GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » "Bəs hakim niyə bu cür aşkar tərəfkeşliyi özünə rəva görür?" - GİLEY

"Bəs hakim niyə bu cür aşkar tərəfkeşliyi özünə rəva görür?" - GİLEY

Tarix: 24-12-2021, 14:24 Bölmə :GündəmXəbər / Manşet Baxış: 304

2019-cu il fevralın 5-dən 6-na keçən gecə episentri Şamaxının Pirqulu qəsəbəsində olan zəlzələdən ətraf rayonlar da ziyan çəkdi.

Onların arasında İsmayıllı rayonunun Tircan kəndinin sakinləri də var.

Həmin vaxt evləri dağılan kəndlilər deyir ki, hadisənin üstündən iki ilə yaxın vaxt keçsə də, indiyə qədər sığorta ödənişini ala bilməyiblər.

Gundemxeber.Az xəbər verir ki, zərərçəkənlərdən Cahan Əhmədov, İslam Nəsirov Meydan TV-yə bildirib ki, onların evləri icbari qaydada sığortalanmışdı. Ona görə də hadisədən sonra dağılan evlərinə görə ödənməli pulu almaq üçün "Günaysığorta”ya üz tutublar. Amma sığorta şirkəti ödənişdən imtina edib.

İslam Nəsirov deyir ki, əllərində İsmayıllının o vaxtkı icra başçısı Mirdaməd Sadıqovun arayışı var. Orada yazılıb ki, zəlzələ nəticəsində hər iki vətəndaşa ziyan dəyib.

"Dəymiş ziyanın aradan qaldırılması üçün təmir-bərpa işlərinə ehtiyac var. Baş vermiş təbii fəlakət (zəlzələ) ilə bağlı vətəndaşa dövlət tərəfindən heç bir yardım olunmayıb”, – icra başçısının arayışında vurğulanıb.

İslam Nəsirovun sözlərinə görə, onların sığorta şirkətinə çoxsaylı müraciətləri nəticə vermədiyinə görə məcbur olub, məhkəməyə üz tutublar.

"Məhkəmədə bu işə baxılanda ekspertiza təyin olundu. Tikinti-texniki və məhkəmə-mühəndis geoloji ekspertizası rəy verdi ki, zəlzələ nəticəsində hər iki evə ciddi ziyan dəyib. Təmir-bərpa işlərinə görə Cahan Əhmədovun evinə 16 min 606 manat, mənim evimə isə 15 min 220 manat vəsait lazımdır”, – İslam Nəsirov bildirib.

"Günaysığorta” nə deyir?

Məhkəmə Tircan kənd sakinlərinin ikisinə ümumilikdə 28 min manat sığorta ödənişi haqda qərar çıxarıb.

"Günaysığorta” bu qərardan apelyasiya şikayəti verib.

"Günaysığorta”nın nümayəndəsi Bayram Xanlarzadə isə Tircan sakinlərinin şikayətlərilə razılaşmır.

Deyir ki, zəlzələ nəticəsində əmlaka dəymiş ziyanı müəyyənləşdirmək üçün "İntegris” MMC qiymətləndirmə aparıb və hesabat hazırlayıb. İslam Nəsirovun evinə dəyən zərər 278 manat, Cahan Əhmədovun evinə dəyən zərərə isə 551 manat olub.

Bayram Xanlarzadənin dediyinə görə, evlərə baxış zamanı cüzi çatlar aşkarlanıb. Onların da tikilinin əsas konstruksiyasını zədələmədiyi məlum olub: "Sığorta şəhadətnaməsinə əsasən, 150 manat azadolma məbləği çıxılıb və şirkət Cahan Əhmədova 401 manat, İslam Nəsirova isə 128 manat ödəniş edib. Bu vəsaitlər onların "Kapitalbank”dakı hesablarına köçürülüb. Onlar əvvəl bu məsələni mübahisələndirməyib. Uzun müddət keçəndən sonra məhkəməyə müraciət ediblər”.

"Günaysığorta”nın nümayəndəsi məhkəmə zamanı verilən ekspert rəyindən də narazıdır. Deyir ki, ekspert təkcə yaşayış evinə yox, həyətdəki digər tikililərə də dəymiş ziyanı hesablayıb, məbləği şişirdib.

Onun sözlərinə görə, Cahan Əhmədovun 3 otaqdan ibarət evi cəmi 86.4 kvadrat metrdir. Lakin onun 210 kvadrat metrlik həyətyanı sahəsində başqa özbaşına tikililər var: "İslam Nəsirovun 2 otaqlı evinin ümumi sahəsi 41,5 kvadrat metrdir. Amma həyətdə özbaşına tikililər var”.

"Belə çıxır ki, hamam-tualeti bizim əmlakımız saymırlar”


"Günaysığorta”nın şikayəti əsasında bu işi təkrar araşdıran apelyasiya məhkəməsində sığorta şirkətinin nümayəndəsi vəsatət verib ki, yenidən ekspertiza keçirilsin, yalnız əmlakların çıxarışlarında ("kupça”) göstərilən sahələrə dəymiş ziyan hesablansın.

Kənd sakinlərinin etirazlarına baxmayaraq, apelyasiya məhkəməsinin hakimləri şirkətin təkrar ekspertiza barədə vəsatətini təmin edib. Təkrar ekspertiza nəticəsində evlərə 5 min manat ziyan dəyməsi barədə rəy alınıb.

"Kənd yeridir, hamam-tualet həyətdə yerləşir. Yardımçı tikililər var. İndi bunlar bizim əmlakımız sayılmır? Bu, nə absurd yanaşmadır. Belə çıxır ki, hamam-tualeti bizim mülkiyyətimiz saymırlar. Hakim Məmməd Məmmədov da sığorta şirkətinə qoşulub, tualetə görə bizdən kupça tələb edir. Məntiq olmalıdır axı. Sığorta şirkətini hardasa, başa düşdük, pulu ödəmək istəmir, hər yola əl atır. Bəs hakim niyə bu cür aşkar tərəfkeşliyi özünə rəva görür?", – İslam Nəsirov belə deyir.

Şikayətçi deyir ki, birinci instansiya məhkəməsində bu işə baxılanda rəy vermiş ekspert Teymur Məmmədov da çağırılaraq dindirilib.

O bildirib ki, verdiyi rəyi müdafiə edir: "Texniki pasporta uyğun olaraq, evlərə baxış keçirilib və dəymiş ziyan hesablanıb”.

"İcbari sığortalar haqqında” qanuna istinad edən şikayətçi deyir ki, bu qanuna görə vətəndaşın faktiki sahib olduğu əmlak sığortalanır.

Onun sözlərinə görə, "Çıxarış” mülkiyyət hüququnun rəsmiləşməsini təsdiqləyən sənəddir. Bu mübahisədə ona əsaslanmaq doğru deyil: "Hamam-tualet çıxarışda yoxdur. Faktiki onların da sahibi mənəm, onları necə ayrı götürmək olar?! Bizi evsiz-eşiksiz qoyub, çətin şəraitdə yaşamaqdan bezib onların təklif etdiyi qəpik-quruşla razılaşmağımıza çalışırlar”.

İslam Nəsirov həyətində yerləşən daşınmaz əmlakların özbaşına tikili kimi qələmə verilməsindən də narazıdır: "Tircan kənd icra nümayəndəliyinin arayışı var. Oradan görünür ki, bizim evlərimiz tikinti məqsədləri üçün ayrılan torpaq sahəsində yerləşir. Bunun üçün lazımi icazələr alınıb. Bizim yaşayış sahəsində heç bir özbaşına tikili yoxdur. Bunu icra hakimiyyəti də öz sənədilə təsdiqləyib”.


Gundemxeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda zəlzələ nəticəsində yaşayış evlərinə ziyan dəyib, xəsarət alan var - Yenilənib

    Azərbaycanda zəlzələ nəticəsində yaşayış evlərinə ...

    16-11-2017, 10:43

  • 
  • İsmayıllıda 6 bal gücündə zəlzələ olub

    İsmayıllıda 6 bal gücündə zəlzələ olub ...

    6-02-2019, 11:42

  • 
  • Prezident İlham Əliyev zəlzələnin fəsadlarının aradan qaldırılması ilə bağlı tapşırıq verib – Nazir

    Prezident İlham Əliyev zəlzələnin fəsadlarının ...

    6-02-2019, 13:00

  • 
  • İranın Buşəhr vilayətində baş vermiş zəlzələ nəticəsində 8 nəfər ölüb, 45 nəfər yaralanıb

    İranın Buşəhr vilayətində baş vermiş zəlzələ ...

    28-11-2013, 23:30

  • 
  • İsmayıllıda zəlzələ nəticəsində evlərdə çatlar əmələ gəlib

    İsmayıllıda zəlzələ nəticəsində evlərdə çatlar ...

    14-12-2016, 22:15


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu