Son günlər Rusiyaya yaxınlığı ilə tanınan erməni mediasına məxsus bəzi xəbər portalları və agentlikləri bir məsələni qabartmağa başlayıb ki, bu da diqqətdən kənarda qala bilməz.
Təbii ki, qabardılan məsələ Dağlıq Qarabağ ərazisində erməni əhaliyə Rusiya pasportlarının paylanması məsələsidir. Gundemxeber.az düşmən ölkənin mediasında qaldırılmış və zaman-zaman Azərbaycana qarşı təziq vasitəsi kimi istifadə edilməyə çalışılan bu məsələ diqqətdən kənarda qalmamalıdır. Sözsüz ki, Azərbaycan nə Gürcüstan, nə Ukrayna, nə də Moldova deyil. Azərbaycan həm regionda, həm də dünyada yetərincə nüfuz qazanmış ölkədir. Eyni zamanda Azərbaycanın həm nəqliyyat-kommunikasiya, həm də neft və qaz kimi təbii sərvətlərə malik olması onun daima diqqət mərkəzində olmasına imkan yaradır. Son dövrlər qardaş Türkiyə ilə Azərbaycan arasında əlaqələrin sıx və dərin şəkildə inkişaf etdirilməsi Azərbaycanı sözügedən digər ölkələrdən fərqləndirən əsas xüsusiyyətlərdən biri kimi qəbul edilə bilər. Qaldı ki, Rusiyanın Dağlıq Qarabağ ərazisində yaşayan erməni əhaliyə rus pasportlarını paylamasına, bu məsələyə inandırıcı hal kimi yanaşmaq olmaz. Əgər belə hal baş verərsə, bunun Rusiya üçün bəzi xoşagəlməz nəticələri yarana bilər ki, bunu Rusiya mərkəzi hökuməti qəbul etmək istəməz. Birincisi, Rusiya sözügedən addımı atmaq istərsə, Azərbaycan və Türkiyə ilə münasibətlərin tamamilə korlanmasına səbəb olar ki, bu da Rusiyanı həm Yaxın Şərqdən, həm də Cənubi Qafqazdan qısa müddətdə çəkilməsinə şərait yarada bilər. İkincisi, Rusiya özünü açıq şəkildə dünya arenasında açıq aqressor kimi göstərəcək ki, bu da ona qarşı ciddi sanksiyaların tətbiq olmasına səbəb ola bilər. Nəticədə ağır duruma gələn Rusiya iqtisadiyyatı daha da ağırlaşa bilər.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?