GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Dəyişən....Əli Həsənovdur!!! - Əhməd İsmayılov onlayn medianı qəzetlərin gününə salır

Dəyişən....Əli Həsənovdur!!! - Əhməd İsmayılov onlayn medianı qəzetlərin gününə salır

Tarix: 1-11-2021, 14:47 Bölmə :GündəmXəbər / Manşet Baxış: 596

Azərbaycanda hakimiyyətin media siyasətinə yanaşması dəyişməsə, Əhməd İsmayılov yox, lap Mixail Saakaşvili də gəlsə, nəticəsi olmayacaq. Ona görə KİVDF-nin yerinə təsis edilən qurumun gördüyü işləri Medianın İnkişafını Tormozlama Agentliyi adlandırmaq daha düzgün olardı. Biz yalnız fiqur dəyişikliyinə şahidik, sistemdə heç bir yenilik yoxdur. Dəyişən isə prezidentin keçmiş köməkçisi Əli Həsənovdur, indi yerini Əhməd İsmayılov doldurmağa davam edirlər.
 Sual edək ki, əgər çap mediasına, o cümlədən aylıq 3000 manat ayrılan elektron KİV-lərə ölkədəki bahalaşmadan yazmaq yasaq olunursa, əgər müstəqil jurnalist tədqiqatına şərait yoxdursa, hətta İmişlidə baş verən binamusluq hadisəsi - 11 yaşlı qızın atalığı tərəfindən zorlanıb hamilə qalması mövzusu stoplanırsa, Əli Həsənovdan sonra dəyişən nədir? 
Bu, tənqiddən və medianın müstəqilləşməsindən qorxudan irəli gəlir. Yəni 11 yaşlı qızla bağlı ictimai qəzəbin sosial hərəkata çevrilməsi, Quba və İsmayıllı hadisələrinə çevrilməsi hürküsü hökm sürür. Ona görə “yuxarı”lar dediyimiz media siyasətinin ideoloqları, az qala öz kölgəsindən də çəkinir, odur ki, mətbuatıın azadlığını buxovlama get-gedə ağırlaşır. Bəs o zaman Ə.Həsənov dövrü ilə Ə.İsmayılov dönəmi müqayisədə nə ilə seçilir? 
Fərq ondandır ki, indi də Əhməd paşa və “40 harami”ləri “meydan sulayır”lar, özlərinə yaxın bildikləri, sözəbaxan saytları və Ə.Həsənov dövründən qalan və MİA rəhbərinə tapşırılan müəyyən portalları maliyyələşdirirlər, onları tədbirlərə yenə dəvət edirlər, yuxarı-aşağı demək olar ki, eyni siyahı ilə işləyirlər. 
Üstəgəl, Ə.İsmayılov mediadan uzaq şəxsdir və bu sahəni dərindən bilmir. Gundemxeber.Az anaxeber.info-ya istinadla bildirir ki, bu uğursuz fəaliyyətin nəticəsidir ki, ötənlərdə MEDİA-da müavinlərin və Müşahidə Şurası üzvlərinin sayı azaldıldı. Çünki Ə.İsmayılovun səriştəsizliyi ucbatından kassada elə bir boşluq yarandı ki, altından çıxmaq mümkün olmadı. 
Həmin ərəfədə KİV-lər də yazdı ki, icraçı direktor dost-tanışına maaş ayırıb, əvəzində faydalı iş görülməyib, sonra pullar tükənəndə Maliyyə Nazirliyinə təkrar müraciət olunub. 
Bu səbəbdən bir ara mətbuata maliyyənin köçürülməsində gecikmələr olmuşdu. Heç zaman belə problemlə qarşılaşmayan ələbaxımlı media ilk dəfə bunu Ə.İsmayılovun rəhbərliyi vaxtında yaşadı. Gecikmə səbəbi KİV-lərə izah olunmadı, qurum rəhbəri isə deyəsən, Maliyyə Nazirliyinə şəxsi bankı kimi yanaşmışdı, o üzdən dost-tanışa gedən pulların qurtardığını görəndə, əlavə vəsait istəməsi yuxarıların heç xoşuna gəlmədi. 
Bax, bu bacarıqsız fəaliyyətə görə müavinlər və MŞ üzvlərinin sayı azaldılmalı oldu, hətta cəza da söyləmək olar. Yəni pula qənaət edin, düzgün xərcləyin! İş orasıdır ki, bu informasiyanı tirajlayan saytlardan birinin rəhbərini xarici nömrədən votsap mesajlarla hədələməyə başladılar. O zaman Əhməd İsmayılovun fəaliyyətinin Əli Həsənovdan nə fərqi? 
Əgər hər ikisi junalistləri hədələmək, təhdid etmək yolunu tutursa, bizim gələcəklə bağlı ümidlərimiz elə də çox olmalı deyil.
Beləliklə, hakimiyyətin “media islahatları” çərçivəsində yeni mənzərə bundan ibarətdir: nəinki bahalaşmadan, məişət səviyyəsində cinayətdən yazmaq da məhdudlaşıb, 45-50 sayta aylıq 3 min manat verməklə də elektron mətbuat qəzetlərin gününə salınmaqdadır, ən nəhayət, bu haqda tənqid yazanlar hədələnir, Ə.İsmayılova “gözün üstə qaşın var” demək olmaz. 
Necə ki Ə.Həsənov vaxtilə  bəyənmədiyi, onu tənqid edən saytları ya blokladırdı, ya qəzetləri bağladırdı, məhkəməyə verirdi, ya da bəzilərini həbsə göndərirdi. Onun gedişi ilə media mütəxəssisləri yeni bir açılım olacağının müjdəsini verirdilər.
Hakimiyyətin mətbuat siyasətində baxışın dəyişəcəyi proqnoz və vəd edilirdi, KİVDF rəhbəri Vüqar Səfərlinin həbsindən sonra ləğv edilmiş qurumun yerinə yaradılan MEDİA-dan müəyyən pozitiv gözləntilər varıydı, Əli Həsənov ritorikasından imtina ediləcəyi, yalnız ona yaxın saytlarla deyil, əksər mətbuatla əməkdaşlıq olunacağı xəbər verilirdi, intəhası, bir neçə ay ərzində bütün ümidlər suya düşdü. Məlum oldu ki, nəinki heç nə dəyişməyib, qaykalar bir qədər də bərkidilib, üstəlik, MİA 123 jurnalisti blogger hesab edərək inanılmaz səhvə yol verir, hələ bu azmış kimi onları “bogger” adlandırır, ardınca səhvlərlə dolu mətnə düzəliş edirlər. Yəni bu, mediaya aidiyyatı olmayan bəzi şəxslərin bu qurumun başına toplaşdığı təsəvvürü yaradır. 


Gundemxeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Əli Həsənov da, onun mediası da GEDƏCƏK - Bəs Əhməd İsmayılov NƏ ECƏCƏK?

    Əli Həsənov da, onun mediası da GEDƏCƏK - Bəs ...

    14-01-2021, 16:30

  • 
  • Jurnalistlərə səslənən icraçı direktora dəstək olmağa hazırıq

    Jurnalistlərə səslənən icraçı direktora dəstək ...

    23-01-2021, 17:19

  • 
  • İşdən sonra görüşdüyü qonşusunun tapşırıqları PA-da keçərli olur - MEDİA SİYASƏTİ

    İşdən sonra görüşdüyü qonşusunun tapşırıqları ...

    5-07-2021, 17:04

  • 
  • Şirin Cəfəri: “Medianın xilası müstəqilliyindən keçir”

    Şirin Cəfəri: “Medianın xilası müstəqilliyindən ...

    1-02-2019, 13:55

  • 
  • “Medianı darda qoymadıq, qoymayacayıq”

    “Medianı darda qoymadıq, qoymayacayıq” ...

    17-03-2016, 20:25


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu