GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » "Azərbaycan" İnam Kərimovun fəaliyyətini sərt tənqid etdi

"Azərbaycan" İnam Kərimovun fəaliyyətini sərt tənqid etdi

Tarix: 16-07-2021, 12:00 Bölmə :GündəmXəbər / Manşet Baxış: 641


Rəsmi "Azərbaycan" qəzetində Cəlilabadda taxılçılıq üzrə məhsuldarlığın aşağı düşməsi barədə tənqidi məqalə dərc olunub.

Gundemxeber.Az "Report"-a istinadla "Cəlilabadda taxıl istehsalı niyə azalıb" sərlövhəli məqaləni təqdim edir:

Cəlilabadda taxıl istehsalı niyə azalıb?

Keyfiyyətsiz toxum və əkinçilərə edilməli olan yardımların gecikdirilməsi "Azərbaycanın Ukraynası”nda məhsuldarlığı aşağı salıb

Cəlilabad iri kənd təsərrüfatı rayonudur. Xüsusən bu bölgənin taxılı Azərbaycanın ərzaq təhlükəsizliyinin təminatında mühüm rol oynayır. Hələ sovetlər zamanında taxılçılıqda qazandığı nailiyyətlərə və istehsalın həcminə görə Cəlilabadı "Azərbaycanın Ukraynası” adlandırırdılar.

Əfsuslar olsun ki, rayonda bu il taxılçılıq üzrə əldə olunan nəticələr ürəkaçan deyil. Rəqəmlərdən başlayaq: keçən ilin payızı rayonda 66 min 570 hektar sahəyə taxıl əkilmişdir ki, bunun da 56 min 500 hektarı buğda, 5 min 200 hektarı arpa və 4 min 870 hektarı vələmirdir. Artıq taxıl biçini başa çatmışdır. Hər hektardan 24,9 sentner buğda, 21,9 sentner arpa, 17 sentner vələmir götürülmüşdür. Kənd təsərrüfatından az-çox başı çıxan hər kəs bu rəqəmlərin Cəlilabad üçün aşağı göstəricilər olduğunu deyir. Müqayisə üçün bildirək ki, torpağının münbitliyinə görə Cəlilabaddan aşağı olan Biləsuvar rayonunda cari mövsüm hər hektardan 28,2 sentner buğda, 26,3 sentner arpa biçilmişdir.

Elə Cəlilabadın özündə keçən il bu sahələr üzrə rəqəmlər müvafiq olaraq 28, 22 və 18 sentner olmuşdur.

Cəlilabad taxılçıları da heç vaxt belə halla rastlaştmadıqlarını söyləyirlər. Əkbər Abbasov rayonun Günəşli kəndində yaşayır. Ağlı kəsəndən taxıl əkib-becərir.

Yetişdirdiyi məhsulun bir hissəsini ailəsi üçün ruzi götürür, qalanını isə satıb dərdinə-sərinə xərcləyir. Amma heç vaxt belə bir vəziyyətlə qarşılaşmadığını söyləyir.

Bəs, bunun səbəbi nədir?

Ə.Abbasov deyir ki, "Moran Aqro” MMC-dən kiloqramı 80 qəpiyə aldığı toxum, demək olar ki, çıxış verməyib. Payız, qış dolanıb, yaz gəlib, yay olub, lakin tarlada nə taxıl cücərib, nə də məhsul yetişib! Biçin zamanı əkdiyi taxıl sahəsində məhsul olmadığını görən Ə.Abbasov texnikanı işə salaraq oradakı otu mal-qara üçün qaba yem kütləsi kimi tədarük edib.

Günəşli kəndinin digər sakini - mülkiyyətçi Ağasahib Ağayev də aldığı toxumun keyfiyyətindən narazıdır. Bildirir ki, hər il əkdiyi sahədən 6-7 ton buğda götürdüyü halda, bu mövsüm vur-tut 1,5 ton məhsul hasilə gətirə bilmişdir. Ağasahib də məhsulun az olmasını toxumla əlaqələndirir: "Vallah, mən kəndçi babayam, eşitdim ki, hansısa şirkətin bazarın yanındakı dükanında buğda toxumu satırlar. Bir çoxları kimi, mən də fermer kartımda olan vəsaitlə gedib o toxumdan aldım. Axırı da belə oldu”.

"Azərbaycan" İnam Kərimovun fəaliyyətini sərt tənqid etdi

Ə.Abbasov və A.Ağayevlə birlikdə mülkiyyətçilərdən Aydın Əzimov, Rafiq Əliyev, eləcə də başqaları bu məsələ ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyinə, rayon məhkəməsinə, yerli icra orqanlarına müraciət etsələr də, heç bir nəticəsi olmamışdır.

Yeri gəlmişkən qeyd edək ki, Cəlilabad rayonunda buğda toxumu yetişdirən 7 təsərrüfat var. Salyan Regional Mərkəzi Toxum Analizləri şöbəsinin aqronomu Şakir Babayev məsələyə münasibətini bildirərkən demişdir ki, onlar şirkətlərin xətti ilə gətirilən toxumların keyfiyyətinə cavabdeh deyillər: "Cavabdeh olduğumuz və təsərrüfatlarımızın istehsal edib fermerlərə satdıqları məhsulun keyfiyyətindən isə narazı olan yoxdur”.

Mütəxəssis Ş.Babayevin sözünü qəribçiliyə salmaq istəmirik. Ancaq fermerlərin torpağa böyük ümidlə səpdikləri toxum üçün kimsə cavabdeh olmalıdır. Biz bilən, belə qurum da var, lakin o, öhdəsinə düşən işi görmür, yəni rayonlara gətirilən toxumların keyfiyyətinə nəzarət etmir, baxmayaraq ki, məhsuldarlıq üçün toxumun mühüm şərt olduğunu bilməmiş deyillər. Atalar əbəs yerə deməyiblər ki, nə əkərsən, onu da biçərsən!

Taxılçılığın inkişafı məqsədilə ölkədə lazım olan bütün tədbirlər görülmüşdür. O cümlədən, torpaq mülkiyyətçilərinə, fermerlərə subsidiyaların, güzəştli qaydada gübrələrin, herbisidlərin və digər dərmanların, lazımi preparatların verilməsi haqqında qərarlar qəbul edilmişdir. Amma nə fayda? Həmin qərarlar bəzən vaxtında icra edilmir və bu səbəbdən bitkilərə də vaxtında aqrotexniki qulluq göstərmək mümkün olmur. Mütəxəssislərin rəyinə görə, taxıl əkini sahələrində yemləmə, yəni azot və karbamid gübrələrinin verilməsi mart ayında başa çatdırılmalıdır. Lakin bunun üçün dövlət tərəfindən ayrılmış vəsaitin vaxtında fermerlərin hesabına köçürülməməsi ucbatından həmin iş nəinki günlərlə, hətta aylarla gecikdirilir, alaq otlarına qarşı mübarizə üçün herbisidlər də həmçinin. Sonradan verilən yardımın isə daldan atılan daş kimi faydası olmur.

Düzdür, mülkiyyətçilər arasında zirək olanları rayondakı dükanlardan nisyə yolla gübrələr ala bilirlər. Amma hamı bunu bacarmır axı... Qeyd edək ki, cari ilin əvvəlində Cəlilabad rayonu üzrə 21 min 452 taxılçı fermer əkin apardıqlarını bəyan etmişdir. Amma onlardan 15 min 452 nəfəri subsidiyanı vaxtında ala bilməmişdir. 7 minə yaxın fermer isə, ümumiyyətlə, subsidiyadan məhrumdur. Səbəbi əkib-becərdikləri torpaq sahələri haqqında hüquqi sənədin - aktın bu günə kimi onlara verilməməsidir.

Göründüyü kimi, bir vaxtlar "Azərbaycanın Ukraynası” olmuş Cəlilabadda taxıl istehsalının aşağı düşməsinin əsas səbəbi əkinçilərin bu sahəyə maraqlarının azalması yox, onlardan asılı olmayan problemlərin vaxtında həll edilməməsidir. Nəzərə alsaq ki, həmin problemlərin fəsadlarından az və ya çox dərəcədə digər rayonların taxılçıları da əziyyət çəkirlər, onda cavabdeh qurumlar təsirli tədbirlər görməlidirlər. Ən azından gələn mövsüm bir daha belə hallarla qarşılaşmamaq üçün.

Müəllif: Seyran CAVADOV, "Azərbaycan” qəzeti.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycan əhalisi ərzaq yox, tullantı yeyir

    Azərbaycan əhalisi ərzaq yox, tullantı yeyir ...

    22-01-2014, 23:00

  • 
  • Azərbaycanın ərzaq təhlükəsizliyi üçün “əsas təhlükələr”

    Azərbaycanın ərzaq təhlükəsizliyi üçün “əsas ...

    14-05-2014, 10:28

  • 
  • İnam Kərimov "EMA" MMC-nin qarşısında aciz qalıb... - İTTİHAM

    İnam Kərimov "EMA" MMC-nin qarşısında ...

    12-01-2019, 19:20

  • 
  • Nazirlə icra başçısının şok subsidiya korrupsiyası

    Nazirlə icra başçısının şok subsidiya korrupsiyası ...

    7-05-2014, 09:45

  • 
  • İnam Kərimova bəslənilən ümidlər doğrulmadı - Nazirlikdə ciddi problemlər var

    İnam Kərimova bəslənilən ümidlər doğrulmadı - ...

    14-05-2020, 21:00


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (511)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu