Ağstafanın gənc icra başçısı Seymur Orucov Gədəbəy rayonunda da özünə biznes qurub.
Gundemxeber.az xəbər verir ki, bu barədə məlumatı xaricdə yaşayan araşdırmaçı-jurnalist Cavanşir Həsənli yayıb. O, iddia edib ki, keçmiş deputat və sabiq rektor Şəmsəddin Hacıyevin qızı Çeşmi Hacıyeva ilə evli olan icra başçısı həyat yoldaşının adına "DAŞLI BULAQ -A" Məhdud Məsuliyyətli Cəmiyyəti qeydiyyatdan keçirib və Gədəbəyin dağlarında özünə böyük bir bulaq zəbt edib. Jurnalist qeyd edir ki, həmin bulağın suyu 18 kilometr məsafədən yoğunluğu 1 metrlik borularla gətirilir. Bundan sonra, icra başçısınını rayonda açdığı "Daşlı Bulaq" qablaşdırma müəssisəsində qablaşdırılır. Məlumatla bağlı adları keçən şəxslərin mövqeyini dərc etdirməyə hazırıq.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?