GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Gənclər və İdman Nazirliyinin sirli fiquru – siyasi və iqtisadi iddialar

Gənclər və İdman Nazirliyinin sirli fiquru – siyasi və iqtisadi iddialar

Tarix: 28-09-2015, 14:11 Bölmə :Manşet Baxış: 0
Gənclər və İdman Nazirliyinin sirli fiquru – siyasi və iqtisadi iddialar

öyük imkanlara sahib olan məmur yaxın adamını icra başçısı postuna hazırlayır; Nazir müavini İsmayıl İsmayılov biznes layihələrinə niyə bu qədər maraq göstərir?

Gənclər və idman naziri Azad Rəhimovun adı son günlər bəzi xoşagəlməz işlərdə, o cümlədən qaranlıq maliyyə əməliyyatlarında çəkilməkdədir.

Yayılan məlumatların yetərli hissəsinin kökündə isə Gənclər və İdman Nazirliyinə dövlət büdcəsindən ayrılmış irihəcmli vəsaitlərin təyinatı üzrə sərf edilməməsi dayanır. İddialara əsasən nazirliyin rəhbər şəxsləri idman arenalarının tikintisinə və yenidən qurulmasına ayrılan pulları başqa səmtlərə yönəltməklə bu sahədə ciddi problemlərin meydana çıxmasına səbəb olublar.

Bu məqamda bir faktı qeyd etmək yerinə düşərdi. Belə ki, Tofiq Bəhramov adına Respublika Stadionu bir neçə il əvvəl təmir edildi, stadionun ot örtüyü yeniləndi. Amma aradan heç bir il keçməmiş stadionun ot örtüyü sıradan çıxdı. Dövlət yenidən stadionun öt örtüyünün dəyişdirilməsi üçün külli miqdarda vəsait ayırdı. Təəssüf ki, bu dəfə də acınacaqlı mənzərə yarandı. “Qarabağ”-“Seltik” oyununda stadionun ot örtüyünün vəziyyəti göz qabağında idi. Burdan belə nəticəyə gəlmək olar ki, Gənclər və İdman Nazirliyinə ayrılan büdcə vəsaitləri sırf bir qrup şəxsin maraqları naminə istifadə olunur. Hər halda, mövcud vəziyyət bunu deməyə zəmin yaradır. Bildirək ki, nazirliyin əsas fiqurlarından biri kimi Azad Rəhimovun müavini İsmayıl İsmayılov göstərilir.

Məlumatlı mənbələrdən daxil olan informasiyalara görə, nazirliyin sifarişi ilə həyata keçirilən iri tikinti layihələrinin bir hissəsinə məhz nazir müavini nəzarət edir: “Gənclər və İdman Nazirliyinin sifarişi əsasında paytaxtda, həmçinin bölgələrdə tikilən idman komplekslərinin demək olar ki, hamısında İsmayıl müəllimə yaxın şirkətlər qalib gəlir. Məmur öz adamlarının nəzarətindəki şirkətləri bu işlərə cəlb edərək külli miqdarda xeyir qazanır. Yoxlama aparılsa görülər ki, bölgələrdəki olimpiya idman komplekslərinin əksəriyyəti yenicə tikilsə də, artıq bərbad vəziyyətə düşüb. Bunun səbəbi tikinti işlərinin keyfiyyətsiz şəkildə aparılması ilə bağlıdır. Məsələn, dövlət büdcəsindən hər hansı idman mərkəzinin tikintisinə 5 milyon manat ayrılırsa, bu məbləğin yarıdan çoxu kənara qoyulur. Yerdə qalan pulla isə tikinti işləri aparılır. Təbii ki, belə olan təqdirdə keyfiyyətdən söhbət gedə bilməz. İsmayıl müəllim neçə ildir ki, nazir müavini vəzifəsində çalışır. Hələ indiyə kimi nazirliyin yerlərdəki idarələrinin rəhbər şəxsləri onun bir sözünü iki etməyiblər. Çünki İsmayıl İsmayılov həm də nazirliyin kadr işlərinə cavabdeh şəxs kimi tanınır. Kimin hara təyin olunacağını o müəyyənləşdirir. Yerlərdəki gənclər və idman idarələrinin rəhbər vəzifəli şəxslərinin bir çoxu onun kadrıdır. Dövlət səviyyəsində idmanın inkişafına böyük qayğı göstərilsə də, bəzi nöqsanlar bu inkişafın qarşısında sədd çəkir. Gənclər və idman idarələrinin rəisləri hər ay Bakıya gəlib nazir müavininə gördükləri işlə bağlı hesabat verirlər.

Kimin “məruzəsi” İsmayıl müəllimi qane etmirsə, dərhal işdən çıxarılması barədə əmr verilir”. Mötəbər mənbə həmçinin adıçəkilən məmurun biznes sahəsindəki fəaliyyətinə də toxundu. Bizə verilən məlumata görə, bu şəxs əlindəki maliyyə imkanlarından və bəzi əlaqələrindən necə lazımdırsa istifadə etməyi bacarır: “Bunun sayəsində özünə böyük biznes imperiyası yaradıb. Onun paytaxt ərazisində, o cümlədən Xətaidə bir neçə iri obyekti fəaliyyət göstərir. Buna misal olaraq Əhmədli qəsəbəsindəki “Premium” çay evini və avtoservisi göstərmək olar. Çay evində 10-a yaxın qız işləyir. Bura müştəri axını çox güclüdür. Müştərilər daha çox qız ofsiantlara görə bura gəlir. Bundan başqa, kriminal hadisələrdə iştirakı olan, kriminal aləmə maraq göstərən bəzi şəxslər də bu çay evində tez-tez görünür. Deyirlər ki, məmur çay evinin yaxınlığındakı yaşıllıqları məhv etdirib yerində böyük obyekt tikdirdi. Nazir müavininin ölkəmizin səfalı guşələrində də nəhəng obyektləri mövcuddur. Məndə olan məlumata görə, Qəbələdəki bəzi istirahət mərkəzləri İsmayıl müəllimə məxsusdur. Onun bu rayonda 7 ulduzlu otel tikdirmək istəməsi də yayılan məlumatlar arasındadır”./cumhuriyyət.az/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Respublika stadionunu nazirin oğlu xaraba qoyub?

    Respublika stadionunu nazirin oğlu xaraba qoyub? ...

    4-08-2015, 11:55

  • 
  • Azad Rəhimova qarşı şok ittiham

    Azad Rəhimova qarşı şok ittiham ...

    28-12-2012, 12:24

  • 
  • Azad Rəhimova qarşı 336 milyon manatlıq iddia

    Azad Rəhimova qarşı 336 milyon manatlıq iddia ...

    15-06-2013, 01:07

  • 
  • Gənclər və idman naziri kim olacaq? – Yeni ad

    Gənclər və idman naziri kim olacaq? – Yeni ad ...

    19-07-2021, 15:50

  • 
  • Azad Rəhimovun fəaliyyəti yoxlanıldı

    Azad Rəhimovun fəaliyyəti yoxlanıldı ...

    2-02-2019, 12:34


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (259)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu