GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Aydın Əliyev baldızının şərikini niyə həbs etdirib?

Aydın Əliyev baldızının şərikini niyə həbs etdirib?

Tarix: 5-11-2021, 14:51 Bölmə :GündəmXəbər / Manşet Baxış: 396


İctimai fəal Tural Bayraməliyev Gömrük Komitəsinin keçmiş sədri Aydın Əliyevin baldızı Şədiyyə Salehliyə qarşı 450 min manatlıq dələduzluq faktı ilə bağlı həbs olunub. Nəticədə o, 8 il müddətinə azadlıqdan məhrum edilib.

Tural Bayraməliyevlə bağlı əvvəldən Bakı şəhər Prokurorluğunda cinayət işi açılıb, axtarışa verilib və 2016-cı ildə Türkiyədə həbs olunaraq Azərbaycana gətirilib. Artıq bir neçə ildir ki, Dövlət Gömrük Komitəsinin keçmiş sədri Aydın Əliyevin baldızı Şadiyə Salehli ilə keçmiş deputat Hüseyn Abdullayevin dayısı oğlu olan bəstəkar Tural Bayraməliyev arasında məhkəmə çəkişməsi gedir. Gundemxeber.Az bildirir ki, hazırda həbsdə olan Tural Bayraməliyev "Hürriyyət"ə müraciət edərək, haqqında qərəzli mövqe tutulduğunu və sifarişli həbs olunduğunu iddia edir: "Hüquqşünaslıq fakültəsini bitirmişəm. Keçmiş Gömrük Komitəsinin sədri Aydın Əliyevin baldızı Şadiyə Salehli ilə iş birliyim olub. Nəticədə Şadiyə Salehli mən həbs etdirməyə nail olub. 2018-ci ildə İstanbulda olarkən türk polisləri tərəfindən həbs olunmuşam. 13 ay orda həbsdə qalmışam. Orda olarkən bütün məhkəmələri keçmişəm. Eyni zamanda, Avropa İnsan Haqları Məhkəməsinə müraciət etmişəm. Hazırda iş Avropa İnsan Haqları məhkəməsinin icraatındadır. Eyni zamanda, Bakı İstintaq Təcridxanasında 18 ay qeyri-qanuni olaraq istintaq aparılmışdır. Birinci instansiya məhkəmələri və ikinci instansiya məhkəmələri haqqımda qərəzli mövqe tutaraq sifarişli qərar çıxarmışlar. Keçmiş Gömrük Komitəsinin sədri Aydın Əliyevin sifarişi nəticəsində Bakı Şəhər Prokurorluğu tərəfindən haqqımda birbaşa ittiham irəli sürülmüşdür. Halbuki, o ittiham tamamilə saxtadır. Çünki Şadiyə Salehli ilə birgə biznes işi qurmuşam. 450 min manat onun adına pul köçürülüb. Mən, sadəcə Şadiyə Salehliyə zamin durmuşam. Öhdəlik daşıyan odur. Şadiyə Salehli azadlıqda ola-ola zamini qanunsuz olaraq həbs etdirib. Bizə məlumat verildi ki, qərar qüvvədə saxlanılacaq.

Bildirmək istəyirəm ki, burda hüquqlarım pozulub. Bu işdə keçmiş Gömrük Baş İdarəsinin rəisi Vüsal Novruzovun da əli var. Vüsal Novruzov ilə aramızda ədavət də olub. Mən bizneslə məşğul olanda Gömrüyə girməyimə maneçilik yaradıb. Daha sonra Vüsal Novruzov Şadiyə Salehliyə deyib ki, mənim üzümə dursun. Qarşılığında isə ona monopoliya xəttinin verilməsinə şərait yaradacağına söz verib".

Artıq üç ildir ki, həbs həyatı yaşayan Tural Bayraməliyev məhkəmənin qərəzli mövqeyi ilə üzləşdiyini deyir. Noyabrın 5-də məhbus növbəti məhkəmə prosesinin baş tutacağı gözlənilir. Özü də media nümayəndəsi olan şikayətçi mətbuatdan məsələnin işıqlandırılmadığını xahiş edir: "Artıq üç ildir ki, həbs həyatı yaşayıram. Evdə körpə uşağım var. Daima ictimai işlərlə məşğul olmuşam. Eyni zamanda, siyasi fəaliyyətim də olub. Qanunsuz olaraq 8 il azadlıqdan məhrum edilmişəm. Özüm həm də media nümayəndəsiyəm. Məhkəmənin qərəzli mövqeyi ilə üzləşmişəm. Mətbuat nümayəndəsi kimi mediadan işin işıqlandırılmağını xahiş edirəm. Həqiqəti cəmiyyətə çatıdırsınlar. İctimai rəyə söykənmək istəyirəm. Şadiyə Salehli ilə aramızda sadəcə biznes əlaqələri olub. Ortada heç bir cinayət faktı yoxdur. İbtidai istintaqda qeyd edilib ki, ortada heç bir maddi sübutlar aşkarlanmayıb. Maddi sübutlar aşkarlanmadığı təqdirdə necə olur ki, cinayət məsuliyyətinə cəlb olunuram?! Bu işin içində Aydın Əliyev də var. O istəyir ki, mən həbsxanadan çıxmayım. Hətta, mənim ailə üzvlərimi Bakı şəhər Prokurorluğuna aparıb, orada hədə-qorxu gəliblər.

Noyabrın 5-də məhkəmə baş tutacaq. Bu işə yenidən baxılmadan artıq qərarın necə olacağı bəllidir. Tam ədalətsiz mühakimə aparılır. Dediyim kimi, iş Avropa İnsan Haqları Məhkəməsinin icraatındadır. Sona qədər mübarizəmi aparacam. İşin hardan qaynaqlandığı məlum məsələdir. Keçmiş baş prokuror Zakir Qaralov tərəfindən Ağır Cinayətlər Məhkəməsinə məktub daxil olmuşdu ki, bu işə mülki qaydada baxıla bilməz. Qanunla bu məhkəmə tərəfindən müəyyən olunur. Bu da işin sifarişli olmasının göstəricisidir".

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Türkiyədə həbs edilən azərbaycanlı bəstəkarla bağlı - Yeni xəbər

    Türkiyədə həbs edilən azərbaycanlı bəstəkarla ...

    1-10-2019, 13:35

  • 
  • “Quska”nın dayısı oğlu niyə həbs edilib? – Generalın baldızı ilə 800 minlik QALMAQAL

    “Quska”nın dayısı oğlu niyə həbs edilib? – ...

    27-08-2021, 14:02

  • 
  • Gömrük Komitəsinin sədri 10 il həbs cəzası aldı

    Gömrük Komitəsinin sədri 10 il həbs cəzası aldı ...

    9-01-2013, 11:57

  • 
  • Tural Abbaslı həbs olundu

    Tural Abbaslı həbs olundu ...

    7-08-2013, 14:23

  • 
  • Həbs edilən gömrük polkovnik-leytenantı Aydın Əliyevin yaxın adamı imiş -TƏFƏRRÜAT

    Həbs edilən gömrük polkovnik-leytenantı Aydın ...

    12-12-2017, 15:37


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu