GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Azərbaycan əhalisi ərzaq yox, tullantı yeyir

Azərbaycan əhalisi ərzaq yox, tullantı yeyir

Tarix: 22-01-2014, 23:00 Bölmə :Manşet Baxış: 1 125
Azərbaycan əhalisi ərzaq yox, tullantı yeyir
Eskpertlər idxaldan asılılığın təhlükəli həddə çatdığını deyirlər

Nüfuzlu Oxfam təşkilatının ərzağın bolluğu, keyfiyyəti və əhalinin ərzaq almaq imkanlarına görə tərtib etdiyi son indeksində Azərbaycanın adının Afrika ölkələri ilə yanaşı olması ölkəmizdə ərzaq təhlükəsizliyi ilə bağlı vəziyyətin qənaətbəxş olmadığını təsdiqlədi.

Bəlli oldu ki, Kənd Təsərrüfatı Nazirliyinin yerli istehsalın inkişafı və ərzaq təhlükəsizliyi ilə bağlı hesabatları yalnız boş söz yığınıdır. Azərbaycanda yerli istehsal yox səviyyəsindədir. Ölkə strateji əhəmiyyətli məhsullara - taxıl, buğda, un, düyü, eləcə də ət və süd məhsullarına olan tələbatı xaricdən gətirilən məhsulların hesabına ödəyir. Üstəlik, bu məhsulların keyfiyyəti aşağıdır və onlar yalnız üçüncü dünya ölkələrinə ixrac olunur.



Onu da qeyd edək ki, Oxfam təşkilatı öz hesabatını hazırlayarkən ərzağın keyfiyyəti və kafi miqdarda mövcudluğu amili ilə yanaşı ölkələrin qidalanma ilə bağlı sağlamlıq problemləri, qarınqululuq və diabet kimi xəstəliklərin yayılması, hətta normal çəkidən aşağı uşaqların faizini də nəzərə alıb. Təşkilat bu araşdırmanı hazırlayarkən ölkələrin təqdim etdiyi rəsmi rəqəmləri əsas götürülüb.

Maraqlıdır ki, ölkədə ərzaq istehsalı və keyfiyyətə dair rəsmi orqanların təqdim etdiyi hesabatlar bir-birini təkzib edir. Dövlət Gömrük Komitəsi Kənd Təsərrüfatı Nazirliyinin, nazirlik isə Dövlət Statistika Komitəsinin məlumatlarını yalanlayır. Səhiyyə Nazirliyi isə ölkədə qidalanma səviyyəsi və xəstəliklərlə bağlı elə hesabat hazırlayır ki, Azərbaycanla bağlı heç bir məlumatı olmayan əcnəbi belə deyilənlərin nağıl olduğunu anlamaqda çətinlik çəkmir.

Niyə belədir?

İqtisadi Tədqiqatlar Mərkəzinin eksperti Vahid Məhərrəmov virtualaz.org saytına Azərbaycanın cədvəldəki yerinin səbəblərini açıqlayıb. O deyir ki, Azərbaycanla bağlı hesabat ölkəmizdəki vəziyyətin səviyyəsini əks etdirir: “Hesabat hazırlanarkən müəyyən göstəricilər nəzərə alınıb. Məsələn, ölkə öz əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına olan tələbatının ən azı 80 faizini daxili istehsal hesabına ödəməlidir. Azərbaycanda isə kənd təsərrüfatı və ərzaq məhsullarına olan tələbat xaricdən idxal edilən məhsulların hesabına ödənilir. Dövlət Gömrük Komitəsinin hesabatına görə, ötən il ölkəyə 1,3 milyon ton buğda, 100 min ton qarğıdalı, 25 min ton düyü, 770 min ton süd məhsulları gətirilib. Ət və ət məmulatlarının, kərə yağı, pendir idxalının həcmi də artıb. Hətta kəsim üçün gətirilən diri heyvanların həcmində də artım var. Ölkədə idxal olunan məhsullara tələbat artıb, yerli istehsal tələbatı ödəmir”.



İqtisadçı qeyd etdi ki, taxıla olan tələbat ildə adambaşına 300 kiloqramdır: “Kənd Təsərrüfatı Nazirliyi isə Azərbaycanda 2 milyon 930 min ton taxıl istehsal edildiyini açıqlayır. Onların dediyi kimidirsə, deməli, tələbat yerli istehsalın hesabına ödənilir. Bəs xaricdən gətirilən taxıl, düyü, qarğıdalı, ət, süd məhsullarının həcmi niyə artır? Deməli, Kənd Təsərrüfatı Nazirliyi statistik məlumatları şişirdir”.

V.Məhərrəmov statistik rəqəmləri də təqdim etdi: “2013-cü ildə idxal mallarının dəyəri 10,7 milyard dolları ötüb. Bu isə 2012-ci ilin idxal göstəricisindən 10,95 faiz çoxdur. 2012-ci il ərzində ölkəyə 9,6 milyard dollar dəyərində mal idxal olunmuşdu. Yeyinti məhsullarının idxalı da 2012-ci ilin göstəricisindən 7,34 faiz artaraq ümumi idxalın 10,75 faizini təşkil edib”.

2013-cü ildə buğda unu idxalı 17,9 milyon dollarlıq olub. Halbuki bu göstərici 2012-ci ildə 6,1 milyon dollar idi. İdxal olunan ərzaq buğdasının dəyəri 2012-ci ildə 339,8 milyon dollar olduğu halda 2013-cü ildə 395,2 milyon dollar təşkil edib. Ət kəsimi üçün diri heyvanların idxalı 47,8, süd idxalı isə 35,52 faiz artıb.

Ümumilikdə isə buğda idxalı 2012-ci ilin göstəricilərinə nisbətən 20 faiz, buğda ununun idxalı isə 5 dəfə artıb.

Kənd Təsərrüfatı Nazirliyindən virtualaz.org saytına verilən məlumata görə, ölkədə taxıla olan tələbat 3 milyon tondur: “Buğdaya olan tələbat isə 1 milyon 700 min ton təşkil edir. Ötən il ölkədə 2 milyon 938 min tondan artıq məhsul istehsal edilib”.

Qeyd edək ki, Oxfam təşkilatının hesabatında yer alan daha bir göstərici üzrə, yəni ərzağın keyfiyyətinə görə Azərbaycan Ermənistan da daxil olmaqla əksər ölkələrdən geri qalıb.

Vahid Məhərrəmov hesab edir ki, bu da ölkəyə gətirilən məhsulların keyfiyyətinə görə müəyyənləşdirilib: “Azərbaycana gətirilən ərzaq məhsullarının keyfiyyəti aşağıdır. Bizim bəzi işbazlar ərzağa olan tələbatı nəzərə alaraq ucuz qiymətə keyfiyyətsiz ərzaq alaraq daxili bazarda baha qiymətə satırlar. Azərbaycana texniki və yemlik kartof gətirilir. Yəni əhali əslində mal-qara yemi və texniki məqsədlər üçün nəzərdə tutulan kartofu yeməyə məcbur edilir. Digər ərzaq məhsulları, məsələn, ölkəyə gətirilən kərə yağının tərkibinə çoxlu qatqılar qatılır”.

Ekspertin sözlərinə görə, bütün ölkənin taleyini həll edən taxılın keyfiyyətində də aldanırıq: “Azərbaycana gətirilən taxılın keyfiyyəti aşağıdır. Ölkəyə keyfiyyət göstəricisinə görə 1, 2 və ya 3-cü növə aid edilən taxıl gətirilmir. Kənd Təsərrüfatı Nazirliyi 4-cü növə aid taxıl gətirdiyini desə də gətirilən taxıl keyfiyyət göstəricisinə görə 5-ci növə aiddir. Həmçinin Azərbaycana gətirilən buğdadan xaricdə heyvanlar üçün yem kimi istifadə olunur. Bazardakı boşluqdan yararlananların sayəsində keyfiyyətsiz ərzaqla, əslində tullantı ilə qidalanırıq”.

V.Məhərrəmov rəsmi statistik məlumatların şişirdildiyini dedi: “Dövlət Statistika Komitəsinin və Kənd Təsərrüfatı Nazirliyinin istehsalla bağlı göstəriciləri doğru deyil. Buna görə də real vəziyyətin təhlili çaşqınlıq yaradır”.



Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da virtualaz.org saytına ölkədə ərzaq təhlükəsizliyi sahəsində ciddi problemlər olduğunu deyir. Hüquq müdafiəçisi bildirdi ki, ölkədə istehsal olunan və xaricdən gətirilən ərzaq məhsullarının böyük hissəsi tələblərə cavab vermir: “Ölkəyə istənilən ərzaq məhsulu gətirilir və heç kim də buna nəzarət etmir. Ölkəyə gətirilən məhsulların yoxlanılması üçün müstəqil ekspertiza mövcud deyil, bu sahədə qanunvericilikdə boşluqlar var. Buna görə də Azərbaycan istehlakçıları keyfiyyətli məhsulla təmin olunmur”.

İqtisadçı Nübar Seyidovanın fikrincə isə xaricdən gətirilən keyfiyyətsiz ərzaq məhsullarının daxili bazara yol tapmasının qarşısını yalnız qanunla almaq mümkündür. Bunun üçün qanunvericilik təkmilləşdirilməlidir: “Hazırda Azərbaycana daha çox genetik modifikasiya olunmuş, yəni GMO məhsullar gətirilir. Bu məhsullardan çox istifadə edən ABŞ-da ərzağın keyfiyyəti və sağlamlıq üzrə göstəricilər ildən-ilə pisləşir. Son hesabatda da Amerika ilk onluğa düşə bilməyib. Azərbaycanda da əhalinin seçim imkanları məhduddur. Ölkəyə gətirilən məhsulların ekoloji cəhətdən nə dərəcədə təmiz və standartlara uyğun olub-olmadığına, keyfiyyətinə diqqət yetirilmir”.

İqtisadçı hesab edir ki, keyfiyyətsiz idxal məhsullarından yaxa qurtarmaq üçün yerli istehsalın inkişafına nail olmaq lazımdır.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Füzulidə taxıl biçini başa çatdı: Rekord həcmdə taxıl istehsal olunub

    Füzulidə taxıl biçini başa çatdı: Rekord həcmdə ...

    18-07-2013, 17:29

  • 
  • Azərbaycanın ərzaq təhlükəsizliyi üçün “əsas təhlükələr”

    Azərbaycanın ərzaq təhlükəsizliyi üçün “əsas ...

    14-05-2014, 10:28

  • 
  • Ekspert həyəcan təbili çaldı

    Ekspert həyəcan təbili çaldı ...

    19-11-2013, 12:40

  • 
  • Bu da Günayın sevgilisi - FOTO

    Bu da Günayın sevgilisi - FOTO ...

    25-07-2016, 00:25

  • 
  • Ərzaq məhsullarının satın alınması qaydası dəyişdi

    Ərzaq məhsullarının satın alınması qaydası dəyişdi ...

    4-03-2016, 15:39


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu