsləndirilirdi. Lakin bütün bunlar olmadı, əvəzində Qasımov biabırçı bir formada işdən azad olundu – adam uşaqların oyun meydançasına da göz dikibmiş…Parkda tikdirdiyi restoranı dövlət bir anın içindəcə yerlə yeksan elədi. Özü də AzTV-nin kamerası ilə dağıtdılar... Bu rüsvayçı hadisədən sonra Nizami rayonunun İcra Hakimiyyətində nəhayət normal iş siteminin qurulacağı, vətəndaşlarla münasibətlərin dövlətin tələb etdiyi standartlar üzrə formalaşdırılacağı, Qasımovun "çürümüş komandası"nın bütün üzvlərinin İcra Hakimiyyətindən qovulacağına dair gözləntilər yaransa da, təəssüf ki, bütün bunlar baş vermədi. Belə göründü ki, gedən Arif Qasımovun cismiymiş, ruhu hələ də İcra Hakimiyyətinin mərtəbələrində dolaşır.
“Arif Qasımov xeyli müddətdir icra başçısı vəzifəsindən azad olunsa da, o, Nizami rayonundan, daha doğrusu burada fəaliyyət göstərən tikinti şirkətlərindən, ayrı-ayrı sahibkarlardan əl çəkmir. Müxtəlif yüksək çinli məmurların adından istifadə edərək iş adamlarına, xüsusən də tikinti ilə məşğul olan şirkətlərə təzyiq edərək pul toplamağa çalışır”.
“İcra Hakimiyyətində müavin vəzifəsi tutan şəxslər dövlətə deyil, məhz Arif Qasımova xidmət edirlər. Bu adamlar iş adamlarına qənim kəsiliblər. Tikinti şirkətləri onların əlindən zara gəlib”.
Bu nümunələr mətbuatda Nizami rayonundakı hazırkı vəziyyətlə bağlı dərc olunan yazılardandır. Məqalələrin demək olar ki, hamısında sahibkarların, tikinti şirkətlərinin üzləşdiyi problemlərdən, onların normal fəaliyyətinə imkan verilməməsindən və rüşvəttoplama əməliyyatlarından bəhs olunur. Fəaliyyəti daha çox narazılıq doğuran isə Nizami rayon İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Tariyel Tahirovdur. Şikayətçilər bu adamı Nizami rayonunda korrupsiya monstrı, baş kəsən, qan içən kimi təqdim edirlər. İddia olunur ki, tikinti şirkətlərinin, iş adamlarının üzərinə yeriyən, insanları hökumətdən narazı salmağa çalışan əsas fiqur məhz Tariyel Tahirovdur.​ “Bu adamı nə hökumətin qoyduğu qaydalar maraqlandırır, nə də dövlətin maraqları. Onun öz maraqları var. Qarnı çoxdan doysa da, gözü döymaq bilmir. Elə zənn edir ki, İcra Hakimiyyəti bunun dədə mülküdür, şəxsi təsərrüfatıdır. Üstəlik deyir ki, heç nədən və heç kəsdən qorxmur. Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun adını çəkib, belə təsəvvür yaratmağa çalışır ki, guya arxasında məhz o dayanır. Halbu ki, bilənlər bilir, Tariyel Tahirovun Eldar müəllimlə heç bir əlaqəsi yoxdur. Eldar Əzizov Tariyelin əməllərindən xəbər tutsa, onun iş başında qalmasına imkan verməz. Yəqin ki, gec-tez bütün paxırlar açılacaq və Eldar Əzizov biləcək ki, Tariyel Tahirov onun adından istifadə edərək hansı qanunsuz əməllərlə məşğuldur”. Bir şikayətçinin redaksiyamıza dediklərindəndir bütün bunlar. Və belələrinin sayı çoxdur. Bu gün Nizami rayonunda elə bir sakin tapmaq olmaz ki, İcra Hakimiyyətinin fəaliyyətindən razılıq ifadə etsin. Hamı narazıdır, hamı gileylidir…
Məlumatlı şəxslər GundemXeber.Az-a onu da bildirirlər ki, Tariyel Tahirovun fəaliyyəti araşdırılarsa, ortaya oluqca ciddi korrupsiya və rüşvət faktları çıxacaq. “Biz ümid edirik ki, Tariyel Tahirov öz əməllərinə görə bir gün qanun qarşısında cavab verəcək. Bu adam çox dəhşətli maxinasiyalara yol verib. Nizami rayonunda dövlət vəsaitlərinin talanması prosesinin də əsas iştirakçılarından biri məhz odur. Necə olur ki, belələri hələ də vəzifə başında qala bilirlər? Tariyel Tahirov bu gün Nizami rayonunda deyil, Kürdaxanıda olmalıdır. Ümumiyyətlə, Arif Qasımovun Nizami rayonundakı "bandit" dəstəsinin bir gün ifşa olunacağına inamımız böyükdür. Belə davam edə bilməz”. Bunu da narazı vətəndaşlar deyirlər.
Yazıda adları çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
Mövzunu davam etdirəcəyik.

GundemXeber.Az

​

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 40
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Nizami rayonunda Arif Qasımov RÜZGARI... - İDDİA

    Nizami rayonunda Arif Qasımov RÜZGARI... - İDDİA ...

    25-03-2021, 12:04

  • 
  • Arif Qasımov özünə varis hazırlayıbmış... - İDDİA

    Arif Qasımov özünə varis hazırlayıbmış... - İDDİA ...

    25-01-2021, 12:15

  • 
  • BAKININ NİZAMİ RAYONU NİYƏ BAŞÇISIZDIR?-FOTOLAR

    BAKININ NİZAMİ RAYONU NİYƏ BAŞÇISIZDIR?-FOTOLAR ...

    23-01-2021, 15:13

  • 
  • MTN-lə Arif Qasımovu birləşdirən tellər

    MTN-lə Arif Qasımovu birləşdirən tellər ...

    15-04-2016, 13:13

  • 
  • İcra başçısı iş adamından kreslo tələb etdi: “Yenisini al, bu mənə düşmədi…”

    İcra başçısı iş adamından kreslo tələb etdi: ...

    19-03-2016, 23:07


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (268)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu