GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Zakir Fərəcov Sumqayıtda ağlagəlməz işlərə “yaşıl işıq” yandırır - FOTO/VİDEO

Zakir Fərəcov Sumqayıtda ağlagəlməz işlərə “yaşıl işıq” yandırır - FOTO/VİDEO

Tarix: 30-08-2021, 09:19 Bölmə :GündəmXəbər / Manşet Baxış: 844

Azərbaycan Respublikası Prezidentinin 02 sentyabr 2015-ci il tarixli Sərəncamına əsasən, Zakir Fərəc oğlu Fərəcov Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı təyin olunur və o, vəzifəsinin icraasına başladığı ilk aylardan Sumqayıt şəhəri ərazisində özünəməxsus idarəçiliyin tətbiq olunduğu “krallıq üsul-idarəsi” yaradır desək, bəlkə də yanılmarıq. Çünki, media resursları üzərindən əldə etdiyimiz məlumatlardan da aydın olur ki, Zakir Fərəcovun yaratmış olduğu “krallığın ərazisinə” qeyri-rəsmi qaydalar əsasında olsa belə Abşeron və Laçın rayonları da daxil edilib.


Ümumiyyətlə, bu şəxsin icra başçısı olaraq 16 illik böyük iş təcrübəsi var və o, ötən illər ərzində o qədər var-dövlətə, biznes şəbəkəsinə və s. sahib olub ki, bu gün onların siyahısını sadalamaqla heç cür qurtarmaq olmur. Meydan TV kanalının yaradıcılarından olan Həbib Müntəzirin facebook-da yaydığı Fərəcovlar ailəsinin biznes imperiyası ilə tanış olduqda bəlli olur ki, Sumqayıtda "Şahanə" şadlıq sarayı, Novxanıda dəniz kənarında "Kalyon" restoranı, Yeni Bulvar ərazisində “Dəniz”restoranı, Sumqayıtın girişində “OS- OİL”, Sumqayıtda "İST" petrol (50% onundur), Sumqayıtda "Səda Store", 13-cü mikrorayonda "Qold Qayalı" super ticarət şəbəkəsi (50% şərik), Sumqayıt bulvarına bitişik yaşayış massivi, Kuşadasında “Norf” adı altında “Bistro”  kafesi, suşi və balıq restoranı, Sumqayıtın 44-cü məhəlləsində “NORF” adlı şirəli içkilər istehsalı, Türkiyədə eyni, NORF markalı içkilərin istehsalı olan müəssisə, bir neçə şirkətlər, bahalı mənzillər, villalar və s. Zakir Fərəcova məxsusdur.


Qeyd etmək yerinə düşər ki, 2015-ci ildən bugünə kimi Sumqayıta rəhbərlik edən bu şəxs, hal-hazırda da şəhər ərazisində elə bir müdhiş idarəçiliyini həyata keçirir ki, bir kimsə onun icazəsi olmadan hansısa daşı-daş üstə qoya bilmir. Bir sözlə, Sumqayıtın hər kvm ərazisi Zakir Fərəcovun şəxsi nəzarəti altında olduğundan, görülməli olan hər iş üçün şəxsən onun icazəsi olmalıdır. Bir anlığa diqqət yetirək ki, şəhərin ən mənzərəli ərazilərindən biri olan, dənizkənarı sahildə yerləşən, sakinlərin daha çox istirahət etdikləri “Göyərçin” abidəsinin sol tərəfində “Nəsimi” parkının bir hissəsi yerləşir.


 Sakinlərin bu parka girişi üçün iki pilləkan olsa da, pilləkanlardan biri, hansı ki, sağ hissədəki pilləkan Zakir Fərəcovun xeyr-duası səbəbindən tamamilə zəbt olunub. Yəni, həmin ərazidə "PROUD fost food & Drink" adı ilə mövsümi köşk “fəaliyyət göstərir”. Təəccüb doğuran hal odur ki, bu mövsümi köşkün fəaliyyət istiqaməti uzun müddətdir ki, tamamilə dəyişdirilib və hal-hazırda ondan dönərxana, çayxana kimi istifadə olunmaqdadır. 


Bu yöndə araşdırma apararkən, məhz çatdırılan məlumatların həqiqiliyini öz gözlərimizlə gördük. Hətta, belə bir məlumat da əldə edə bildik ki, qeyd olunan ərazidə "PROUD fost food & Drink" adlı mövsümi köşkün, yəni bu obyektin dönərxana və çayxana (Bir çaynik sadə çay- 4 manata satılır)kimi fəaliyyət göstərməsi üçün heç bir hüquqi sənəd yoxdur. Daha biabırçı halın varlığı isə, mövsümi köşk adı altında fəaliyyət göstərən "PROUD fost food & Drink"də spirtli içkilərin, tütün məmulatlarının, müxtəlif növ yeməklərin və digər növ ərzaq məhsullarının satışının həyata keçirilməsidir. Tutaq ki, hansısa bir ailənin üzvləri, azyaşlı övladları, yaxın qohum-əqrəbası, dost-tanışı və digərləri “Nəsimi” parkına keçib istirahət etmək istəyirlər. O halda ailənin üzvü olan qız-gəlinlər, yaşlılar, uşaqlar parkın giriş hissəsində fəaliyyət göstərən həmin çayxananın orta hissəsindən keçməyə, hətta sərxoş vəziyyətdə olan bəzi şəxslərin xoşagəlməz danışıqlarını eşitməyə də məcbur olurlar. Parka girişin sol hissəsindəki pilləkan sağ hissədəki pilləkana yaxın olduğundan, oxşar mənzərə burada da yaşanır və bir növ eyniyyət təşkil edir. Belə bir vəziyyətin varlığı şəhər sakinlərini olmazın biyabırçılıqları ilə üz-üzə qoyur.


 Yerində apardığımız araşdırmalardan məlum oldu ki, "PROUD fost food & Drink"də istifadə olunan elektrik enerjisinin, içməli suyun heç bir yerdə, heç bir rəsmi sənəddə qeydiyyatı yoxdur. Buna baxmayaraq, şəhərin elektrik şəbəkə sistemində hansısa problem əmələ gəlib işıqlar tam şəkildə sönsə də, bu obyektə təqribən 300-400 metr aralı məsafədən qeyri-qanuni çəkilmiş üçfazalı elektrik xətti qoşulu olduğundan, "PROUD fost food & Drink"də heç zaman işıqlar sönmür. Unutmaq olmaz ki, illər öncə “Nəsimi” parkına girişin sağ hissəsində fəaliyyət göstərən çayxananın ərazisində  sakinlərin rahat istirahət etmələri üçün 10 ədəd oturacaq olsa da, bu gün həmin oturacaqlardan yalnız 3 ədədi qalıb.


 Buna əsas səbəb, “başbilənlər”in həmin oturacaqlardan 7 ədədini söküb götürmələri, qeyd olunan ərazini genişləndirmələri və həmin yerdə çay satışını həyata keçirmək üçün, plastik stol və stullarını qoymaları olub. Unutmaq olmaz ki, bu yöndə addımların atılması üçün, ortada şəxsən Zakir Fərəcovun razılığının olduğu bildirilir.


Hələ, bunlar harasıdır? Parkın iç hissəsindəki “Bibər Pizza” restoranına aid sənədlərin qaydasında olduğu söylənilsə də, restoranın ətrafına qoyulmuş stol və stulların, hansı ki, çayxananın fəaliyyət göstərməsinə əsas verən hüquqi sənədin olmadığı da söylənilir.


 “Panorama” restoranının qarşısına qoyulmuş 3 ədəd stol və stulun da, məhz qeyri-qanuni yolla qoyulduğu iddia olunur. Daha təhlükəli halın varlığı parkın iç hissəsindəki uşaq oyuncaqlarının istifadəsi üçün elektrik xətlərinin tələb olunan qaydalara uyğun çəkilməməsi və insanların həyatı üçün təhlükə törətməsidir. Yəni, elektrik xətləri avadanlıqlara elə vəziyyətdə qoşuludur ki, həmin yerdə hansısa vaxtda faciənin baş verməsi qaçılmazdır.


Redaksiyamıza daxil olan ilginc məlumatlarda o da qeyd olunur ki, yaxın vaxtlarda “Göyərçin” abidəsinin sol tərəfində, hansı ki, “Nəsimi” parkının giriş hissəsində 50 kvm sahə icra başçısı Zakir Fərəcov tərəfindən oliqarx bir məmura satılacaq. Əgər Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının belə bir planı baş tutarsa, o halda qeyd olunan ərazidə ən azından 100 ədəd ağacın, hansı ki, 50-60 illik ağacların taleyinə “hökm oxunacaq”. Odur ki, baş verə biləcək “qətliam”la bağlı indidən aidiyyatı dövlət qurumlarını məlumatlandırmağı özümüz üçün borc bildik ki, sabah gec olmasın.


   Bütün bunlar onu sübut edir ki,  hazırda Zakir Fərəcov Sumqayıtı “kral üsul-idarəsi” ilə idarə edir və onun hər bir əmr və tapşırığı, sanki şahın qanun olduğu məmləkətlərdən də daha keçərli olur. Belə bir səbəblər üzündəndir ki, bu gün icra başçısına pərəstiş edənlər, ona bağlı olanlar, verilən hər bir tapşırığa “baş üstə” deyənlər və s-lər, bir növ dolanışıqlarını təmin etməyə nail olublar, yeri gəldikdə söz sahibinə də çevriliblər.


 Bu şəxsin doğmalarına, yaxınlarına, qohum-əqrəbasına və ona bu və ya digər yollarla bağlı olanlara “yaşıl işıq” yandırması isə, məhz başqa bir söhbətin mövzusudur. Adi bir misal çəkək, icra başçısı Zakir Fərəcov doğma oğluna elə bir imkan, elə bir şərait yaradıb ki, bir kimsə ona “qaşın üstə qara var” deyə bilməz. Məsələn, Sumqayıtda dənizkənarı ərazidə bu şəxsin oğlunun sahiblik etdiyi “Posidion” restoranı var. 


Adı çəkilən bu restoranda hər cür lazımi şərait yaradılıb və misal olaraq qeyd edək ki, bu obyektdə bir çay dəsgahı 27 manata satılır. Bundan əlavə, Sumqayıt şəhəri üzrə bütün dayanacaqlara köşklərin quraşdırılması, yaxud da sökülməsi və s. kimi səlahiyyətlər, Zakir Fərəcov tərəfindən doğma bacısının oğluna verilib.

 Qeyd etdiklərimiz baş verənlərin olduqca cüzi bir hissəsidir. Odur ki, Sumqayıtda həyata keçirilən belə bir idarəçiliyin varlığı səbəbindən, birdən bir kimsə eşitdi ki, şəhərin simvolu olan “Göyərçin” abidəsi sökülür və onun yerində şəhərin “əbədi və əzəli kralı” obyekt inşa etdirir, o halda heç kim təəccüblənməsin. Çünki, təəccüblənməyə əsas yoxdur. Buna da səbəb, Zakir Fərəcovun külli ixtiyar sahibi olmasıdır.

Mövzuya qayıdacağıq.



Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 100
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Zakir Fərəcov keçmiş müavininə Sumqayıtda daha yüksək vəzifə verdi

    Zakir Fərəcov keçmiş müavininə Sumqayıtda daha ...

    13-10-2015, 13:39

  • 
  • Zakir Fərəcov Eldar Əzizovun iki kadrını "vurdu" - Sumqayıt İH-də ilk dəyişikliklər

    Zakir Fərəcov Eldar Əzizovun iki kadrını ...

    7-09-2015, 14:08

  • 
  • Zakir Fərəcov xidməti avtomobilini təhvil vermədi

    Zakir Fərəcov xidməti avtomobilini təhvil vermədi ...

    3-09-2015, 23:05

  • 
  • Zakir Fərəcovun və qohumlarının Sumqayıtdakı biznesi - FOTO

    Zakir Fərəcovun və qohumlarının Sumqayıtdakı ...

    7-10-2015, 19:56

  • 
  • Zakir Fərəcov idarə müdirlərini hədələdi, birini zaldan qovdu

    Zakir Fərəcov idarə müdirlərini hədələdi, birini ...

    10-09-2015, 18:48


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (437)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu