GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Qazın tarifi, tarifin tərifi və “Azəriqaz”ın Azərtaşı - “Video kəsilib, mən orada sarkazm eləmişəm, amma anlaşılmayıb”...

Qazın tarifi, tarifin tərifi və “Azəriqaz”ın Azərtaşı - “Video kəsilib, mən orada sarkazm eləmişəm, amma anlaşılmayıb”...

Tarix: 2-07-2021, 11:19 Bölmə :GündəmXəbər / Manşet Baxış: 271
Qazın tarifi, tarifin tərifi və “Azəriqaz”ın Azərtaşı - “Video kəsilib, mən orada sarkazm eləmişəm, amma anlaşılmayıb”...


Vallah, qanan üçün yaşamaq ağır dərddir… “bu ölkədə” deməyim, deyəcəksiniz ki, tısbağa çanağından çıxıb çanağını bəyənmir. Qoyun, elə bu dünyada deyim, bir az ümumi olsun, bəlkə, hər şeyi “pembe” görənlər üçün zəhərimin təsiri də az olar.

Bu dünyada yaşaya bilmək üçün ya dəli olmaq lazımdır, ya da sərxoş. Ayıq başla dünyamızın dərdini çəkmək olmur. İnsan kədər, dərd əlindən qocalır. Gənc yaşda bu dünyanın azərbaycanlı gəncinin kiçik çiyinləri əyilib, qara saçlarına hər gün dən düşür. Yenə deyirəm, düşünməyən üçün bu yazdıqlarım da, gerçəklərin özü də “əşi”dən o yana keçmir. Çünki buralarda yaşamaq üçün cibində pulunun olması kifayət edir ki, bir çox qapılar üzünə açıq olsun. Düşünən adamların isə adəti üzrə başı dolu olsa da, cibi boş olur.

Buna görə də gərək atalar, analar dil qanandan bizə bircə şeyi düşünməyi öyrətsinlər: Necə daha çox pul qazana bilərəm? Buralarda bu sualın cavabını tapdınsa, qalan şeylər, bəli, düzələr. Yoxsa “Əşi düzələr” deyən olanda elə bilirəm, özü qəsdən edir, qarşısındakı insanı ələ salır. Sanki oyanmaq istəyənə bu sözlə lay-lay deyib şirin yuxuya vermək, bir az da yatmağımı istəyir.Yatmaq demişkən, Tarif Şurası qiymət dəyişikliyi ilə bağlı qərarı adətən gecə açıqlayırdı. Biz də özümüzə təsəlli verir, qürurlu davranırdıq ki, səsimizi çıxarmaqdan ehtiyat edirlər, az-çox abırlarına bürünür, qiyməti gecə oğrun-oğrun qaldırırlar. Sən demə, belə deyilmiş. Yenə “əhalinin rifahını düşünərək”, xarici ölkələrdəki insanların maddi gəlirini yox, qaza, işığa çıxan xərclərini nəzərə alaraq bizim üçün məşhur xəbər dünyamızın dili ilə desək, “yeni tariflər müəyyənləşdirdilər”.

Qərardan sonra ürəyimizə bir də od düşdü. Bir də təsdiqləndi ki, Odlar Diyarının odu bizi yandırsa da, istisinə isinə, işığına gözümüzü aydınlada bilmirik. Yenə də yaşamaq üçün haradan necə olur-olsun, bircə pul tapmalıyıq. Qalanı düzələr.

Xalqı “düşündürən söz ustaları”

Həmşəki kimi xəbər dünyasına göndərdikləri mətnlə də başımızı bir neçə saat qatmış oldular. Ən arif adamlar da mətni oxuyub, “deyəsən, bu dəfə yaxşı qurtarmışıq, axı burada qiymət artımı deyilmir” dedi.

Xalqa “Qazın qiyməti qalxdı” xəbərini çatdıra bilməyənlər “Azərbaycanda yeni qaz tarifləri müəyyənləşib”, “Tarif Şurası təbii qazın qiymətləri ilə bağlı qərar qəbul edib” və s. tipli başlıqlarla xəbəri yayımlamağı ən yaxşı çıxış yolu bildilər.

Əslində, mən onları bu bacarıqlarına görə ayaq üstə alıqşlayıram. Əvvəla, ona görə ki, o mətni başa düşmək, analiz etmək zaman tələb edir və bu zaman da qaçaqaç, rəqabət mühitində onlara verilmədiyinə görə buna “imkanları” yoxdur və onlar da sözlər üstündə bu cür “peşəkarlıqla” oynayaraq xammalı audiotiryanın öhdəsinə verirlər ki, baxın, müzakirə edin, görün başa düşürsünüzmü. Sonrası da ki, “medialarına sədaqətli qalmağı” bacarırırlar. Nə şiş yanır, nə kabab - əsl “obyektiv” jurnalistika.

Cəmiyyətin keşikçiləri də özlərini “sofist” kimi aparırlar

Müdafiə olunmaq elə də çətin deyil, sözlərlə bir az oynmağı bacaran, onlara nabələd olmayan adam üçün qaranı ağ təqdim etməyə nə var? Həqiqətlərə bir az gözünü yumsan, həyata öz mənafeyindən baxsan, yaşamaq asandır.

Sözlə oyun oynamaq demişkən, aparıcı Lalə Azərtaş da qazın qalxan qiymətləri ilə bağlı efirdən mətn söyləyib. Xanım aparıcı xalqa dərs keçib ki, bütün bu bahalaşmaların günahkarı koronavirusdur: Bəs onun ucbatından dünya iqtisadiyyatı çökür, hər şey bahalaşır, qazın qiyməti niyə qalxmasın? Hələ lap gecə-gündüz tarifləri də müəyyənləşsin. Yayda qaz ən çox mürəbbə bişirməyə lazım olur. Bunun üçün də xanımlar mürəbbələrini gecə bişirsinlər. Ağızları kimi cibləri də şirin olsun...



Ümid edirəm, "Azəriqaz" İB yanında İctimai Şuranın üzvü olan Lalə Azərtaş çıxıb deyəcək ki, video kəsilib, bəs mən orada sarkazm eləmişəm, bu anlaşılmayıb. Nə edək, ümiddən başqa əlimizdən bir şey gəlmir. Yoxsa insan ağlına sığışdıra bilmir ki, hansısa efir aparıcısı qarşısına çıxdığı xalqı bu cür ələ sala bilər.

Jurnalistin işi xalqa qərəzsiz, obyektiv olaraq xəbəri çatdırmaqdır. Yox, şərh etmək imkanı varsa, bu zaman şəxsi mənafeyindən çıxış etmək peşəsinə xəyanətdir. Xəyanət edən şəxs üçün isə başını aşağı salıb üzr istəmək və çıxıb getmək ən etik davranış hesab olunur.

Buna görə də pandemiya məhrumiyyətlərini, müharibə ağrı-acılarını yaşayan xalqın aparıcısı efirdən bu cür çıxış edə bilməz. Əgər o, bu çıxışı edibsə, ya üzvlükdən çıxdığını bildirməli, efirdən səsləndirdiyi fikrin acı kinayə olduğunu deməlidir, ya da birbaşa efirdən üzr istəməli, çıxıb getməlidir!/ayna.az/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Avetiyan: “Ermənilər kimi qoyun millət dünyada yoxdur”

    Avetiyan: “Ermənilər kimi qoyun millət dünyada ...

    29-10-2014, 12:03

  • 
  • “Azərbaycanı tanıdırıq”, yoxsa özümüzü aldadırıq?

    “Azərbaycanı tanıdırıq”, yoxsa özümüzü aldadırıq? ...

    20-05-2019, 17:33

  • 
  • Vətəndaş “Azəriqaz”ın əlindən fəryad edir: - “Allahdan qorxmursunuz?

    Vətəndaş “Azəriqaz”ın əlindən fəryad edir: - ...

    13-02-2021, 15:50

  • 
  • Tarif Şurasının qiymət artımı hər kəsi çaşbaş salıb…

    Tarif Şurasının qiymət artımı hər kəsi çaşbaş ...

    4-08-2018, 15:21

  • 
  • "Dəfələrlə Sosial Müdafiə Fonduna müraciət etmişik..." - GİLEY

    "Dəfələrlə Sosial Müdafiə Fonduna müraciət ...

    7-04-2020, 13:16


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (506)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu