Ələt qəsəbəsində "Azərsu" ASC-nin insanlara verdiyi əzab
Ələt qəsəbəsi, Sülh küçəsində çəkilən bu görüntülər, bizə sanki 2021-ci ili yox, köhnə illəri xatırladır.
Gördüyünüz problemdən Qaradağ rayon İcra Hakimiyyəti və digər qurumlar məlumatladır, bundan əlavə dəfələrlə sakinlər tərəfindən bir çox qurumlara müraciət də edilib.
Bütün bunlara baxmayaraq, sakinləri narahat edən bu məsələ uzun müddətdir ki, həllini tapmır ki, tapmır.
"Azərsu" ASC-nin rəhbərliyi isə köhnə və əldən düşmüş texnikanı, həmin ərazi yadlarına düşən kimi əraziyə yollayaraq, koronavirusun tüğyan etdiyi bir vaxtda dırnaqarası "xüsusi işlər" görür, insanlara bir sözlə əzab verir.
Paylaşın hər kəs bu biyabırçılığı görsün və lazım olan yerlərə səsimizi çatdıra bilək.
Bu məsələyə daha ətraflı şəkildə toxunacağıq. Məsələ layiqli həllini tapana qədər, gündəmdə saxlayacağıq.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?