GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Ali Məhkəmə hakimləri kassasiya şikayətini oxumurlar! (?)

Ali Məhkəmə hakimləri kassasiya şikayətini oxumurlar! (?)

Tarix: 19-12-2021, 22:12 Bölmə :GündəmXəbər / Manşet Baxış: 642


Məhkəmələrin “oxuduğu” kənardan sırınan sifarişdir

 

Məhkəmə qərarlarının aylarla, illərlə verilməməsi ciddi qanun pozuntusu olsa da, hələ də məhkəmə hüquq sistemində adi iş normasıdır. Hətta tələb edəndə də, verilməsindən çeşidli bəhanələrlə imtina edilir. Bu bəhanələrdən hazırda  ən öndə gedəni və populyarı “qərarın şikayətdə göstərilən ünvana göndərilməsi” (və “köçüb” qeydi ilə geri qaytarılması”) barədə uydurmadır . İşin içindən soraqsız olanlar burada hansı uydurmanın olmasına şübhə ilə yanaşa bilərlər. “Skeptik”lərin və məhkəmələrin diqqətinə çatdıraq ki, birincisi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin  (MPM) 134-cü maddəsinə görə,  məhkəmə sənədləri rəsmi qaydada verilməlidir. İkincisi, MPM-in 135-ci maddəsi tələb edir ki, məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi  (məktubu) ilə çatdırılsın və qəbzin kötüyünə imza etdirməklə şəxsən verilsin. Ən başlıcası, məhkəmə sənədi işdə iştirak edən şəxslərin göstərdikləri ünvana göndərilməlidir, məhkəmənin hansısa bəlirsiz ünvan “seçməsi” dələduzluqdan və saxtalıqdan özgə bir şey deyil. 

Dünən soraq tutdum ki, ƏƏSMN -ə qarşı iddiam üzrə Ali Məhkəmənin İnzibati Kollegiyasında işə yazılı icraat qaydasında baxılması 2 gün sonraya 17.12.2021-ci ilə təyin olunub. Bu necə ola bilər, kassasiya şikayəti verən şəxsi işə baxılması barədə xəbərdar etmirlər? Anında Ali Məhkəmənin elektron ünvanına hakim heyətinə etirazımı yazdım. “Ədalət” adına, cavab da özünü tez göstərdi, 4931168 nömrəsindən mobil nömrəmə zəng edən xanım ənənəvi “işdə olan ünvana bildiriş göndərildiyini və geri qayıtdığını” vurğuladı. Belə çıxır, aşağı instansiyaları bir qırağa qoyaq, Ali Məhkəmədə də hakimlər şikayəti oxumur, işlə tanış olmurlar, elə hansısa rayon məhkəməsinin saxta qərardadını dəyişmədən olduğu kimi köçürüb insan hüquqlarının pozulmasına qiymət verirlər. Axı, şikayətdə şəxsin ünvanı göstərilir və ünvan qeyd edilməsə, bu nöqsanın aradan qaldırılmasına məhkəmə yardım etməlidir. Bütün bunlar açıq şəkildə Ali Məhkəmənin şikayətlə yaxından -uzağa tanış olmadığını ortaya qoyur. Şikayət oxunsa, tanışlıq olsa idi, kassasiya şikayəti verən şəxsin ünvanı düzgün vurğulanardı. Ali Məhkəmədən zəng edib  isə “baxacaq” hansısa hakimin köməkçisi olduğunu deyən xanımın israrla ünvanı dəqiqləşdirməsi də saxtalıqdır. Zatən, ünvan kassasiya şikayətində vurğulanıb , sadəcə məhkəmənin  şikayəti oxuması yetər. 

Onu da vurğulayaq ki, Səyyad Kərimovun sədri olduğu heyət artıq 70 gündür Şəki İnzibati-İqtisadi Məhkəməsinin adından çıxardığı 06.10.2021 tarixli qərarını verməkdən imtina edir. Yəqin “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin kommentariyasi”nı kitaba salan yeni hakim 09.07.2021-ci il tarixli qanunla İPM-ə yeni əlavə olunan 96.4 maddəsindən “qutab” sənayesində” yararlanmaq fikrindədir. Yoxsa, niyə yazılı icraat qaydasında baxılmalı olan işə,  guya, şifahi dinləmələrlə baxıb? ! Bəlkə, məhkəmə HÜQUQUN İNKİŞAFININ VƏ MƏHKƏMƏ TƏCRÜBƏSİNİN VAHİDLİYİNİN TƏMİN EDİLMƏSİ üçün ƏHƏMİYYƏTLİ HESAB ETDİYİNDƏN işə MƏHKƏMƏ İCLASINDA BAXILMASI HAQQINDA QƏRARDAD QƏBUL EDİB? Axı, belə qərardad da qəbul edilməyib, edilsəydi, bu barədə proses iştirakçılarına məlumat verilməli idi. 

Səyyad Kərimov, sizi and verirəm, “müqəddəs” saydığınız , Azərbaycan bayrağı önündə and içdiyiniz Şəki İnzibati-İqtisadi məhkəməsinin saxta qərardadına, 06.10.2021-ci il tarixli qərarı verin! Sonra kommentariyanıza nəsə əlavə edərsiniz. Digər hakimlərdən diləyim və tələbim odur ki, arada imkan tapanda şikayətin heç olmasa, başlığını oxusunlar. Yoxsa, avazınız yaxşı gəlir, oxuduğunuz şikayət olsa. ..


Məğrur Bədəlsoy

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakı Apellyasiya Məhkəməsi 4 aydır qərarını vermir

    Bakı Apellyasiya Məhkəməsi 4 aydır qərarını vermir ...

    24-11-2021, 22:05

  • 
  • Bakı Apellyasiya Məhkəməsi nə qərardadını verir, nə də vəkil ayırır

    Bakı Apellyasiya Məhkəməsi nə qərardadını verir, ...

    6-05-2021, 16:59

  • 
  • Bakı İnzibati Məhkəməsindən  növbəti ÖZBAŞINALIQ

    Bakı İnzibati Məhkəməsindən növbəti ÖZBAŞINALIQ ...

    8-11-2021, 12:06

  • 
  • Məhkəmə sistemində ciddi YENİLİK

    Məhkəmə sistemində ciddi YENİLİK ...

    17-09-2016, 14:21

  • 
  • "Bu "Yeni Müsavat" üzərində qələbə deyil, bir oliqarxın..." - Ali Məhkəmə qəzetin şikayətini təmin etmədi

    "Bu "Yeni Müsavat" üzərində qələbə ...

    28-11-2014, 00:51


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu