GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Kremlin qara niyyəti

Kremlin qara niyyəti

Tarix: 28-05-2013, 13:07 Bölmə :Manşet Baxış: 814
 Kremlin qara niyyəti
Rusiya hakimiyyəti seçki mancanağında sıxır, məqsəd Avrasiya ittifaqına razılıq almaqdır
Bəlli bir müddətdir ki, Dağlıq Qarabağ probleminin sülh yolu ilə həlli ilə bağlı danışıqların Rusiya siyasətində öz aktuallığını artırması müşahidə edilməkdədir. Nə qədər qəribə də olsa, son bir ildə problemin həlli istiqamətində heç bir ciddi səy ortaya qoymayan, əksinə, işğalçı Ermənistanı silahlandırmaqla onun sülh danışıqlarına olan marağını azaldan Rusiyanın birdən-birə özünün yaratdığı problemin həllinə girişməsi, ilk baxışdan o qədər də anlaşılmır. Lakin Kremlin məlum aktivliyi fonunda diqqət çəkən digər bir məqam Dağlıq Qarabağ probleminin həllində başlıca maneə olan və ermənipərəst mövqeyi ilə problemin ədalətli həllinə mane olan Rusiyanın məhz Azərbaycanda keçiriləcək prezident seçkiləri ərəfəsində aktivləşməsidir. Məhz bu amili əsas götürən siyasi ekspertlər hesab edir ki, əslində Rusiya Dağlıq Qarabağ məsələsində yenidən təşəbbüsü öz üzərinə götürməklə seçki ərəfəsində bu problemdən alver predmeti və təzyiq vasitəsi kimi istifadə etməyə çalışır. Ekspertlərin qənaətincə, Rusiya məhz Qarabağ probleminin düyünə düşməsindən qarşıdakı seçkilərdə məharətlə istifadə edə, hakimiyyəti ciddi güzəştlərə vadar edə bilər.
ABŞ və Türkiyənin Qarabağ müzakirələri
Amma Dağlıq Qarabağ problemi ilə bağlı danışıqların yenidən aktuallaşması yalnız cari prezident seçkiləri ilə əlaqədar deyil. Dağlıq Qarabağ məsələsinin yenidən aktivləşməsi təkcə Azərbaycanda keçiriləcək 2013-cü il seçkiləri ilə birbaşa bağlı deyil. Dağlıq Qarabağ məsələsi ABŞ-la Türkiyə arasında da müzakirə obyekti oldu. Amerikanın dövlət katibi Kerri Türkiyənin baş naziri Ərdoğan və XİN rəhbəri Əhməd Davudoğlu ilə bu məsələni bir neçə dəfə müzakirə etdilər. Bu da təbii qarşılanmalıdır. ABŞ 2015-ci ildə qondarma “erməni soyqırımı”nın 100 illiyi ilə bağlı məsələnin yenidən ABŞ konqresinə gətiriləcəyini bilir. Buna görə də təzyiqləri azaltmaq, Türkiyə ilə münasibətləri bundan sonra da normal məcraya daşıya bilmək üçün bir çox qabaqlayıcı tədbirlər həyata keçirmək istəyir. Bu tədbirlərdən biri də Dağlıq Qarabağ məsələsidir.
Aydındır ki, Türkiyə-Ermənistan münasibətlərinin normal məcraya qayıtmasını təmin etmək üçün Ermənistan işğaldakı Azərbaycan rayonlarının ən azından bir qismini azad etməli, problemin sülh yolu il həllində maraqlı olduğunu əməli surətdə ortaya qoymalıdır. Türkiyə-Ermənistan münasibətlərinin tənzimlənməsi və sərhədlərin açılması ilə adıçəkilən ölkələr arasındakı əlaqələri müsbət məcraya daşımaq mümkündür. Bunların mümkün olması üçün Türkiyə ilə ciddi danışıqlar gedir. Sərhədlərin açılmsı ilə bağlı isə Türkiyə Ermənistan qarşısında konkret şərt qoyub. Bu şərt isə ondan ibarətdir ki, Dağlıq Qarabağ probleminin həlli istiqamətində ən azından bir neçə müsbət addım atılmalıdır. Bu addımlardan da biri Dağlıq Qarabağ ətrafındakı rayonların bir neçəsinin boşaldılmasıdır.
Rusiya moderatorluğu əldən vermək istəmir
Son vaxtlar Ermənistan XİN-i ilə Fransa XİN-i arasında da Dağlıq Qarabağ probleminin həlli ilə bağlı danışıqlar aparılıb. Fransa XİN-i Ermənistan XİN-i ilə bu yöndə müzakirələr aparır. Çox maraqlıdır ki, bu ərəfədə Rusiya da aktivləşməkdədir. Artıq bir ilə yaxındır ki, Putin yenidən üçüncü dönəm Rusiya prezidenti postundadır. Bu bir ildə Rusiya Dağlıq Qarabağ probleminə demək olar ki, veto qoyub. Bu, unudulmuş bir məsələ kimi kənara qoyulub. Imkan yaradıldı ki, problemin həlli ilə bağlı digər həmsədr ölkələr də nə isə etsinlər. Lakin bu istiqamətdə də ciddi bir uğur və nailiyyət olmadı. İndi isə bütövlükdə Dağlıq Qarabağla bağlı danışıqların yenidən aktivləşdiyini görən Rusiya bu sahədə öz moderatorluğunu əldən verməmək üçün yenidən çırmanmağa başlayıb. Azərbaycan XİN rəhbərinin Rusiyaya səfəri də bu konteksdən dəyərləndirilməlidir. Danışıqların əsas ağırlığı Dağlıq Qarabağ problemi ilə bağlıdır.
Rusiyadan minbaşlı oyun
Bugünlərdə Rusiya XİN-nin rəhbəri ermənilərin marağına hesablanan bəyanat səsləndirsə də, bu bəyanata Azərbaycan tərəfindən hər hansı bir etiraz sərgilənmədi. Bir müddət bundan öncə Rusiya tərəfindən yanlış bir bəyanatı da müşahidə elədik. Rusiyanın erməni əsilli XİN rəhbəri Lavrov söylədi ki, Dağlıq Qarabağ probleminin həlli üçün Dağlıq Qarabağda həm Azərbaycanın, həm də Ermənistanın “qanuni maraqları” təmin olunmalıdır. Mən gözləyirdim ki, Azərbaycan XİN-i səviyyəsində bu məsələyə ciddi reaksiya veriləcək. Çünki bu çox yanlış bir açıqlamadır. Heç bir dövlət marağı qanun ola bilməz. Ancaq hiss olunur ki, Lavrovun verdiyi açıqlamada daha çox söhbət və narahatçılıq Ermənistanın maraqlarının qanuniləşdirilməsindən gedir. Ermənistanın marağı isə ya Qarabağı özünə birləşdirmək, ya da müstəqil subyekt olaraq onun müstəqil bir dövlət kimi fəaliyyət göstərməsini təmin etməkdir. Ermənistanın marağı bundan ibarətdir. Əgər bu maraq qanuniləşərsə, o zaman Qarabağ gələcəkdə referendum vasitəsi ilə müstəqilləşə bilər. Mən buna reaksiya gözləsəm də nə Azərbaycan toplmunda, nə mediasında, nə də Azərbaycan hakimiyyətində bu rekasiyanı görmədim. Əgər qanuni maraqdan danışılırsa, deməli, burada söhbət Ermənistanın maraqlarının qanunilşdirilməsindən gedir. Bu isə yanlış bir açıqlamadır. Bu onu göstərir ki, Rusiya növbəti dəfə Dağlıq Qarabağ məsələsində Azərbaycana qarşı yeni bir fırıldaq oynayır.
Əslində Rusiya müxtəlif siyasi manevrlər hesabına Azərbaycanı Avrasiya ittifaqına cəlb etmək və onu iqtisadi müstəqillikdən məhrum etmək istəyir. Rusiya Ermənistanı müəyyən güzəştlərə vadar etməklə Azərbaycanı Rusiyanın imperiya siyasətindən doğan Avrasiya modelinə sürükləmək istəyir. Ona Gömrük İttifaqına imza atdırmaq istəyirlər. Rusiyanın əsas məqsədi bundan ibarətdir. Ancaq Dağlıq Qarabağ probleminin əsaslı həllini gözləmir.
Dağlıq Qarabağ problemi ayrıca həll oluna bilməz
Artıq elə bir situasiya və siyasi ab-hava formalaşmışdır ki, Dağlıq Qarabağ problemini ayrıca həll etmək mümkün deyil. Cənubi Qafqazdakı münaqişələr toplu halında həll edilməlidir. Yaxın Şərqdə baş verən proseslərdən sonra məlum problem bizim regiona sıçrayacaq. Bizim regionda isə bu prosesə məruz qalan ilk hədəflərdən biri İran olacaq. İrana sıçrayacağı təqdirdə isə Qafqaz ölkələri bu proseslərdən kənarda qala bilməyəcək. Belə olduğu təqdirdə, region uğrunda ciddi rəqabətin aparıldığı bir zamanda Rusiya Dağlıq Qarabağ kimi təzyiq vasitəsinin əlindən çıxmasına əsla razılıq verməz. Dağlıq Qarabağ problemi Cənubi Qafqazada mövcud olan münaqişələrdən kənarda həll oluna bilməz. Cənubi Qafqazda bir neçə münaqişə var ki, bunlara Abxaziya, Osetiya və s. daxildir. Dağlıq Qarabağ problemi də daxil bütün bu problemlər birgə həll edilməlidir və qlobal güclər arasında problemlərin həlli birgə razılaşdırılmalıdır. Yalnız belə olduğu təqdirdə problemləri həll etmək olar. Gürcüstanın ərazi bütövlüyü təmin edilmədən Azərbaycanın ərazi bütövlüyünün təmini və Dağlıq Qarabağ probleminin həlli mümkün deyil. Ortada növbəti bir fırıldaq var. Belə bir görüntü yaratmaq istəyirlər ki, guya Rusiya həqiqətən də Dağlıq Qarabağ problemini həll etmək istəyir. Ancaq dediyim kimi, bunun arxasında dayanan əsl niyyət Azərbaycan və digər sovet respublikalarını Rusiyanın orbitinə çəkməkdən ibarətdir.
Rusiya hakimiyyətə ömür bəxş edə bilər, amma…
Rusiyanın cari prezident seçkilərində Azərbaycan hakimiyyətinə dəstək verməsi də mümkündür. Lakin Rusiya bu dəstəyin qarşılığında Azərbaycandan Avrasiya ittifaqına daxil olmağı və onun amirliyinə tabe olmağı tələb edəcək. Rusiya təbii ki, bu məsələdə Azərbaycanda cari ilin oktyabr ayında keçiriləcək prezident seçkilərini də nəzərə alır. Azərbaycanın Rusiyaya “hə” dediyi, yenidən Rusiyanın orbitinə qayıtdığı və onun imperiya siyasəti ilə razılaşdığı təqdirdə o zaman rəsmi Moskva cari seçkilərdə bu hakimiyyətin ömrünün uzadılmasına göz yuma bilər. Bu gün karta qoyulan məhz budur. Buna qətiyyən imkan vermək olmaz. Azərbaycan cəmiyyəti üçün də aydındır ki, Rusiyanın Dağlıq Qarabağın həlli ilə bağlı fəaliyyəti heç də onun Azərbaycanı sevməsindən irəli gəlmir. Əksinə, bunun içərisində çox ciddi alt niyyət var. Alt niyyət də Azərbaycanı yenidən imperiya siyasətinə cəlb etməkdən ibarətdir.
Seymur
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Putindən mesaj: “Sərkisyanla Qarabağ probleminin həlli yolunu müzakirə etdik” - AÇIQLAMA

    Putindən mesaj: “Sərkisyanla Qarabağ probleminin ...

    4-09-2013, 12:42

  • 
  • Rusiya Fransa və ABŞ-ı ittiham etdi

    Rusiya Fransa və ABŞ-ı ittiham etdi ...

    30-05-2014, 08:47

  • 
  • 3 prezidentin birgə Qarabağ bəyanatı

    3 prezidentin birgə Qarabağ bəyanatı ...

    18-06-2013, 20:03

  • 
  • Vəfa Quluzadə: “Moskva iki rayonu azad edəcək, amma…”

    Vəfa Quluzadə: “Moskva iki rayonu azad edəcək, ...

    8-07-2014, 17:39

  • 
  • Kremlin Azərbaycanda “ 2013 planları“

    Kremlin Azərbaycanda “ 2013 planları“ ...

    29-12-2012, 11:16


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (437)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu