Mənbənin sözlərinə görə, 2008-ci ildə yekunlaşması gərəkən proqramın hələ də başa çatdırılmaması “Azərsu”ASC-nin yarıtmaz fəaliyyətindən xəbər verir: “Qəbul edilmiş proqrama əsasən “Azərsu” ASC 2008-ci ildə bu proqramı başa çatdırmalı, yəni sayğaclaşdırma prosesini yekunlaşdırmalı idi. Lakin 2016-cı ilin birinci yarısı başa çatsa da, hələ də bu proqramn başa çatdırılmayıb və təxminən 60% miqdarında yerinə yetirilib. Bu isə “Azərsu” ASC-nin fəaliyyəti, qəbul etdiyi proqram və üzərinə götürdüyü öhdəlikləri hansı səviyyədə yerinə yetirməsi haqqında çox şey deyir. “Azərsu”ASC-nin digər xidmətlərində də ciddi problemlər var ki, bu da sözügedən qurumun fəaliyyətinin ciddi şəkildə təftişini zəruri edir”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?