GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » “Kaş ki, mismara ehtiyac qalmaya”... – REKTORA MESAJ VERİLDİ

“Kaş ki, mismara ehtiyac qalmaya”... – REKTORA MESAJ VERİLDİ

Tarix: 25-10-2021, 16:58 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1 203

GundemXeber.Az xəbər portalının redaksiyasına Gəncə Dövlət Universitetində taleləri Allahın ümidinə buraxmış başıbəlalı professor-müəllim heyyəti adından şok faktlarla iddia olunan yazı daxil olub. İddia edən tərəfin ünvanladığı yazıda adıçəkilən şəxslərin də mövqe bildirmək hüquqlarını tanıdığmızdan,  qeyd olunan yazını olduğu kimi təqdim edirik:

“Son illər ərzində Gəncə Dövlət Universiteti haqqında hədsiz çox sayda tənqidi və hətta deyərdik ki, həyəcan təbili xarakterli məlumatlar ölkə mediasında dərc olunmuşdur. Ancaq təəssüf və təəccüb hissi ilə qeyd edirik ki, bu məlumatlara ciddi diqqət ayrılmamışdır. Sanki hansısa sehrli bir qüvvə burada baş verən qanunsuzluqlara nəinki göz yummağa, hətta onları dəstəkləməyə, ali rəhbərliyə gedib çatmasının qarşısını almağa göstəriş vermişdir. Ona görə də növbəti bir yazı ilə kimisə təəccübləndirmək, yaxud hansısa bir aidiyyatı qurumun diqqətini cəlb etmək ümidlərini yaşamırıq. Sadəcə illər boyu yığılıb qalan cinayət xarakterli problemləri bir daha vurğulamaqla öz vətəndaş mövqeyimizi ortaya qoyur və gec-tez cinayətkarların layiqli cəzalarına tuş gələcəklərini onlara xatırladırıq.
 Aydın məsələdir ki, yorulub əldən düşmüş, baş verən proseslərə adekvat reaksiya verə bilməyən, tamahkar bir qocanın ümidinə buraxılmış kollektivdə heç bir motivasiyadan, inkişafdan, normal iş prosesindən söhbət gedə bilməz. Söhbət əlbəttə ki, rektor Yusif Yusibovdan gedir. Sizcə ömrünün 70 ilini rüşvətə, korrupsiyaya, əyyaşlığa həsr etmiş bir adam 71-ci ilində birdənbirə islahatçı, innovator, dövlətçi ola bilərmi? Hələ illər öncə, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda tələbə qəbulu komissiyasının məsul katibi işləyən zaman bu adam özünü pul hərisi, tələbə qəbulu alverçisi, özündən böyüklərin pul kisəsi kimi tanıtmışdır. Bu gün isə ağır bir daş parçası olaraq GDU-nun yükünə çevrilmişdir və universitet bu yükün ağırlığı altında çökmüş bir vəziyyətdədir. Yusif Yusibov universitetin rəhbərliyinə təyin edildiyi bir gündən burada neqativ hallara, dedi-qoduya, hətta kriminal hadisələrə rəvac verilmişdir.
İş o yerə çatıb ki, universitetdə kimsə tədris prosesi haqqında, yaxud elmi mövzuda söhbət açanda ətrafdakılar ona az qala ruhi xəstə kimi baxırlar ki, “bu nə danışır”. Çünki belə mövzular bu universitet üçün çoxdan yadlaşıb. Burada aktual olan mövzular rektorun yaxınlarının durmadan artan əmək haqqı və mükafatları, magistr təhsili belə olmayan “gül balaların” hansısa qondarma vəzifəyə təyin edilərək professordan artıq maaş almaları,dövlət büdcəsindən ayırmalar və tələbələrdən çətinliklə yığılan təhsil haqqları hesabına formalaşan universitet büdcəsinin təhsil prosesinə və pedaqoji heyətə aid olmayan dörd bir yana israfçılıqla səpilməsi, eləcə də fəxri adlar, elmi adlar, vəzifələr, işə qəbul, əlavə tələbə qəbulu və s. bu kimi “birbaşa rəhbərin mətbəxinə aid olan” məsələlər üçün müəyyən edilmiş məzənnələrdir.
 Universitetdə baş verən tender oynları, büdcənin talanması və maliyyə pozuntuları haqqında dəfələrlə geniş materiallar dərc olunmuşdur.  
https://demokratik.az/xeberler/olkeici/26661-gdu-rektoru-yusif-yusifov-8-milyon-manata-harani-ve-ne-vaxt-temir-etdirdi.html
https://demokratik.az/xeberler/iqtisadiyyat/27512-mvcud-olmayan-shirket-gdu-da-tenderin-qalibi-oldu.html
Bu yaxınlarda Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində büdcə vəsaitlərindən istifadə olunması haqqında konkret mövqe bildirib. Dövlətimizin başçısı qeyd edib: “Baxmayaraq ki, biz genişmiqyaslı quruculuq işləri aparırıq, baxmayaraq ki, biz Qarabağı və Şərqi Zəngəzuru sürətlə bərpa edirik, nəinki valyuta ehtiyatlarımızı azaltmamışıq, artırmışıq və heç bir kreditə də müraciət etməmişik. Bu, nəyi göstərir? Resursumuzu göstərir, resurs bazasını göstərir. Eyni zamanda, onu göstərir ki, biz vəsaitdən çox ehtiyatla istifadə edirik, israfçılığa, lazım olmayan xərclərə yol vermirik. Vaxtilə nəzarətsiz olan xərclər artıq keçmişdə qalıbdır, bütün dövlət məmurları mənim təlimatlarımı icra etməlidirlər və edirlər ki, hər manata qənaət etməliyik”.
Azərbaycan Prezidenti deyib ki, lazım olmayan layihələrə, xeyir gətirməyən layihələrə, sadəcə, görüntü naminə, yaxud da hansısa başqa maraqlar naminə vəsait sərf etmək olmaz. Bəs ölkə prezidentinin “hər manata qənaət olunmalıdır” çağırışı qarşısında görəsən GDU-dakı bu talançılığa rəvac verən kimdir? Heç bir təmir aparılmadan silinən milyonlar, xidməti maşınların təmiri ilə bağlı yalandan yazılıb mənimsənilən pullar görəsən hara gedir???
Daha bir pul yuma maşını universitetdə dillər əzbəri olan innovasiyalar departamentidir. Bu departament məşhur Asif-Vasif qardaşları tərəfindən idarə olunur və rektorun qürur mənbəyidir. Yüksək maaş (elmlər doktoru, professordan artıq), xaricə ezamiyyətlər, təriflər, təltiflər, mükafatlar, onların ailə üzvlərinin işə qəbul edilməsi və s.. Bir sözlə az qalır rektor desin ki, “ay məni istəyən bu qardaşlara bir xələt”. Bu qardaşlar da öz növbəsində orta məktəbin orta sinif şagirdlərinin də bildiyi sadə kompüter texnologiyalarını rektora az qala özlərinin bir elmi yeniliyi kimi təqdim edərək onu heyrətləndirirlər. Rektorun da bu sahədə bilikləri məhdud olduğu üçün elə bilir ki, bu adamlar dahidir və GDU-da analoqu olmayan informasiya texnologiyaları yaradıblar. Hətta ehtiyat edir ki, kimsə onlar haqqında eşidər və onları başqa təşkilata aparar, GDU qalar yaman günə. Bu yerdə “Yeddi oğul istərəm” filmindəki məşhur “Hamam hamam içində”... misalı yada düşür.
Amma bu hələ bəlanın yarısıdır. Əsas bəla ondan ibarətdir ki, universitetin az qala bütün işləri, xüsusilə fəaliyyətinin ana xətti hesab olunan tədris prosesi də məhz bu adamlar tərəfindən idarə edilir. Görəsən, bu innovasiyalar deportamenti tədrisdə hansı innovasiyanı tətbiq edib, hansı elmi inqilaba imza atıb, universitetə hansı mütərəqqi texnologiyanı gətirib? Bunların ən böyük xidməti universitetdə keçirilən test imtahanlarını rəhbərliyin arzu etdiyi formada yönəldərək saxtalaşdırmaq, bir sözlə, gəlir mənbəyinə çevirməkdən ibarətdir.
Ermənilərin Gəncəyə raket atması nəticəsində yaralanan erməni Karina Qriqoryan bu qardaşların nənəsidir. Ötən illərdə isə rektorun təqdimatı ilə Prezidenti aldatmaqla elmi dərəcəsi belə olmayan Vasif Həsənova “Tərəqqi” medalı verilib, bu iki qardaş bütün il boyu layihə adı altında xarici ölkələrdə universitetin pullarını havaya sovurur. İndiyədək layihələr üçün xərclənən pulların isə bir dəfə də olsun hesabatı aparılmayıb və heç bir maliyyə sənədlərində qeyd olunmayıb. 2019-cu ilin may ayında GDU-da keçirilən beynəlxalq konfransda bu qardaşların dəvətilə konfransa milliyyətcə erməni olan Fransalı qonaqlar da təşrif buyurmuşdular. ”İmperial” şadlıq sarayında keçirilən ziyafətdə zala türk iştirakçıların şərəfinə Türkiyənin də bayraqları gətirildi və bu zaman həmin qonaqlar etiraz əlaməti olaraq məclisi tərk etdilər. Bu fakt özlüyündə Həsənovların hansı məntiqə sahib olan şəxslərlə əlaqələrini ortaya çıxaran haldır. Həsənov qardaşlarının həyat yoldaşları, bacıları, xalaları belə GDU-da işləyirlər. GDU artıq onlar üçün ailə universitetinə çevrilib. Universitetin dosentləri 500-600 manat həddində maaş aldıqları halda, bu qardaşlara rektor Yusif Yusifovun diqtəsilə qeyri-qanuni maliyyə təlimatlarına uyğun olaraq 2000 manatadək maaş yazılır. Çünki, Vasif Həsənov rektorun test imtahanları zamanı bəzi maxinasiyalarına rəhbərlik edir. İmtahana pul vermiş tələbələrin qiymətləri Vasif Həsənovun xüsusi məharəti ilə düzəlir. Tələbənin təhsil almaq, elmə yiyələnmək arzusunu məhz Vasif Həsənov davamlı şəkildə məhv edir. Vasif Həsənov GDU-da təhsilimizin, millətimizin qəsdinə duran baltadır.
Universitetin tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Fəxrəddin Məmmədov ağır xəstəlikdən vəfat etdi. Nənəsi erməni olan Vasif Həsənov özünü tədris işləri üzrə prorektor kimi aparır. Kimya-biologiya fakültəsinin dekanı İsfəndiyar Alverdiyev ilə "qardaşağa" olan Vasif Həsənov ona deyir ki, prorektor ya sən olacaqsan, ya da mən. Yusif Yusibov isə yaxın ətrafı ilə söhbət zamanı deyib ki, İsfəndiyar müəllimi prorektor qoymaqdansa, o vəzifəni boş saxlamaq daha yaxşıdır. Təbii ki,Yusif Yusibovun ermənilərə olan məhəbbəti (Fransadan konfransa gətirilmiş erməni əsilli alimlər,erməni qohumları olan şəxslərə universitetdə verilən imtiyazlar bunların bariz nümunəsidir) rektorun Vasif Həsənova üstünlük verdiyini göstərir. Artıq rektor hər yerə erməni əsilli Vasif Həsənovla gedir. Universitetdə tədris işləri nəzarətdən çıxıb. Rektorun iclasları ancaq dedi-qodulardan ibarətdir. Pandemiya dövründə də karantin qaydalarını kobud şəkildə pozaraq, tez-tez iclas keçirdərək, deyirdi ki, Sizi ona görə yığmışam ki,bir-birimizin üzünü görək.
Universitet elmi şurasının bu günlərdə keçirilən iclasında yay imtahan sessiyasının nəticələri müzakirə olunurdu. Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor ağır xəstə olduğu üçün hesabatı da "İnnovasiyalar deportamenti"nin rəhbəri, ömründə bir dəfə dərs keçməyən, amma Yusif Yusibovun səxavəti ilə sinəsindən layiq olmadığı "Tərəqqi" medalı asılan, erməni əsilli, "Sorosun uşaqları" adı ilə tanınan Vasif Həsənov verirdi.
Rektor ona 10 dəqiqə çıxış üçün vaxt ayırsa da 40 dəqiqəyə kimi danışdı. Nə dediyini isə özündən başqa başa düşən olmadı. İmtahanların keçirilməsi və innovativ texnologiyalar haqqında danışmalı olduğu halda layihə adı altında xarici ölkələrə səfər təəssüratlarından danışdı.
Amma yeri gəlmişkən, keçirilən yay imtahan sessiyası haqqında bir az məlumat verək.
Məsələn, universitetdə yaz imtahan sessiyası indiyədək görünməmiş bir “innovativ” metodla həyata keçirilmişdir. Belə ki, hər sessiyadan sonra guya fədakar əməklərinə görə məvaciblərinin 2-3 misli qədər mükafat alan tərifli innovasiyalar departamenti (Yusif Yusibovun ”oğulları”) Microsoft Teams üzərindən imtahanı qura bilməmələri səbəbindən elə 1-ci imtahanda böyük problem yaranmış, tələbələr “onlayn” imtahana qoşula bilməmişlər, qoşulanların isə nəticələri sıfırlanmışdır. Lakin bu işin öhdəsindən gələ bilməyən adamlar nə olursa olsun, özlərini günahkar kimi qələmə verməmək üçün belə bir şayiə yaymışlar ki, guya imtahan prosesində tələbələrin evlərində işıq sönüb və yaxud internet əlaqəsi kəsilib. Ona görə də tələbələrin böyük əksəriyyəti imtahana qoşula bilməyib. Rektor da əlbət ki, bu versiya ilə razılaşıb. Axı onu Asif-Vasif qardaşları uydurub. Hətta belə olduğu halda adi məntiqi qərarla təkrar imtahan təşkil etmək əvəzinə bu adamlar bir qədər də irəli gedərək daha bir ilkə imza atıblar. Onların təklifi ilə rektor belə bir əmr imzalayıb ki, birinci imtahandan qeyri-müvəffəq qiymət alanlar ərizə ilə müraciət edibsə onların sonrakı imtahanlardan aldığı qiymətlərin orta nəticəsi birinci imtahana da şamil olunsun.
Əvvəla 01.06.2021 tarixdə respublikada heç bir fövqaladə hal baş verməmişdi, buna görə də müxtəlif şəhər və rayonlarda yaşayan 5-6 min tələbənin evində eyni zamanda işıq sönə və yaxud internet yoxa çıxa bilməzdi. İkincisi daha maraqlıdır. Belə çıxır ki, tələbə birinci imtahanda Azərbaycan tarixi, Xarici dili və s. fəndən kəsilmiş, sonradan Kimya, Riyaziyyat, Ədəbiyyat, lap elə Yüngül Atletikadan müsbət qiymət almışdırsa, onda həmin qiymətlər Azərbaycan tarixinə və yaxud Xarici dil fənninə də hesablanacaq.
Hörmətli Təhsil Nazirimizdən rica edirik ki, GDU-dakı bu cür “innovativ” imtahan üsulunu dəyərləndirsin və əgər qəbul olunan hesab edirsə, həmin texnologiya digər universitetlərə də qış sessiyası imtahanları üçün tövsiyə olunsun.
Buradan belə bir sual da meydana çıxır ki, rektorun əmri niyə bütün tələbələrə deyil, yalnız ərizə yazanlara şamil edilir? Yəqin aydın olur ki, bu ərizəni də təqdim edib üstünə dərkənar yazdırmaq sadə iş deyil. Hər ərizə qəbul olunmur. Gərək ərizəçi kimlərinsə saqqalının altından keçsin. Göründüyü kimi universitetdə pandemiya dövründə də prosesləri lazımi məcarada yönəltmək və bundan bəhrələnmək üçün daha bir innovativ texnologiya tətbiq edilmişdir. Axı pandemiya dövründə kütləvi tədbirlər ləğv olunduğu kimi, kütləvi pul yığma kampaniyası da baş tutmur. Ona görə də asta-asta, sərin-sərin ərizə-mərizə oyunları gedir. Bir də ki, əlbəttə işə qəbul, vəzifə təyinatları, seçkilər bərpa olunana qədər müqavilə müddətinin uzadılması da bu qəbildən olan proseslərdir.
Universitetin kifayət qədər pulu olmağına baxmayaraq, hər ay hər dekandan 20 manat universitetin internetinə, 50 manat universitetdəki tualetlər üçün tualet kağızına və sabuna pul yığılır.Təsərrüfat hissəsi isə bu pulları yazaraq silir.
Elmar Vəliyev Gəncənin İcra Hakimiyyətinin başçısı olduğu dövrdə dəfələrlə ictimaiyyət qarşısında Yusif Yusibovu təhqir etmiş, küçə sözləri ilə aşağılamışdı. O zaman bir çox insanlar rektorun halına acımışdı. Amma indi əsarətdən qurtulmuş rektor özü sabiq icra başçısının işini uğurla davam etdirir. O, tabeliyində olan əməkdaşları təhqir edir, universitet tədbirlərinə dəvət olunanları onun gəlişini saatlarla gözləməyə məcbur edir, etik normalara məhəl qoymadan davranışlar sərgiləyir.
Universitedə dərs deyən müəllimlər tədris üçün müxtəlif dərs vəsaitləri yazırlar. Lakin bu kitabların heç biri universitetin nəşriyyat şöbəsi tərəfindən nəşr olunmur. Açılışına Prezident İlham Əliyevin də qatıldığı ADAU-nun tələbə yataqxanası ən müasir standartlara cavab verən tələbə yataqxanasıdır. Burada bir tələbənin qalması üçün illik xərc 350 manatdır. GDU-nun yataqxanası isə sovet dönəmindən qalma yataqxanalardır. Üç beşmərtəbəli binadan ibarətdir. Bu binalar sökülmədən yalnız təmir olunub. Maraqlıdır ki,bu üç beşmərtəbəli binanın təmirinə 8 milyon manat xərclənib. Sentyabr ayında nazir Emin Əmrullayev yataqxananın açılışını edib. Amma buna baxmayaraq rektor göstəriş verib ki, yataqxanadakı otaqlar noyabrın 12-dən sonra tələbələrə verilsin. Maraqldır, noyabrın 10-na kimi tələbə harada qalmalıdır? Bir tələbə üçün aylıq yataqxana xərci 70 manat müəyyənləşdirilib. Həm də tələbə səhər və axşam yeməyini yataqxanada yeməlidir.(Günorta yeməyi isə verilmir. Rektorun elmi şurada dediyi təklifə görə günorta yeməyində tələbə peçenye və vafli ilə də keçinə bilər). Bunun üçün ayda 170 manat pul tələb olunur. Bu da bir ayda 240 manat pul edir. ADAU yataqxanasında isə bir illik xərc 350 manat təşkil edir. Bu şərtlə razılaşmayan tələbələrə isə yataqxanada yer verilmir.
Digər tərəfdən isə Fəxrəddin Həsənov restoranda sərxoş vəziyyətdə belə bir məlumat verib: "Yataqxananın təmiri zamanı tender başqa adamın adına rəsmiləşsə də bütün təmir işlərini rektorun qardaşı Çingiz Yusibov həyata keçirib. O, isə defekt unitazlar gətirib. Lakin rektor deyib ki, bunları mənim qardaşım gətirib. Ziyana düşməli deyil ki...Nəticədə həmin unitazlar qoyulub. Nazir Emin Əmrullayev açılış edib gedəndən sonra, tələbələrin gəlişi başlayacaq deyə suyu sistemə buraxıblar. Nəticədə bütün mərtəbələri su basıb. İndi həmin unitazları söküb, Netlə təmizləyib, dəyər-dəyməzinə satdılar. Mərtəbələri su basmış, divarları belə zay olan başıbəlalı 8 milyona təmir olunmuş üç beşmərtəbəli yataqxana yenidən təmir olunur. Ona görə də yataqxanalar hələ də tələbəsiz qalıb.
Gəncə Dövlət Universitetində professor-müəllim heyətinin maaşı artırılmır. Gəncədəki digər universitetlərlə müqayisədə GDU-da əmək haqqı qat-qat aşağıdır. Əmək haqqı “mənim səndən xoşum gəlir” (yaxud gəlmir) prinsipi ilə bölünür. Ştat cədvəli üzrə vəzifə maaşları arasında müəyyən bir əmsal olduğu halda, xoşa gələn adamlara, yəni rektorun yaxın çevrəsinə istənilən maaş, üstəgəl daimi mükafatlar verilir, xoşa gəlməyənlərin maaşını artırmağa isə guya vəsait tapılmır. Tələbələrin keçirdiyi ödəniş pulları isə yalandan yazılan təmirlərə, rektorun katibəsinin,köməkçisinin və s. kimi şəxslərin guya maşınlarının təmirinə yazılaraq silinir. Ümumiyyətlə, işçilərinin əksəriyyətinin minimal 250 manat əmək haqqı alan bir universitetin yalnız “seçilmiş adamları”na 2000-2500 manat maaş verilir.
GDU-da Azad Tələbə Həmkarlar İttifaqı Komitəsi adlı bir təşkilat da var. Bu təşkilatın sədri 2010-cu ildən Pərviz Adıgözəlov təyin olunub. Pərviz Adıgözəlovun artıq 43 yaşı var, baba olmağına baxmayaraq hələ də adında “azad” sözü olan, amma özü azad olmayan Azad Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədridir. Bu şəxs fondun pullarını istədiyi kimi xərcləyir, hələ bu günə qədər bir nəfər maddi vəziyyəti ağır olan tələbəyə maddi yardım etməyib. Edilən yardımlar özünə yaxın olan tələbələrin adına yazılaraq Pərviz Adıgözəlov tərəfindən mənimsənilir. Bu adam rektorun xəbərdaşıyanı funksiyasını yerinə yetirdiyinə görə hələ də həmin vəzifədə saxlanılır. Akkreditasiya Komissiyasının yoxlama hesabatında Universitetdə Tələbə Elmi Cəmiyyətinin sədrinin, habelə Tələbə Həmkarlar Təşkilatının Sədrinin tələbə olması öz əksini tapıb. Lakin bu tələblər GDU-da qulaqardına vurulur. Adlarında Tələbə sözü olan bu təşkilatların sədrləri niyə tələbə olmamalıdır???
Azərbaycanda elə bir səlahiyyətli qurum qalmayıb ki, oraya Yusif Yusibovun uzun illər ərzindəki təhsil terroru haqqında müraciət olunmasın. Buna baxmayaraq indiyə qədər nəinki tədbir görülməyib, heç bu şikayət və müraciətlərdə sadalanan çoxsaylı faktları araşdırmaq üçün aidiyyatı qurumlardan bir cəhd belə olmayıb. Görünür məsələni beynəlxalq müstəviyə qaldırmaq lazımdır ki, bəlkə rektorun havadarlarının əli ora çatmaya.
İş o yerə çatıb ki, bu məlumatları ora-bura şikayət edən adamları universitetdə rektorun adamları məhşər ayağına çəkirlər, onlar işdən çıxarılmaqla hədələnir, hər addımda izlənilir. Ona görə də çox vaxt əməkdaşlar ora-bura anonim şəkildə müraciət edirlər ki, bəlkə əlaqədar təşkilatlar oxuyub bir tədbir görə...
Hələ sovetlər dönəmində GDU–da (o vaxtkı Kirovabad Dövlət Pedaqoji İnstitutunda) belə bir hadisə baş verir. Yəni, institutdakı özbaşınalıqlardan təngə gəlmiş kollektivin bir neçə nüfuzlu üzvünün dövlət orqanlarına etdikləri müraciətlər cavabsız qaldığından, onlar rektorun qəbul otağına gəlib qapısını mismarlayırlar və onu kabinetində “dustaq edirlər”. Bundan sonra o zamankı şəhər partiya komitəsinə zəng edib oradan nümayəndə göndərilməsini tələb edirlər. Gələn nümayəndələrə haqlı tələblərini çatdırdıqdan sonra, şikayət edənlər rektoru dustaqlıqdan azad edirlər. Kaş ki, mismara ehtiyac qalmaya...

GundemXeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Gəncə Dövlət Universiteti məhkəməyə verildi - SƏBƏB

    Gəncə Dövlət Universiteti məhkəməyə verildi - ...

    22-06-2021, 16:28

  • 
  • Gəncə təhsilində RƏSMƏN ÖZBAŞINALIQDIR... - İLGİNC İDDİALAR...

    Gəncə təhsilində RƏSMƏN ÖZBAŞINALIQDIR... - ...

    13-07-2021, 15:59

  • 
  • ADAU-da Musa Bayramov kabusu – PREZİDENTƏ MÜRACİƏT

    ADAU-da Musa Bayramov kabusu – PREZİDENTƏ MÜRACİƏT ...

    6-05-2021, 17:09

  • 
  • Rektorun korrupsiya şəbəkəsinin ifşasının şok detalları

    Rektorun korrupsiya şəbəkəsinin ifşasının şok ...

    16-08-2015, 00:32

  • 
  • “F Təbib” Tibb Mərkəzindən yazımıza etiraz gəldi

    “F Təbib” Tibb Mərkəzindən yazımıza etiraz gəldi ...

    29-11-2013, 17:34


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (252)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu