GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » “INTEKS” MMC-dən görünməmiş ÖZBAŞINALIQ: Bələdiyyənin binasını da ƏLƏ KEÇİRİBLƏR... - “Yerləşdiyimiz binanı söküb bizə demədən özəlləşdirdilər”

“INTEKS” MMC-dən görünməmiş ÖZBAŞINALIQ: Bələdiyyənin binasını da ƏLƏ KEÇİRİBLƏR... - “Yerləşdiyimiz binanı söküb bizə demədən özəlləşdirdilər”

Tarix: 15-02-2022, 13:31 Bölmə :GündəmXəbər / Manşet Baxış: 252

Nərimanov Rayon Bələdiyyəsi “INTEKS” MMC-dən şikayətçidir. Belə ki, iyirmi ilə yaxın müddət ərzində bələdiyyənin fəaliyyət göstərdiyi binanın ərazisi pilot layihəyə düşdüyündən şirkətlə bağlanmış müqaviləyə əsasən bina sökülüb. GUNDEMXEBER.AZ-ın məlumatına görə, Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının və Nərimanov Rayon Bələdiyyəsinin sədri Təmraz Tağıyev “Qafqazinfo”ya müraciət edərək bildirib ki, aralarında bağlanmış müqaviləyə baxmayaraq şirkət iyirmi il ərzində bələdiyyənin istifadəsində olan binanı satışa çıxarıb: “Biz düz 20 il idi ki, Bakı şəhəri Nərimanov rayonu, Təbriz küçəsi 10 ünvanındakı 440 kv.m qeyri-yaşayış sahəsində - Bakı Şəhər Statistika İdarəsində fəaliyyət göstərirdik. 2021-ci ilin may ayında həmin şirkətlə müqavilə bağladıq və bina söküldü. Əvəzində yeni bina inşa olunmalı idi. Bina hazır olandan sonra 440 kv.m məkan tam təmirli şəkildə bizə verilməli idi. Söküntü işləri və binanın yenidən tikildiyi müddətdə biz öz fəaliyyətimizə Sabit Rəhmanov küçəsi 53A-da davam etməyə başladıq. Buranın bütün kirayə pulunu da elə şirkət özü ödəyirdi. Amma yanvar ayına qədər. Yanvar ayından artıq biz bildik ki, Natiq Əliməmmədov adlı şəxs həmin ərazini özəlləşdirib. Şirkət rəhbərliyi də məhz həmin çıxarışa istinadən müqavilə öhdəliklərinin icrasını dayandırıb. İyirmi il ərzində istifadəmizdə olan bina əgər satışa çıxarılırdısa, birinci növbədə bələdiyyəyə təklif edilməliydi”.
Təmraz Tağıyevin sözlərinə görə, vaxtilə Bakı Şəhər Statistika İdarəsinin yerləşdiyi bina istifadəsiz qaldığından binanın bir mərtəbəsinə müvəqqəti olaraq məcburi köçkünlər də yerləşdirilib: “Bu gün Nərimanov Bələdiyyəsi üzləşdiyi çətinliklərə baxmayaraq, dörd şəhid ailəsini işlə təmin etməklə yanaşı, 20 nəfər qazini və 15 aztəminatlı ailəni himayəyə götürüb”.
Bələdiyyə sədri onu da bildirib ki, “INTEKS” şirkəti Nərimanov Rayon Bələdiyyəsinin məktubuna reaksiya belə verməyib: “Natiq Əliməmmədov Nərimanov Məhkəməsinə müraciət edərək cəmi on gün ərzində vəsaitin ödənilməsini qadağan edən qərardad ala bilib. Qərardadı isə Məhkəmənin hakimi Gültəkin Əsədova imzalayıb. Təəssüf doğuran hal odur ki, iki dəfə keçirilən baxışa seçkili orqanın təmsilçiləri dəvət edilməyib və qərardad da iştirakımız olmadan qəbul edilib. Zəngin təcrübəyə malik bir hakimin belə qərar qəbul etməsi həqiqətən təəccüblüdür. Maraqlıdır ki, çox operativ şəkildə, faktiki vəziyyəti təhlil etmədən, araşdırmadan bələdiyyənin əleyhinə qərarın qəbul edilməsi ən azı hər kəsdə bu qərarın hansısa maraq naminə qəbul edildiyi ehtimalını yaradıb.
Qəbul edilmiş qərardad işin konkret hər hansı bir faktiki və hüquqi hallarına uyğun olmamaqla yanaşı iş üzrə cavabdeh olan bələdiyyənin iş ahəngini pozmaqla, hüquqların məhdudlaşdırılmasına səbəb olur ki, bu da qanunvericiliyin tələblərinə ziddir. İndi biz də Nərimanov Məhkəməsinin qərardadından apellyasiya şikayəti vermişik. Məhkəmə fevralın 23-nə təyin edilib. Hakimin ədalətli qərar çıxaracağına ümid edirik”.
Məsələ ilə bağlı dəfələrlə “INTEKS” MMC ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verən olmadı.


Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Nərimanovdakı "Saatlı bina"nın saatları söküldü - (Video)

    Nərimanovdakı "Saatlı bina"nın saatları ...

    1-10-2014, 09:45

  • 
  • Bakı qızıllarının xatirəsi sökülür - FOTO

    Bakı qızıllarının xatirəsi sökülür - FOTO ...

    10-07-2013, 00:38

  • 
  • Bakıda 7-mərtəbəli eyni görkəmli bina inşa olunacaq

    Bakıda 7-mərtəbəli eyni görkəmli bina inşa ...

    27-11-2013, 05:46

  • 
  • Binəqədidə yanan binanı təmir edən briqada dəyişdirilib

    Binəqədidə yanan binanı təmir edən briqada ...

    28-07-2015, 19:17

  • 
  • Bakıda keçmiş icra başçısının şirkəti binanı söküb “aradan çıxdı”, cinayət işi qaldırıldı - FOTO/VIDEO

    Bakıda keçmiş icra başçısının şirkəti binanı ...

    11-12-2018, 16:02


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (74)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu