Bakıda Nərimanov rayonu, Ağa Nemətulla küçəsi ilə Heydər Əliyev prospektinin kəsişməsində yerləşən "Saatlı bina"nın qülləsindəki saatlar sökülüb.
Hazırda saatlı qüllənin dörd bir tərəfi taxta arakəsmələrlə bağlanıb. Bina sakinləri də saatların bir neçə gün əvvəl sökülərək aparıldığını bildirdi. ANS TV saatların sökülməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. Qurumdan bildiriblər ki, narahatlığa heç bir əsas yoxdur. Qüllədə yerləşən saatlar təmirlə əlaqədar sökülüb və işlər başa çatdıqdan sonra yenidən yerinə qaytarılacaq.
Sorğu
Yeni dizaynımız necədir?