GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Səlim Müslümovun Əjdəri, yoxsa ƏJDAHA-sı ?- Səlim Müslümovun “qara kassa”sı Fuad Əlizadəni nə gözləyir ?

Səlim Müslümovun Əjdəri, yoxsa ƏJDAHA-sı ?- Səlim Müslümovun “qara kassa”sı Fuad Əlizadəni nə gözləyir ?

Tarix: 30-10-2021, 11:14 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1 246


DTX  Əjdər Olu həbs etdi, bəs  Səlim Müslümovun “qara kassa”sı Fuad Əlizadəni nə gözləyir ? 

Ötən yazılarımızın  birində qeyd etdiyimiz fikrə yenidən qayıtmaq məcburiyyətindəyik.
Bizim dövlət  idarəçiliyində və məhkəmə-hüquq  sistemində 2 ziyanlı tendensiya var.
Birincisi odur ki, nazir müavinləri, idarə rəisləri həbs edilir,  nazirə isə söz deyən olmur. Məsələn, mədəniyyət və turizm naziri Əbülfəz Qarayev  kefindədir, amma müavinləri həbsxanada.  
Necə ola bilər ki, uzun illər  tabeçiliyindəkilər  milyonları talasın, amma sənin bundan xəbərin olmasın. Bu heç bir məntiqə sığan məsələ  deyil.
İkinci tendensiya isə odur ki, bu dəfə əksinə olur, 1-ci şəxs, məsələn Əmək və Əhalinin Sosial Müdafiəsi naziri həbsxanadadır, amma onun yaxın ətrafı, müavinləri iş başında. Hətta…
Bəli, Səlim Müslümovun  “qara kassası” sayılan, bacısının kürəkəni, nazirlikdə  Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi olan  Fuad  Əlizadə  öz “şefi”nin həbsindən sonra  vəzifəsindən uzaqlaşdırıldı. Və 15 gün sonra  Dövlət Gömrük Komitəsinin Maliyyə və Təchizat İdarəsinə rəis təyin olundu. 
Bu, axı, necə ola bilər ee..?
Gundemxeber.az gundelik-baku.com-a istinadla bildirir ki, bu adam uzun illər  Səlim Müslümovun  qara kassası olub, bir çox cinayət əməlləri onun əli ilə törədilib, milyonlar qazanıb. Bu gün Bakıda villaları, mülkləri, obyektləri...
Əslində nazirlə bərabər o da cinayət məsuliyyətinə cəlb edilməli idi. Amma əvəzində ölkənin ən mühüm  qurumlarından biri olan DGK-ya vəzifəyə aparılır. Özü də nə vəzifə..?
Maliyyə və Təchizat İdarəsinə rəis vəzifəsinə, yəni komitənin “ürəyi, canı, pulu”.
Bax, buna görə də yuxarıda qeyd etdik ki, istintaq, məhkəmə-hüquq sistemi  bizdə fəlakətli vəziyyətdədir.
Cənab Prezident İlham Əliyev bir müddət əvvəl əbəs yerə demədi ki, məhkəmə-hüquq sistemində ciddi islahatlara ehtiyac var.
Görəsən, Səlim Müslümovun cinayət əməllərini araşdıran istintaqçılar  görmür  ki, cinayətin ucu haralara gedib çıxır, burada  cinayətkar şəbəkə var ?
İki nəfər bir quzu  oğurlayanda cinayətkar şəbəkə deyirsiniz, dövlətin milyonlarını talananda cinayətkar şəbəkə  sözü yadınıza heç düşmür...
Cənablar, Ulu Öndər deyirdi ki, cinayətkar cəzasız qalanda dövlət sarsılır. 
Sizin məqsədiniz dövlətin dayaqlarını sarsıtmaqdır ?
Axı, bu Fuad Əlizadə filologiya fakültəsini  bitirib, peşəsi ədəbiyyat müəllimidir. Bu adam necə Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi, indi isə Dövlət Gömrük Komitəsinin Maliyyə və Təchizat İdarəsinin rəisi ola bilər?
Ədəbiyyat müəllimi və maliyyə, təchizat, yox bir kosmonavt...
Söhbət ədəbiyyatdan düşmüşkən, Səlim Müslümovun bir böyük kadrı da ədəbiyyat adamı, şair-qəzəlxandır.
Yəqin ki, söhbətin kimdən getdiyi bəlli oldu. Söhbət uzun illər Səlim Müslümovun “baş vəziri, məsləhətçisi” olan, nazirliyin Aparat rəhbəri  Əjdər Ol-dan ( Cəbiyev) gedir.
Yenə ortaya sual çıxır: şair hara, nazirliyin Aparat rəhbəri hara ?
Rəhmətlik  şair Şəhriyar ona görə deyirdi ki, Bizdən öndə gedir avropalılar, İşi iş bilənə tapşırır onlar...
Şair getsin şeirini, qəzəlini yazsın.
Amma  Əjdər Ol, kaş olmayaydı.
Bəli, şeirlərində guya yetim-yesir üçün  göz yaşı axıdan dövrümüzün  şairi  Əjdər Ol  Səlim Müslümovun nazirliyində  şəhid ailələrinin, əlillərin, ahılların, yoxsulların, yetim-yesirin pullarını basıb yeyirmiş.
Təsəvvür edirsiniz,  bu şair Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunda Kadr və Hüquq Departamentinin direktoru olub.
İndi özünüz düşünün, şair hara, Hüquq Departamentinin direktoru hara ?
Bu şair Əjdər Ol illər uzunu  şəhid ailələri, əlillər üçün evlərin tikintisindən, avtomobillərin paylanmasından yüz minlər qazanıb.
Bu adam  nazirlikdə təyinatlar, işə götürmək, yeyinti və rüşvət şəbəkəsini idarə edirdi. 150 min manatdan 300 min manata qədər bir neçə adamdan pul alaraq birini TSEK rəhbəri, birini baş həkim, birini komissiya sədri, pensiya təyinatı üzrə şöbə müdiri və digər vəzifələrlə təyin etdirirdi. Hamısı da Səlim Müslümovun əli ilə 
Səlim Müslümov   nazir  vəzifəsini tərk edən kimi yeni nazir  Sahil Babayev  Aparat Rəhbəri  Əjdər Olu vəzifəsindən uzaqlaşdırdı. Amma ...
Amması odur ki,  bu dəfə Yazıçılar Birliyinin sədri Anar müəllim şairə “krışalıq”  elədi və onu ən “yağlı vəzifəyə”, Azərbaycan Ədəbiyyat Fonduna direktor təyin etdi.
Bəli, bu cinayətkar şəbəkə hər yerdə hətta ədəbiyyatda da kök salıb.
Amma  bu dəfə yazının girişində qeyd etdiyimiz tendensiya pozuldu və DTX sabiq nazirin “vəzir”i Əjdər Olu həbs etdi. Və ona qarşı CM-nin 179-cu (mənimsəmə və ya israfetmə) maddəsilə ittiham irəli sürülüb.
Deyəsən, yavaş-yavaş  Səlim Müslümovun cinayətkar şəbəkəsi  üzə çıxır.
Yəqin ki, növbə Fuad Əlizadənindir.


GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Səlim Müslümov yeni rəis təyin etdi

    Səlim Müslümov yeni rəis təyin etdi ...

    18-11-2013, 14:47

  • 
  • Səlim Müslümovun qohumu polis rəisi təyin olunur

    Səlim Müslümovun qohumu polis rəisi təyin olunur ...

    25-11-2013, 15:54

  • 
  • Səlim Müslümovun həbsi yaxınlaşır - "O zənn edir ki, Eldar Mahmudova dəymədilər, ona da dəyməyəcəklər"

    Səlim Müslümovun həbsi yaxınlaşır - "O zənn ...

    2-06-2018, 11:17

  • 
  • Səlim Müslümovun müavininin  “huşsuzluğu”

    Səlim Müslümovun müavininin “huşsuzluğu” ...

    25-11-2013, 14:29

  • 
  • Yeni nazir Səlim Müslümovun əsas adamını işdən çıxartdı

    Yeni nazir Səlim Müslümovun əsas adamını işdən ...

    26-04-2018, 17:44


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (494)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu