Hökumətin verdiyi "tula payı"ndan yararlanan AZTV, Xəzər TV və Real TV adı ilə tanınan televiziya kanalları, sanki "Azərbaycan" nəşriyyatının problemlərini üzə çıxarıb ifşa etmək üçün növbəyə durublar. Öz əməkdaşlarının Kəlbəcərdə minaya düşərək həlak olmalarına göz yuman, onların haqlarını tələb etməyi bacarmayan bu kimi TV-lər, görəsən ümumi jurnalistlərin qayğısını necə çəkə bilərlər? Bunlar "Azərbaycan" nəşriyyatının problemlərindən bəhs edən tele-reportajlar hazırlayıb, bu yöndə çıxışlar etməklə nəyə nail olmaq istəyirlər? Sual oluna bilər ki, görəsən onlara bu cür sifarişi kimlər verib? Əslində, bu TV-lərin belə bir fəaliyyətləri, yəni verilmiş sifarişi yerinə yetirmələri cənab Prezident İlham Əliyevin iradəsinin əleyhinə getmək deməkdir. Maraqlıdır ki, bu məmləkətdə mavi qaz, içməli su, elektrik enerjisi, təqaüd və digər sahələrə aid problemli məsələlər həllini tapıbmı ki, bu TV-lər "Azərbaycan" nəşriyyatının problemlərindən bəhs edən tele-reportajlar hazırlamaqla, bu cür hay-həşir salırlar? Bu cür addımlar ayıb deyilmi? Görəsən kimdir bu iyrənc kompaniyanı təşkil edən? Şirin Cəfəri
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?