Gundemxeber.az » GündəmXəbər » “Azərsu” ASC-də prezidentin sərəncamı belə icra olunur: “peşəkarlıq” adlı mənimsəmə!-AKTUAL
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) ilə bağlı redaksiyamıza yeni məlumatlar daxil olub. Gundemxeber.az yenidən.org-a istinadən bildirir ki, budəfəki məlumatlarda Cəmiyyətin rəhbər strukturlarundakı son yaşantılarla bərabər, Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin 17 dekabr 2021-ci il tarixli- minimum əməkhaqqının 20% artırılmasının da, əks olunduğu sərəncama əməl olunmamasından da bəhs olunur...
Bu məlumatlara keçməzdən əvvəl kiçik xatırlatma: Məlum olduğu kimi ötən il-24.05.2021-ci ildə “Azərsu” ASC-nin sabiq sədri Qorxmaz Hüseynovun sevimli kadrı-Elman Məmmədov və onun cinayət ortağı kimi tanınan, kommersiya departamentinin rəisi Xanvər Abbasov dövlət büdcəsindən ayrılan vəsaitin nağdlaşdırılması və mənimsənilməsi ittihamı ilə saxlanıldı. Ümumən isə keçmiş rəhbərliyin 500 milyon manata yaxın dövlət vəsaitini mənimsədiyi haqqında iddialar var. Bu əməliyyatdan sonra Cəmiyyətin bir sıra vəzifəli şəxslərinin də sorğu-sual edildiyi və hələ də prosesin davam etdiyi haqqında mətbuata məlumatlar ötürülməkdədir. Yenixeber-org-a sızan məlumata görə bu əməliyyatın davamı kimi 1 nömrəli Regional Sukanal İdarəsinin Quba Sukanal Sahəsinin Sutəmizləyici Qurğular Sahəsi də, daxil olmaqla, bir sıra sutəmizləyici qurğular sahəsində, Ceyranbatan Su Təchizatı İdarəsinin Oğuz Su Təchizatı Qurğular Kompleksi yarımstansiyalarında və magistral su xətlərində araşdırmalar aparılıb... Məlum olub ki, mənimsənilən dövlət vəsaiti heç də 500 milyon manatla məhdudlaşmır.( Bu haqda qarşıdakı günlərdə bəhs edəcəyik. Red.)
Teyyub Cabbarov
“Azərsu” ASC-nin İşlər İdarəsinin rəisi Möhsün Quliyevin bu kimi səbəblərdən hazırda problem yaşadığı, sədrin birinci müavini Teyyub Cabbarovun isə əksinə, işlərinin “yağ kimi getdiyi” bildirilir... Biz bir müddət əvvəl Yenixeber.org-da bu araşdırmalarla bağlı qısaca yazmışdıq: (Bu linkdən oxuyun: https://yenixeber.org/manset/115015-azersuda-sular-bele-durulur-hebs-tehlukesi-ile-uzlesenler-.html)
Prezidentin sərəncamına sayqısızlıq(?)
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev 17 dekabr 2021-ci il tarixdə “Minimum aylıq əməkhaqqının məbləğinin artırılması və “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikasının Prezidentinin 2019-ci il il 18 iyun tarixli 1265 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” Sərəncam imzalayıb. Əhalinin sosial surumunun yaxşılaşdırılmasına hesablanmış bu sərəncamla “Azərsu” ASC-nin əməkdaşlarının da əməkhaqqının 20% artırılması gözlənilirdi. Amma, olmadı... Əldə etyimiz məlumata görə “Azərsu” ASC-də bu artım 20% deyil, 16% olub(?) Səbəbini isə biçarə “Azərsu” ASC əməkdaşları da bilmir. Bir izahat verib, əsaslandıran da yoxdur ki, hansı əlavə xərclər artıb belə, hansı səbəblərdən prezidentin sərəncamı alayarımçıq icra olunur?
Maraqlıdır ki, “peşəkarlıq” adı ilə əməkhaqqına əlavə alanlar üçün heç nə dəyişməyib... 500-10000 manat arasında dəyişən “peşəkarlıq” əlavəsinin verilməsində, “peşəkarlar”ın seçilməsində də ciddi qüsurlara yol verildiyi bildirilir. Bu seçimin də bir şəxsin iradəsinə bağlılığı kütləvi narazılıqla müşahidə olunur. 20-30 il iş stajı olanların “unudulub”, dostbazlıq, qohumbazlır prinsipləri ilə, kimlərinsə telefon zəngləri ilə “dünənkilər”in “peşəkarlıq”la mükafatlandırılmasına bir "DUR" deyən də yoxdur. Təkcə “Azərsu” ASC-nin rəhbər strukturunda “peşəkarlıq” əlavəsinə 200 min manata yaxın vəsaitin xərcləndiyi iddia olunur(?)
“Azərsu” ASC-də problemlər toxunduqlarımızla bitmir... Bu istiqamətdə Yenixeber.org-a daxil olan məlumatları araşdırmaqla geniş yazılar hazırlayacağıq. Bu arada bir danılmaz həqiqətlə də qarşılaşırıq: Qorxmaz Hüsynov rəsmən vəzifədən alınsa da, idarəetmədə prinsiplər də, yazılmış və yazılmamış qaydalar da, kadrlar da, bir sözlə “tas da, hamam da köhnədir ki var”.
Yazıda yer alan və almayan faktlarla bağlı qarşı tərəfi dinləmək istiqamətindəki cəhdlərimiz nəticəsiz oldu.
Gundemxeber.Az
27-05-2021, 18:28
4-05-2021, 20:06
6-09-2015, 12:41
22-04-2016, 21:39
13-04-2021, 17:26
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?